Beşiktaş la Fənər oyunçularını dəyişdirə bilərlər
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbul nəhəngləri transfer çalışmalarını davam etdirdikləri bir vaxtda ''Beşiktaş''la ''Fənərbaxça'' arasında oyunçuların dəyişdirilməsi ilə bağlı maraqlı bir iddia ortaya atılıb.
''Beşiktaş''ın ''Fənər''li Oğuz Aydına ciddi maraq göstərməsi sirr deyil. Türkiyə yığmasının üzvü olan və mundiala da yollanan Aydın ''qartal''ın təklifini geri çevirərək ''Fənər''də qalmağa üstünlük verib. Amma ''ağ-qaralar''ın bu oyunçuya marağının davam etməsi üzündən ortaya yeni variant çıxıb.
Belə ki, ''Fənər''in də ''Beşiktaş''lı Əmirhan Topçu ilə maraqlandığı və bu futbolçuların dəyişdirilmə ehtimalının olduğu bəlli olub. Mərkəz müdafiəçisi olan Əmirhan ötən mövsümün gedişində hətta ''Milan''ın da maraq dairəsinə düşmüşdü. İtalyanlar onu izləmək üçün Türkiyəyə skaut göndərmişdilər. Hazırda tərəflər birbaşa dəyiş-düyüşün mümkünlüyünü müzakirə edirlər.
Hər iki futbolçunun 25 yaşı var və hər ikisinin transfer dəyəri 7 milyon avrodu. Üstəlik hər ikisinin öz klubu ilə 2028-in yayına qədər müqaviləsi var. Amma hələlik heç bir klubdan bununla bağlı rəsmi açıqlama gəlməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 01 Avqust 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















