Beşiktaş axtardığı yarımmüdafiəçini İngiltərədən tapdı
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Yarımmüdafiəni gücləndirmək istəyən "Beşiktaş" üzünü İngiltərə Premyer Liqasına çevirib.
Fanat.Az Britaniyanın "The Chronicle" nəşrinə istinadən xəbər verir ki, "Qara qartallar" "Nyukasl Yunayted"in 26 yaşlı futbolçusu Co Villokla maraqlanır.
Xəbərdə qeyd olunur ki, 2021-ci ildə "Arsenal"dan 25 milyon funt-sterlinq qarşılığında transfer edilən ingilis futbolçunun "sağsağanlar"dakı gələcəyi qeyri-müəyyən olsa da, o, komandada qalmaq və heyətdə yer tutmaq uğrunda mübarizə aparmaq istəyir. Eyni zamanda, müqaviləsinin bitməsinə bir il qalmış futbolçu ilə bağlı daxil olacaq təklifləri nəzərdən keçirmək niyyətindədir.
Hesabatda qeyd olunur ki, "Beşiktaş" bu yaxınlarda "topçular"dan Leandro Trossardı heyətinə qatıb və klubun hədəf siyahısına Villoku da əlavə edərək, onun transferini reallaşdırmaq üçün ciddi səylər göstərdiyi bildirilir.
Məlumatlara görə, Türkiyə təmsilçisi ingilis futbolçu ilə üçillik müqavilə imzalamağı hədəfləyir, lakin hələ "Nyukasl"a rəsmi təklif göndərməyib.
Co Villok ötən mövsüm 39 matça çıxıb və 1 qol, 3 məhsuldar ötürməyə imza atıb.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 27 İyul 2026 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















