Paşinyanın imkanları daralır: İrəvan referendumu ləngitməyə çalışır
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, TRIPP layihəsi Azərbaycanla sülh müqaviləsi imzalanmadan əvvəl də başlaya bilər.
Parlamentdə çıxış edərkən o, sülh müqaviləsinin artıq paraflandığını və nə Bakının, nə də İrəvanın onu şübhə altına almadığını xatırladıb.
Mirzoyanın sözlərinə görə, əvvəlcə sülh müqaviləsini imzalamaq məntiqli olardı, amma "həyatın öz qaydaları var". Eyni zamanda, onun iddiasına görə, "Tramp marşrutu"nun həyata keçirilməsinin özü də sülhün möhkəmləndirilməsinə töhfə verə bilər.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Bakupost”a bildirib ki, Paşinyan ya Moskva, ya Tehrandan qorxmasından, yaxud da millətçiliyindən irəli gələn təfəkkürü nəticəsində birdən-birə 2031-ci ilədək ölkə konstitusiyasını dəyişmək fikrində olmadığını bəyan edib:
“Amma iki gündən sonra həmin fikrini dəyişdirərək, gələn ilədək sözügedən məsələni bitirmək lazım olduğunu söyləyib. Bu fonda Tramp adminstrasiyası Ermənistana daha öncə yerinə yetirməli olduğu öhdəliklər barədə ciddi mesaj ünvanlayıb”.
Müsahibimiz qeyd edir ki, İrəvan isə prosesi ləngitməyə çalışır:
“Bu ləngitmə özünü həm referendum, həm də TRİPP layihəsində göstərir. Mirzoyanın açıqlaması da ABŞ-nin İrəvana ünvanladığı mesajının nəticəsidir”.
Ekspertin sözlərinə görə, TRİPP layihəsinin sülh sazişilə heç bir bağlantısı yoxdur.
Eks nazirinin fikrincə, burada söhbət ondan gedir ki, Paşinyan ciddi şəkildə Moskva və Tehrandan asılı olduğundan, artıq mürəkkəb vəziyyətə düşüb:
“Rusiya ilə İran TRİPP layihəsinin həyata keçməsinə icazə vermir. O biri tərəfdən, ABŞ adminstrasiyası da İrəvandan verdiyi sözə əməl etməsini tələb edir. Mirzoyanın bəyanatı da məhz bu amillə bağlıdır. Onlar bununla həmin məsələlərlə ciddi məşğul olduqları barədə görüntü yaratmağa çalışırlar. Amma mövcud vəziyyətdə artıq əsassız uzatmalara imkan qalmır və Paşinyanın manevrlərinə daha yer yoxur”.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 27 Oktyabr 2026 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















