Icma.az
close
up
RU
Beşiktaş ın kosovolusu Türkiyə ilə oyundan danışdı

Beşiktaş ın kosovolusu Türkiyə ilə oyundan danışdı

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kosovo ilə Türkiyə arasındakı tarixi dueldən öncə karyerasını Türkiyədə davam etdirən daha bir kosovolu - Milot Raşitsa da acıqlamalar verib.

Daha öncə ''Qalatasaray''da da top qovmuş 29 yaşlı vinger 2023-dən bu yana ''Beşiktaş''ın şərəfini qoruyur. İndiyə qədər Türkiyə çempionatında 100-dən çox oyun keçirən təcrübəli futbolçu ''Sözcü'' nəşrinə bunları deyib:

''Hər nə qədər qələbə üçün alışıb yansaq da, bu matçın favoritinin Türkiyə olduğunu etiraf etməliyik. Təcrübə, oyunçuların fərdi keyfiyyətləri və oynadıqları klubların səviyyələri onları favorit edən əsas məqamlardı. Ancaq biz də uğura acıq və ölkəmizi təmsil etməkdən qürur duyuruq. Bu üzdən öz səviyyəmizə və tarix yazmaq şansımıza inanaraq matçı səbirsizliklə gözləyirik. Onları yaxşı analiz etmişik. Məşqçilər korpusu bizə lazım olan məqamları anladıb. Özümüzə və iradəmizə güvənirik. Bizim əsas gücümüz komanda şəklində güclü olmağımızdadı. Artıq bizim zamanımızın yetişdiyini hiss edirik. Bura qədər gələrkən çətin görünən bir çox şeyi bacarmışıq. Ona görə də üzərimizdə heç bir təzyiq hiss etmirik. Sadəcə bu anın dadını çıxarmağa çalışırıq. Mənim üçün də çox özəl bir qarşılaşma olacaq. Çünki 4 ilə yaxındı, Türkiyədəyəm. Sevdiyim ölkədi və hər kəslə münasibətim yaxşıdı. Ailəmlə birlikdə burda çox xoşbəxtəm. İlk gündən özümüzə qarşı yalnız sevgi və hörmət gördüyümüzdən özümüzü evdəki kimi hiss edirik. Amma dediyim kimi öz ölkəmin qazanmasını istəyirəm. Bu, bir futbol oyunudu və ölkəm üçün hər şeyimi verməyə hazıram. Önümüzdə sonuncu və ən çətin bir addım qalıb. Finalda nəticə nə olursa olsun, biz millətimizə artıq qürur yaşatmışıq. Onlar kosovolu olmaları ilə fəxr edirlər. Bu, hər şeydən üstün olan bir duyğudu. İndiyə qədər ortaya qoyduğumuz performans və komanda ruhu ilə qürur duya bilərik''.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 30 Mart 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri