Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bəşər Əsədin milyardları kimə qaldı? 5 milyard avro, 16 milyard dollar, 200 ton qızıl…

Bəşər Əsədin milyardları kimə qaldı? 5 milyard avro, 16 milyard dollar, 200 ton qızıl…

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriyanı tərk edən diktator Bəşər Əsədin hazırda Rusiyada olduğu ehtimal edilsə də, ölçüyəgəlməz sərvətinin böyük hissəsinin ölkədə qaldığı dəqiqdir.

Xatırladaq ki, devrildikdən sonra Liviya lideri Qəzzafinin, İraq rəhbəri Səddam Hüseynin də böyük varidatı ortalıqda qalmışdı. Onlar vəzifələrindən istifadə edərək milyardlarla dollar həcmində şəxsi sərvət toplamaqda Bəşər Əsəddən geri qalmırdılar. Amma bu diktatorların Bəşər Əsəddən bir fərqi o oldu ki, haqq-hesab anının yaxında olduğunu bilə-bilə ölkələrini başsız qoyub qaçmadılar – ikisi də gizləndi, ikisi də axırda ələ keçdi, birini asdılar, o birini küçədə linç edib öldürdülər.

İndi Bəşər Əsəddən geriyə qalanlar dağılmış, parçalanmış, xaos içində çabalayan Suriya, bir də onun acgözlüklə, öz xalqına qarşı min bir cinayət törədərək topladığı var-dövlətdir.

Üsyançıların ələ keçirdiyi Dəməşqdə çəkilən videokadrlardan birində Bəşər Əsədin lüks avtomobillərinin olduğu qaraj da yer alıb. İnsan acgözlüyünün sərhədi yoxmuş.

Qarajda 100-ə yaxın, bir-birindən bahalı maşınlar var. Bəşər Əsəd onları ehtiyacı üçün yox, təmtəraq üçün tədarük edib və hamısına çox böyük pullar xərcləyib. Dünyanın aparıcı avtomobil şirkətlərinin istehsalı olan bu maşınların qiyməti 200 min dollardan başlayır, aralarında qiyməti 1 milyon dolları ötənləri də var.

Suriyanın sıravi vətəndaşının yuxuda görə biləcəyi maşınların sırf “məndə də bu maşından olsun” düşüncəsi ilə alındığı yəqindir. İndi o avtomobillər yiyəsizdir və böyük ehtimalla kimlərinsə arasında pay-bölüş ediləcək.

54 illik HafizBəşər Əsəd hakimiyyəti dövründə Suriyada avtomobil istehsalı bir yana, heç təkərli uşaq arabası istehsalı olmayıb.

Maliyyə məsələləri üzrə ixtisaslaşmış ensiklopediya olan “Investopedia” 10 il öncə, 2014-cü ildə 5 ərəb prezidentin var-dövləti haqda hesabat dərc etmişdi. Siyahıda birinci Müəmmər Qəzzafi, ikinci Bəşər Əsəd, üçüncü Hüsnü Mübarək, dördüncü Abdullah Saleh və beşinci Zeynal-Abidin ben Əli idi. Həmin siyahıdan son günlərə qədər hakimiyyətdə yalnız Bəşər Əsəd qalmışdı. O da İran və Rusiyanın sayəsində hakimiyyətini qoruya bilmişdi. Yoxsa “Ərəb baharı” onun da gülünü solduracaqdı.

Təkcə Liviya lideri Müəmmər Qəzzafi 42 illik hakimiyyəti dövründə 75-80 milyard dollar arasında sərvət toplayıbmış. Hələ hakimiyyətdə olarkən ABŞ-də Qəzzafi ailəsinin 30, Kanadada 2,4, Avstriyada 1,7, Böyük Britaniyada 1 milyard dollar sərmayələri dondurulub.

Həmin günlərdə Suriya prezidenti Bəşər Əsədin sərvəti 1,5 milyard dollar olub. Lakin “Investopedia” Bəşər Əsəd ailəsinin əsas vəsaitlərinin əslində 122 milyard dollara çatdığını hesablamışdı.

10 il öncə “Investopedia” yazırdı ki, Bəşər Əsədin sərvətinin mənbəyi enerji resursları, torpaq və lisenziyaların satışıdır.

“Investopedia” maraqlı bir hesablama da aparmışdı. 2014-cü ildə Suriya əhalisinin sayının 23 milyon nəfər olmasını qeyd edərək, Bəşər Əsədin var-dövlətini pula çevirib hər bir Suriya vətəndaşına (uşaqlı-böyüklü) bölmüşdülər. Hər bir suriyalıya bu sərvətdən təxminən 5300 dollar düşürdü. Suriyalı ailə üzvlərinin orta hesabla 6 nəfər olduğu nəzərə alınanda, diktatorun hər ailədən 31 min 800 dollar oğurladığı məlum olurdu.

Bəşər Əsəd 1965-ci il sentyabrın 11-də Dəməşqdə Suriya hərbi hava qüvvələrinin komandanı, sonradan Suriya prezidenti olmuş (1971-2000) briqada generalı Hafiz Əsədin ailəsində anadan olub. Orta təhsilini Dəməşqdəki imtiyazlı “Hürriyyə” ərəb-fransız liseyində alıb. 14 yaşında Ərəb Sosialist İntibah Partiyasının (BAAS) gənclər təşkilatına qoşulub. Liseyi bitirdikdən sonra hərbi xidmətdə olub. 1988-ci ildə Dəməşq Universitetinin tibb fakültəsini oftalmologiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Dəməşq yaxınlığındakı Tişrin hərbi hospitalında işləyib. 1992-ci ildə Londona gedib və orada London universitetinin klinikasında təhsil alıb. 1994-cü ildə Hafiz Əsədin dövlət başçısı kimi varisi kimi gördüyü böyük qardaşı Basil avtomobil qəzasında dünyasını dəyişdikdən sonra Bəşər Əsəd Dəməşqə qayıdıb. Həmin il o, Homs şəhərindəki hərbi akademiyaya daxil olub və respublika qvardiya diviziyasına yazılıb. 1995-ci ildə tank batalyonuna komandirlik edib. O, hərbi xidmətlə paralel olaraq vətəndaşların şikayət və müraciətlərinə baxılması, korrupsiyaya qarşı mübarizə aparan büronun rəhbəri olub.

1997-ci ildə qvardiyanın komandanı, 1999-cu ildə isə prezidentin müşaviri təyin edilib. O, ölkənin siyasi həyatında fəal iştirak edib - Suriya və Livan arasında münasibətlərə nəzarət ona həvalə olunub və bir sıra ərəb ölkələrinə səfərlər edib. 2000-ci il iyunun 10-da Hafiz Əsədin qəfil ölümündən sonra ölkə parlamenti konstitusiya dəyişikliyi qəbul edib və prezidentliyə namizədlər üçün yaş həddi 40-dan 34-ə endirilib. Bu, Bəşər Əsədə ən yüksək hökumət postunu tutmağa imkan verib. Hakim BAAS partiyasının konfransında o, “partiyanın və xalqın lideri” elan edilib və dövlət başçısı vəzifəsinə namizədliyi irəli sürülüb.

2000-ci il iyulun 10-da keçirilən referendumda Əsəd prezidentliyə yeganə namizəd kimi təsdiq edilib. Seçicilərin 97%-nin ona səs verdiyi göstərilib. 2000-ci il iyulun 17-də o, 7 illik müddətə vəzifəsinin icrasına başlayıb. 2007-ci il mayın 27-də referendumda seçicilərin 97,6%-nin dəstəyini qazandığı, ikinci müddətə seçildiyi elan olunub.

2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayıb: hökumət əleyhinə kütləvi etirazlar Əsədin prezidentlikdən istefasını tələb edən hökumət qoşunları ilə müxtəlif silahlı müxalifət qrupları arasında silahlı qarşıdurmaya çevrilib. Belə bir şəraitdə 2012-ci ilin fevralında çoxpartiyalı sistemi təsbit edən yeni konstitusiya qəbul edildi. Ölkə tarixində ilk alternativ seçkilərdə, 3 iyun 2014-cü ildə Bəşər Əsəd səslərin 88 faizini qazanaraq üçüncü dəfə prezident kimi fəaliyyətə başlayıb. Avropa İttifaqı seçkilərin qanuniliyini şübhə altına alıb.

Bu vaxta qədər Suriyada “İslam Dövləti” qruplaşması güclənmişdi və 2015-ci ilin ortalarına qədər ölkə ərazisinin yalnız 20 faizi Əsəd hökumətinin nəzarəti altında qalmışdı. Bəşər Əsədin tələbi ilə Rusiya aerokosmik qüvvələrinin Suriyada əməliyyatlara cəlb olunub. Bu, Əsədin vəziyyətini yaxşılaşdırıb.

Bəşər Əsədin varidatının bu gün Suriyanın 7 illik dövlət büdcəsinə bərabər olduğu deyilir. Onun Böyük Britaniya, Rusiya, Dubay, Livan və Honkonqda daşınmaz əmlaklarının, bank hesablarının varlığı haqda məlumatlar var. Bu aktivləri prezidentin yaxın qohumları Suriya iqtisadiyyatının böyük hissəsinə nəzarət edən şirkətlər vasitəsilə idarə edirlər. Bəşər Əsəd ailəsinin real sərvəti 5 milyard avro, 16 milyard dollar, 200 ton qızıl həcmindədir. Onun Böyük Britaniyada dondurulmuş 100 milyon funt sterlinqi də var. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2024 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri