Icma.az
close
up
RU
Bəşəriyyətin nüvə təhlükəsi...

Bəşəriyyətin nüvə təhlükəsi...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Çəkindirici güc”, yoxsa real təhlükə?

İstifadə edildiyi ilk gündən dağıdıcı və məhvedici gücə malik olan nüvə silahı 21-ci əsrin ən böyük təhlükəsi kimi dəyərləndirilir. Belə ki, insanlara və təbiətə ziyan verən bu silah bütün dünya üçün “qorxulu kabusdur”. Tarixə nəzər yetirdikdə görürük ki, nüvə silahından istifadənin qarşısının alınmasına yönələn bir sıra addımlar atılıb. Amma təəssüf ki, hələ də “nüvə təhdidi” öz aktuallığını qoruyur.

Hazırda Yer kürəsində təxminən 15000-dən çox nüvə başlığı saxlanılır və ən çox silaha sahib ölkələr Rusiya və ABŞ-dır. Bu silahların bir hissəsi aktiv döyüş vəziyyətində saxlanılır, digərləri isə ehtiyat arsenal kimi qorunur.

Nüvə silahlarının psixoloji və siyasi təsirləri

Nüvə silahlarının istifadəsi etik cəhətdən də ciddi suallar doğurur. Bu silahlar mülki əhaliyə qarşı kütləvi zərər vurduğu üçün onların istifadəsi beynəlxalq humanitar hüquqa zidd hesab olunur. Bəzi ekspertlər nüvə silahlarının mövcudluğunu belə insan hüquqlarına təhlükə kimi qiymətləndirirlər. Digər tərəfdən isə bəzi dövlətlər bu silahların mövcudluğunu müharibənin qarşısını alan bir amil - yəni “çəkindirici vasitə” kimi qəbul edir.

Bütün bunlara baxmayaraq, nüvə silahlarının təhlükəsi sadəcə onların istifadəsi deyil, həm də psixoloji və siyasi təsirlərində gizlənir. Onların mövcudluğu belə ölkələrarası münasibətləri gərginləşdirir, silahlanma yarışını təşviq edir və sabit beynəlxalq nizamın qurulmasını çətinləşdirir. Bu səbəbdən beynəlxalq ictimaiyyətin əsas məqsədlərindən biri nüvə silahlarının tədricən ləğvi və dünyanın nüvəsiz gələcəyə doğru yönləndirilməsi olmalıdır.

Bəşəriyyəti məhv etməyə nail olan bu real təhlükə barədə söhbət açmağımızın məqsədi var. Belə ki, avqustun 29-u Nüvə sınaqları əleyhinə beynəlxalq fəaliyyət günü kimi qeyd olunur. Bu gün 2009-cu il dekabrın 2-də BMT Baş Məclisinin 64-cü sessiyasında təsis edilib. Təhlükəsiz dünya yaradılması üçün nüvə sınaqlarının dayandırılması məsələsində BMT-nin, dünya dövlətlərinin, hökumətlərarası və qeyri-hökumət təşkilatlarının səylərinin fəallaşdırılması zəruridir.

BMT-nin müvafiq qətnaməsinin preambulunda deyilir: “Nüvə sınaqlarının insanların həyatı və sağlamlığı üçün məhvedici təsirlərinin qarşısını almaq üçün bu cür sınaqlara son qoyulmalıdır”.

İlk atom bombası

İlk atom bombası İkinci Dünya müharibəsinin sonunda ABŞ-da hazırlanıb. Atom bombası havada partladıla bilər. 1945-ci ilin iyulunda ABŞ atom bombasını sınaqdan keçirdikdən sonra avqustun 6-da Yaponiyanın Xirosima avqustun 9-da isə Naqasaki şəhərlərinə partlayış gücü 20 min ton trotil partlayışına ekvivalent olan 2 bomba atmışdı. Xirosimada 200 minə yaxın adam ölüb, sonralar isə şüa xəstəliyindən və yaralanmadan daha 35 min adam həyatını itirib.

9 ölkədə nüvə silahı var

Bu gün nüvə silahına malik 9 dövlətin adını çəkmək olar ki, onlardan 5-i rəsmi, 4-ü isə qeyri-rəsmi nüvə dövlətləri hesab olunur. Rəsmi nüvə dövlətləri: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çindir. Qeyri-rəsmi nüvə dövlətləri: Hindistan, Pakistan, İsrail və Şimali Koreyadır. BMT-nin təşəbbüsü ilə 12 iyun 1968-ci ildə imzalanan “Nüvə silahının yayılmaması barədə müqavilə”yə əsasən, 1967-ci il yanvarın 1-nə qədər nüvə sınaqları keçirən ölkələr nüvə dövlətləri hesab olunurlar.

Ən böyük problem isə bu silahların miqdarının düzgün açıqlanmamasıdır. Məsələn, mənbələrin birində hazırda Rusiyanın 6500, ABŞ-ın isə 3 mindən çox nüvə başlıqlı raketinin mövcud olduğu qeyd edilir. Stokholm Beynəlxalq Sülh İnstitutu (SIPRI) və Amerika Elm Adamları Federasiyasının (FAS) 2019-cu ildə birgə apardığı araşdırmalara görə də dünyada 9 ölkədə nüvə silahı var.

Nüvə silahından istifadə olunarsa...

Nüvə silahı və nüvə hücumları ilə bağlı müxtəlif məlumat resurslarında olduqca maraqlı və insanı qorxuya salan informasiyalar mövcuddur. Maraqlı məlumatlardan biri də odur ki, 1983-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə görə, hər bir həkim nüvə silahı tətbiqindən sonra insanlara yardım və müalicənin prinsiplərini bilməlidir. ÜST nüvə silahlarının fəsadlarını insan orqanizmi üçün faciəvi və geri dönüşü olmayan məhv prosesi kimi qiymətləndirir. Bu elə bir müharibədir ki, heç bir dərman, sarğı və əməliyyat, heç bir yüksək səviyyəli tibb onun yaralarını sağalda bilməz...

Əgər nüvə hücumu olarsa, həkimlər zərərçəkənlərə heç bir kömək edə bilməyəcək. Müasir tibb hər nə qədər inkişaf etsə də, nüvə partlayışının fəsadları qarşısında çox acizdir. Bir anlıq təsəvvür edək ki, nüvə silahı atılan region və radiusda şəhərlərdə xəstəxanalar, bütün binalar yanacaq, ölən insanlar içində həkimlər, tibb işçiləri də olacaq. Regiona nüvə silahının atılması həm də orda olan bütün həkim, tibb işçisinin məhvi deməkdir.

Ümid edək ki, bəşər tarixində heç vaxt nüvə silahından istifadəyə ehtiyac olmayacaq və bütün dünya xalqlarının amalı, məramı bir olacaq. O amal və məram ki, bəşəriyyətin xoşbəxtlik və rifah içində yaşamağına zəmin verəcək...

Beynəlxalq hüquq nə deyir?

Nüvə silahından istifadənin beynəlxalq hüquqda çox ciddi tənzimlənməsi var və bu silahın istifadəsi spesifik və məhdudlaşdırılmış vəziyyətlərdə nəzərdə tutulur. Ümumilikdə, nüvə silahlarının istifadəsi bir neçə əsas qaydaya, beynəlxalq müqavilələrə və strateji nəzəriyyələrə əsaslanır. Bu mövzuda bəzi mühüm məqamlar var: “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi” (NPT). 1968-ci ildə qəbul edilmiş bu müqavilə, nüvə silahlarının yayılmasının qarşısını almağa yönəlmiş əsas beynəlxalq sazişdir. Müqaviləyə əsasən, nüvə silahlarına sahib olan dövlətlər öz arsenalını tədricən azaltmalı və nüvə silahlarının yayılmaması üçün səylərini artırmalıdırlar. Həmçinin, bu müqavilə silahların istifadəsinin yalnız özünümüdafiə məqsədilə və beynəlxalq hüquq çərçivəsində icazə verildiyi halda mümkün olduğunu bildirir.

Beynəlxalq hüquq nüvə silahlarını istifadə etməyə çalışan və ya nüvə silahlarını yaymağa cəhd edən ölkələrə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edir. BMT Təhlükəsizlik Şurası bu məsələdə mühüm rol oynayır və bəzi ölkələrin nüvə silahlarını inkişaf etdirməsi və istifadə etmək istəyi ciddi beynəlxalq reaksiyalarla nəticələnir.

“İlk” və “Sonra istifadə”...

Nüvə silahlarını istifadə etmək üçün bir çox dövlət əvvəlcə “ilk istifadə” hüququnu təmin etməyi və ya “ilk zərbəni” atmağı qəbul etmir. Yəni, nüvə silahlarını ilk olaraq istifadə etmək beynəlxalq qaydalara qarşıdır. Lakin bəzi ölkələr, (məsələn, ABŞ və Rusiyanın bəzi strateji doktrinlərinə görə) “ilk istifadə” siyasətini qəbul ediblər. Bu siyasətə görə, dövlətlər öz ərazilərini və ya müttəfiqlərini qorumaq üçün nüvə silahını ilk dəfə istifadə edə bilərlər.

Beynəlxalq hüquq insanlıq üçün nüvə silahlarının istifadəsini minimuma endirmək və silahların yayılmasının qarşısını almaq üçün beynəlxalq sazişlərə əsaslanır. Bu silahlar heç vaxt müharibənin bir vasitəsi olaraq qəbul edilə bilməz. Çünki onların nəticələri bütün bəşəriyyətin gələcəyini təhlükəyə atır...

Yeganə BAYRAMOVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Avqust 2025 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1373

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see688

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see546

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see533

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see519

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see482

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see436

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see415

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see406

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see392

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see385

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see372

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see369

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see352

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see344

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see339

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see335

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see335

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see327

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see320
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri