Beşiktaş evdə debütanta uduzdu!
Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyə çempionatında 9-cu turun əsas sürprizi ''Tüpraş Stadionu''nda qeydə alındı.
Hər kəs yüksəlişdə olan ''Beşiktaş''ın debütant ''Gənclərbirliyi'' ilə ev oyununda rahat qələbə qazanacağını düşünürdü. Özü də ilk yarısı qolsuz başa çatan oyunda meydan sahibləri fasilədən dərhal sonra Cengiz Ündər ilə hesabı açdılar. Amma sonrakı dəqiqələrdə müdafiədə inamlı təsir bağışlayan paytaxt təmsilçisi matçın son anlarında iddialı rəqibini şoka saldı.
79-cu dəqiqədə David Yurasek avtoqol müəllifi oldu. Maraqlıdı ki, çexiyalı müdafiəçi bundan cəmi 1 dəqiqə öncə meydana çıxmışdı. 82-ci dəqiqədə isə Franko Tonqya qonaqlara sensasiyon qələbə qazandırdı. Yeri gəlmişkən, ''Gənclərbirliyi'' elitada oynadığı son mövsümdə - 2020/21-də də güclü rəqibini səfərdə yenməyi bacarmışdı (1:0). Özü də həmin mövsümdə ''qartal'' çempion olmuşdu. Ankara klubu tarixində ilk dəfə ''ağ-qaralar''ı səfərdə ardıcıl 2 oyunda məğlub etməyi bacardı.
Son illərdə çempionluq mübarizəsindən erkən çəkilən ''Beşiktaş'' deyəsən bu mövsüm də bu uğursuz ənənəni davam etdirəcək. Çünki cəmi 9 turdan sonra bu komanda ilə lider ''Qalatasaray'' arasında artıq 12 xallıq fərq yaranıb. Düzdü, ''Beşiktaş'' bir oyun az keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 19 Oktyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















