Icma.az
close
up
RU
Bəşəriyyət üçün dialoqun 20 ili...

Bəşəriyyət üçün dialoqun 20 ili...

Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi  BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib

Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının (UNAOC) 11-ci Qlobal Forumu keçirilib. 14-15 dekabrda  “UNAOC: Bəşəriyyət üçün dialoqun 20 ili - Çoxqütblü dünyada qarşılıqlı hörmət və anlaşmanın yeni dövrünə doğru” şüarı ilə keçirilən forumda dövlət və hökumət başçıları, beynəlxalq və regional təşkilatların rəhbərləri, dini liderlər, eləcə də özəl sektor, gənclər, incəsənət, idman, akademik dairələrin təmsilçiləri və media nümayəndələri iştirak ediblər. Forum Alyansın yaranmasının 20 illiyinə və üçüncü onilliyə daxil olması münasibətilə davamlı sülhün təmin edilməsi istiqamətində gələcək fəaliyyət planının müəyyənləşdirilməsinə həsr olunub.

Forumda Azərbaycanı kimlər təmsil edib?

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iştirak ediblər.

Forumun açılış mərasimində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud, BMT-nin Baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya məsələləri üzrə xüsusi nümayəndəsi Migel Moratinos, İspaniyanın inklüzivlik, sosial təhlükəsizlik və miqrasiya naziri Elma Saiz Delqado və Tükiyənin keçmiş Baş naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Binəli Yıldırımın çıxışları dinlənilib.

İki gün davam edən forum çərçivəsində təşkil olunan sessiyalarda “Çoxqütblü dünyada məsuliyyətli liderlik: inklüziv dialoq vasitəsilə çoxtərəfliliyin təşviqi”, “Bəşəriyyətə inam: dinlərarası dialoq sülhə və vahid bəşəriyyətə körpü kimi”, “Rəqəmsal reallıqlardan real dünyaya: dipfeyklərə, süni intellektlə idarəolunan dezinformasiyaya və yeni alqoritmlərlə gücləndirilmiş nifrətə qarşı mübarizə”, “İnsan ləyaqətinin qorunması və mənsubiyyətin təşviqi: miqrasiya hekayələrinin yenidən qurulması və şəhərlərin hamı üçün inklüziv məkanlar kimi yenidən düşünülməsi” və digər mövzular müzakirə edilib.

Şeyxülislam: Ölkəmiz işğaldan azad edilən Qarabağda  dini-mənəvi irsi dirçəldir

Şeyxülislam A.Paşazadə İordaniya şahzadəsi Əlahəzrət Rim Alinin moderatorluq etdiyi “Bəşəriyyətə İnam: Dinlərarası Dialoq Sülh və Bir Bəşəriyyət yoluna aparan körpüdür” adlı plenar sessiyada çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin xeyir-dualarını və ən xoş arzularını forum iştirakçılarına yetirən QMİ sədri A.Paşazadə BMT Sivilizasiyalar Alyansının iki onillik fəaliyyəti ilə özünü bəşəriyyətin mənafeyinə xidmət edən, qlobal problemlərin həllində dövlət, ictimaiyyət və din nümayəndələrinin birgə əməkdaşlığının inkişafına töhfə verən mühüm beynəlxalq platforma olaraq təsdiq etdiyini və qurumun sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə nailiyyətlərinin təqdirəlayiq olduğunu vurğulayıb.

Şeyxülislam, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışı  əks etdirən dəyərli tarixi təcrübəyə, dinlərarası tolerantlıq, məzhəblərarası anlaşma modelinə malik Azərbaycan dövlətinin BMT Sivilizasiyalar Alyansı ilə bəşəri mənafelər naminə əməkdaşlığı yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. O bildirib ki, Azərbaycanda keçirilən ənənəvi Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları Azərbaycan Prezidentinin müəllifi olduğu Bakı Prosesinin tərəfdaşı olan Sivilizasiyalar Alyansı ilə birgə əməkdaşlığımızın gözəl nəticələridir. A.Paşazadə Azərbaycanın BMT-nin məlum qətnamələri əsasında işğaldan azad etdiyi Qarabağda vandalizmə məruz qalmış dini-mənəvi irsini dirçəltdiyini, ölkəmizin bütün dinlərə məxsus məbədləri bərpa və yenidən quraraq bu gün bölgədə və dünya müstəvisində sülh gündəliyində fəal iştirakını, insan həmrəyliyinə xidmət edən təşəbbüslərin önündə getdiyini qeyd edib.

Azərbaycanda tolerantlıq mühiti barədə məlumat verilib

Eyni zamanda, forum çərçivəsində UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü keçirilib. Görüşdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühiti barədə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin “Müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində birgəyaşayışı ölkədə vətəndaş həmrəyliyi və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır” fikirlərini diqqətə çatdıran nazir mədəniyyətlərarası dialoqun təşviqi, multikultural dəyərlərin qorunması və mədəni diplomatiyanın beynəlxalq əməkdaşlığın inkişafında rolunu vurğulayıb.

Forumun yüksək səviyyədə təşkilinə görə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə təşəkkür edən Adil Kərimli UNAOC-un qlobal dialoq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm beynəlxalq platforma olduğunu xüsusi qeyd edib. Çıxışda Azərbaycanın UNAOC ilə əməkdaşlıq çərçivəsində dinlərarası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərə toxunulub.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib. Mərkəzin yaydığı məlumatda bildirilib ki, forum müxtəlif sivilizasiyalar arasında qarşılıqlı anlaşma, dialoq və əməkdaşlığın gücləndirilməsinə həsr olunmuş yüksəksəviyyəli platforma kimi dünya liderlərini, siyasətçiləri və ekspertləri bir araya gətirib. NGBM foruma geniş tərkibdə qatılıb. Forum boyunca Mərkəzin üzvləri müxtəlif sessiyalarda çıxış edərək, birgəyaşayış, dinlərarası və mədəniyyətlərarası dialoq vasitəsilə sülhün təşviqi, terrorizm, şəhərsalmanın inkişafı, rəqəmsal dövrdə dezinformasiyanın yaratdığı çağırışlar, süni intellektin təsiri, həmçinin çoxtərəfli dünyanın tələblərinə cavab verən liderlik modelləri barədə fikirlərini bölüşüblər.

NGBM təmsilçiləri bir sıra görüşlər keçirib

Tədbir çərçivəsində Mərkəzin Baş katibi yüksəksəviyyəli görüşlər də keçirib. O, “UNCTAD”-ın Baş katibi Rebeka Qrinspan, Türkiyənin sabiq Baş naziri və Mərkəzin üzvü Binəli Yıldırım, həmçinin BMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos ilə görüşərək 2026-cı ildə keçiriləcək XIII Qlobal Bakı Forumuna hazırlıq haqqında müzakirələr aparıb. Bununla yanaşı, Mərkəzin nümayəndələri Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Al Faysal Al Saud ilə görüşüblər. Görüş zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 2026-cı ildə keçirəcəyi beynəlxalq tədbirlər, qarşıdakı əməkdaşlıq planları və birgə təşəbbüslərin genişləndirilməsi imkanları müzakirə olunub.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, Prezident İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Dekabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see365

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see246

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see228

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see216

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see202

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see199

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see196

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see193

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see193

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see192

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see183

Brayton Tottenhem in müdafiəçisi üçün 30 milyon təklif etdi

12 İyun 2026 19:11see182

Pensiya alanlara şad xəbər NAZİRLİK AÇIQLADI

12 İyun 2026 12:14see181

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see181

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see174

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see172

Paşinyanın qələbəsindən sonra: Siyasi eyforiya və təzyiqlər

12 İyun 2026 12:16see171

Dövlət büdcəsi xərclərinin 40% i sosialyönlüdür

12 İyun 2026 12:15see168

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see165

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri