Icma.az
close
up
RU
Bəşəriyyət uçurumun astanasında: İldə bir trilyon dollar olmasa…

Bəşəriyyət uçurumun astanasında: İldə bir trilyon dollar olmasa…

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bəşəriyyət iqlim uçurumunun astanasındadır. 

Hətta ən optimist ssenari belə istiləşmənin sənayeləşmədən əvvəlki səviyyələrdən 1,7°C yuxarı olacağını göstərir. Buzlaqların əriməsi, okean axınları və ya Amazondakı yağış meşələri kimi hadisələrin qarşısını almaq üçün atmosferdən hər il 10 milyard ton karbon qazını çıxarılmalıdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bu açıqlamanı Potsdam İqlim Təsiri Tədqiqatları İnstitutunun direktoru və BMT-nin və COP30 sədrliyinin aparıcı elmi məsləhətçisi Yohan Rokström verib. 

Rokström vurğulayıb ki, hətta ən iddialı tədbirlərlə belə, temperature artımı Paris Sazişində nəzərdə tutulan 1,5°C hədəfini aşacaq. Bu, artıq 2024-cü ildə müvəqqəti olaraq baş verib. Stanford Universitetindən olan mütəxəssis Kris Fild 1,5°C hədəfini qorumağın nə üçün vacib olduğunu belə izah edib: 

“Hər əlavə 10°C "dönüş nöqtələri"nin aktivləşmə riskini kəskin şəkildə artırır”. 

Dönüş nöqtələri üzrə ekspert, Ekseter Universitetindən Tim Lenton zəncirvari reaksiya barədə xəbərdarlıq edib: 

“Atlantik Meridional Dövriyyəsi (AMOC) yavaşlasa, bu, digər fəlakətli prosesləri tətikləyəcək. Bunun qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik”.

“Field”-in hesablamalarına görə, hər əlavə 0,1°C-ni kompensasiya etmək üçün 200 milyard ton CO₂-ni təmizləmək tələb olunur. Ən yaxşı ssenaridə belə, bu, yalnız 0,2°C-ni kompensasiya edəcək. Üstəlik, bu, yavaş, bahalı və gözlənilməz nəticələrə səbəb olur. 

Rockström illik tələbatı 10 milyard ton olaraq qiymətləndirib: 

“Bu, neft və qazdan sonra dünyanın ikinci ən böyük sənayesi deməkdir və ildə təxminən bir trilyon dollara başa gəlir”.

Karbonu təmizləməyin müxtəlif üsulları mövcuddur. Ən ucuz və ən təsirli üsul meşə salmaqdır, bu zaman CO₂-nin hər tonu təxminən 50 dollardır. Ən bahalı üsul isə hələ miqyaslandırılmamış, hər tonu ən azı 200 dollar olan sənaye prosesi kimi tanınan birbaşa hava tutmasıdır. 

Potsdam İnstitutunun modelləri göstərir ki, hətta CO₂-nin aradan qaldırılması və emissiyanın kəskin azaldılması tədbirləri ilə belə, istiləşmə 1,6-1,8°C olacaq: 

"Biz çıxılmaz vəziyyətə doğru irəliləyirik. Alimlər çox narahatdırlar”. 

Ümumiyyətlə, yaxın illərdə dünyada temperatur artımı 1,5°C-ni keçəcək. İqlim fəlakətlərinin qarşısını almaq üçün hər il 10 milyard ton CO₂ təmizlənməlidir. Bu, ildə bir trilyon dollar və ikinci ən böyük sənaye deməkdir. Bu yükün altına girmək isə o qədər də asan görünmür.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see288

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see275

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see239

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see221

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see216

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see208

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see205

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see205

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see196

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see187

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see181

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see180

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see180

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see177

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri