Icma.az
close
up
RU
Beşiktaş ın yetirməsi İtaliyada ilk qolunu vurdu

Beşiktaş ın yetirməsi İtaliyada ilk qolunu vurdu

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Bu yay icarə əsasında ''Beşiktaş''dan ''Kalyari''yə yollanan və yeni mühitə adaptasiyası heç də asan keçməyən Semih Kılıçsoy İtaliyada nəhayət, ilk qolunu vurub.

"Football-plus.az" xəbər verir ki, İstanbul nəhənginin öz yetirməsi olan bu futbolçu bazar günü ''Kalyari''nin evdə ''Piza''ya qarşı keçirdiyi matçda (2:2) fərqlənərək A seriyasında qol hesabını açıb. 20 yaşlı vinger matçın ardından türkiyəli həmkarlarımıza açıqlamalar verərək təəssüratları ilə bölüşüb:

''Burda oynanılan futbol Türkiyədəkindən çox fərqlidi. Həm məşqlərdə, həm də şans qazandığım oyunlarda əlimdən gələni etməyə çalışıram. Fikrimcə, bura gəldikdən bu yana müəyyən inkişafa nail olmuşam. ''Piza''ya qarşı son matçda ilk dəfə start heyətində meydana çıxdım. Düzdü, bir qədər həyəcanlı idim. Amma fiziki və psixoloji cəhətdən buna hazır idim. Bu anın gələcəyini bilirdim. Meydanda özümü yaxşı və inamlı hiss edirdim. Həm fanatlardan, həm də komanda yoldaşlarımdan dəstək görürəm. Komandada ailə ab-havası var. Hər kəs bir-biri ilə qardaş kimi davranır. İtaliya futbolu ilə Türkiyə futbolu arasındakı əsas fərq odu ki, burda boş zona yaxalamaq çox çətindi. İlk vaxtlar bu məqam mənə çətinlik yaradırdı. Amma tədricən uyğunlaşdım. Oyun praktikası qazandıqca oyunum güclənməyə başladı. İtalyan dilində öyrənməyə çalışıram. Hələlik komanda yoldaşlarımla ingilis dilində ünsiyyət qururam. Vurduğum qolda top tora daxil olarkən çıxan səs, eləcə də fanatların çılğın sevinci təkrarolunmaz anlardı. Həmin qolu dəfələrlə izləyəcəm''.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 Dekabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri