Icma.az
close
up
RU
“Beşiktaş” prezidentindən baş məşqçi mövzusunda yeni açıqlama

“Beşiktaş” prezidentindən baş məşqçi mövzusunda yeni açıqlama

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hələ ki yola Sərdar Topraktəpə ilə davam edən “Beşiktaş”da baş məşqçi mövzusu həllini tapmayıb.

"Football-plus.az" xəbər verir ki, Niko Kovaçdan tutmuş Slaven Biliçə qədər bir çox məşqçinin adı hallanır. Ən son iddia Rocer Şmidtlə bağlıdı. Dünən isə prezident Sərdar Adalı jurnalistlərlə görüşdə baş məşqçi mövzusuna dair yeni açıqlamalar verib.
Dekabrın 29-dakı növbədənkənar seçkidə qalib gələrək klub tarixinin 37-ci prezidenti seçilən Adalı bunları deyib:

“Seçki kampaniyasında söz vermişdim ki, tələsik heç bir addım atmayacam. Hazırda baş məşqçimiz var və işini də yaxşı şəkildə davam etdirir. Hər şeyi ən xırda detallarına qədər götür-qoy etməliyik. Bu camiənin önəmini, dəyərini, böyüklüyünü bilən bir məşqçi axtarırıq. Ötən həftə Sərgən Yalçınla görüşdük. Qardaşına Allahdan şəfalar diləyirəm. Əcnəbi məşqçilərlə bağlı alternativ variantlarımız var. Bəziləri ilə görüşmüşük və indi də görüşməkdə davam edirik. Sosial şəbəkədən gələn təzyiqlə məşqçi seçməyəcəyik! Zatən anlaşadığımız bir isim olsa, o dəqiqə açıqlayacağıq. “Beşiktaş”ın artıq səhv etmək limiti tükənib. Hər səhv kluba maddi baxımdan çox böyük ziyan vurur. Yanlış məşqçi seçimləri üzündən son illərdə 20 milyon avrodan çox təzminat ödəmişik. Eyni səhvə yol vermək istəmirik. Axtarışlarımız davam edir. Bir qədər də səbrli olaq. Heç bir ad açıqlamaq istəmirəm. Onsuz da mətbuatda adı bizimlə hallanmayan məşqçi qalmayıb. Onlarla üzbəüz görüşməmişəm. Belə görüşləri, adətən, telefonla, “zoom” proqramı ilə həyata keçiririk. Amma mən heç bir məşqçi ilə üzbəüz görüşmədən qərar vermərəm. Jurnalistlərimiz sağ olsun. Boşda olan məşqçilərdən bizimlə danışıqlar aparmayanı qalmadı. Hamınıza təşəkkür edirəm. Bir daha deyirəm ki, qərar verilən kimi bundan xəbəriniz olacaq. Həm də skaut departamentinin başına yeni bir isim gətirmək istəyirik. Onun da adını açıqlamayacam. Çünki hələ rəsmiləşməyib. Ötən həftə İstanbula gəldi və iki gün burda qaldı. Hazırda müqavilə ilə bağlı olduğu bir klub var. Həmin klubla müqavilənin ləğv olunması baxımından bəzi çətinliklər yaşayır. Yoxsa həmin şəxs zəng vurub “gəlirəm” desə, adını lap bu gün də açıqlayarıq. Sadəcə, klubunun ondan bəzi tələbləri var. O da bu şərtləri yerinə yetirməyə çalışır. Yəni biz tərəfdən heç bir problem yoxdu. Onun klubu ilə problemini yoluna qoymasını gözləyirik”.


ƏLİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Yanvar 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri