Icma.az
close
up
RU
Bəşəriyyətin inkişafında yeni mərhələ olan ekoloji sivilizasiya konsepsiyasının müəllifi akademik Urxan Ələkbərovdur

Bəşəriyyətin inkişafında yeni mərhələ olan ekoloji sivilizasiya konsepsiyasının müəllifi akademik Urxan Ələkbərovdur

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 21 aprel, AZƏRTAC

XXI əsrdə dünya idarəçiliyi yeni mərhələyə qədəm qoyub. Bu gün iqlim dəyişiklikləri, qlobal temperatur artımı, istixana qazlarının emissiyası, enerji təhlükəsizliyi və idarəedilməsi, yaşıl enerjinin təşviqi, sosial rifah və digər mövzular aktuallıq daşıyır. Bu istiqamətdə ekoloji sivilizasiya ciddi aktuallıq təşkil edir. Təsadüfi deyil ki, “ekosivilizasiya” müasir cəmiyyətlər üçün prioritetə çevrilib və bu tendensiya həm qlobal ekoloji çağırışlarla, həm də insanlığın gələcəyi ilə bağlı narahatlıqlarla əlaqəlidir. Təsadüfi deyil ki, bəzi dövlətlər ekosivilizasiya mövzusunu dövlətlərinin gələcək strategiyalarına daxil ediblər. Bu dövlətlərdən biri də Çindir.

İlk dəfə olaraq Çində “ekosivilizasiya” anlayışı rəsmi dövlət siyasətinə çevrilib. 2007-ci ildən etibarən, “ekoloji sivilizasiya” anlayışı Çin Kommunist Partiyasının rəsmi sənədlərinə daxil edilib. 2012-ci ildə Çin Kommunist Partiyası bu konsepsiyanı öz inkişaf planlarında əsas istiqamət kimi qəbul edərək Konstitusiyaya əlavə edib . Hədəf – “ekoloji cəhətdən sivil, zəngin və harmonik bir cəmiyyət” yaratmaqdır.

Sevindirici haldır ki, “ekosivilizasiya” termini ilk dəfə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov tərəfindən elmə gətirilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq Zaur Məmmədovun məqaləsində yer alıb.

Məqalədə qeyd olunur ki, akademik Urxan Ələkbərov ilk dəfə 1998-ci ildə “Enerji. Ekologiya. İqtisadiyyat” jurnalında (ISSN 1560-4055) dərc edilmiş “İnsan fəaliyyətinin ekolojiləşdirilməsi” adlı məqaləsində ekoloji sivilizasiya anlayışını bəşəriyyətin növbəti inkişaf mərhələsi və davamlı inkişafın məqsədi kimi irəli sürüb. Alimin fikrincə, bu cəmiyyət növündə iqtisadiyyat, demoqrafiya, mədəniyyət və sosial münasibətlər ekoloji qanunauyğunluqlara tabe olmalıdır. Belə cəmiyyətlərdə iqtisadiyyat, demoqrafiya, mədəniyyət və sosial münasibətlər ekoloji qanunauyğunluqlara tabe olmalıdır. Urxan Ələkbərov, həmçinin davamlı və inklüziv inkişaf üçün göstəricilər sistemi irəli sürüb ki, bu da onun sonrakı nəşrlərinin əsasını təşkil edir.

Dünyada “ekosivilizasiya” sahəsində ilk dərslik akademik Urxan Ələkbərova məxsusdur. Onun 2017-ci ildə “Davamlı inkişaf və ekoloji sivilizasiyanın idarə edilməsinin əsasları” adlı dərsliyi ali məktəblərdə ekoloji sivilizasiyanın idarə olunması, davamlı inkişafın prinsipləri və dövlət siyasətində ekoloji yanaşmaların tətbiqi kimi mövzuları əhatə edir. U.Ələkbərovun elmi yanaşması ekosivilizasiyanı yalnız ekoloji deyil, həm də sosial və iqtisadi aspektlərdə dəyərləndirir. O, ekosivilizasiyanı davamlı inkişafın əsas elementi kimi təqdim edir və cəmiyyətlər arasında qeyri-bərabərliyin aradan qaldırılması üçün insan resurslarının yaradılması imkanlarının artırılmasının vacibliyini vurğulayır

Burada xüsusilə qeyd etmək lazımdır ki, akademik Urxan Ələkbərovun ekosivilizasiya və davamlı inkişaf sahəsindəki konsepsiyaları beynəlxalq səviyyədə də tanınır və dəstəklənir. Onun ideyalarına bir çox beynəlxalq mənbələrdə istinad edilir və sitatlar verilir. “Google” və “chat gpt” axtarış sistemlərində ekosivilizasiya haqqında məqalələrdə terminin məhz akademik Urxan Ələkbərov tərəfindən ilk dəfə elmə gətirildiyinə dair məlumatlar var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri