Icma.az
close
up
RU
“Beşiktaş”ın keçmiş idman direktoru: Abubakarın “Neftçi”yə transferi Azərbaycan çempionatında böyük fərq yaradacaq EKSKLÜZİV

“Beşiktaş”ın keçmiş idman direktoru: Abubakarın “Neftçi”yə transferi Azərbaycan çempionatında böyük fərq yaradacaq EKSKLÜZİV

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 20 oktyabr, AZƏRTAC

Abubakar kimi futbolçunun "Neftçi"yə transferi Azərbaycan çempionatında böyük fərq yaradacaq. Bu, “Neftçi” üçün son illərin ən uğurlu keçidi ola bilər.

Bu sözləri AZƏRTAC-a eksklüziv açıqlamasında Türkiyənin "Beşiktaş" klubunda 2021-2023-cü illərdə idman direktoru vəzifəsində çalışmış Ceyhun Kazancı deyib.

Onun sözlərinə görə, karyerasının ən yaxşı dövrünü “Beşiktaş”da keçirən Vensan Abubakar xarakterli futbolçudur: “Portu” və “Beşiktaş” kimi yüksək səviyyəli klublarda oynayıb. Avropa təcrübəsinə malik oyunçudur. Onun “Beşiktaş”ın heyətində avrokuboklarda göstərdiyi performansa baxsaq, necə keyfiyyətli futbolçu olduğunu görərik. Belə bir oyunçunun Azərbaycan Premyer Liqasına gəlişi ümumilikdə ölkə futbolu üçün də faydalı olacaq. O, həm komanda yoldaşlarına, həm də gənc futbolçulara nümunə olacaq”.

C. Kazancı bildirib ki, Abubakar son bir ildə istədiyi formada çıxış etməsə də, peşəkarlığı ilə seçilir: “Hatayspor”da mövsüm onun üçün uğurlu alınmadı. May ayından bəri oynamırdı. Buna baxmayaraq, fərdi məşqlərlə formada qalmağa çalışırdı. Öz üzərində çox işləyir. Bunun nəticəsində karyerasında bu qədər irəliləyə bildi, böyük klublarda oynadı. “Beşiktaş”da çıxış etdiyi vaxtlarda komanda məşqləri bitəndən sonra belə, meydançanı tərk etmirdi, əlavə məşqlər edirdi. Eşitdiyimə görə, klubsuz qaldığı vaxtda da Kamerun millisinə dəvət alıb. Onun əsas məqsədi növbəti dünya çempionatında iştirak etməkdir. Yığmadakı yerini qorumaq üçün “Neftçi”də özünü ən yaxşı şəkildə göstərməyə çalışacaq”.

Türkiyəli funksioner 33 yaşlı forvardın Azərbaycan çempionatının tempinə uyğunlaşa biləcəyini də söyləyib: “Premyer Liqanın tempi çox yüksək deyil. Amma Abubakar Türkiyə Superliqası kimi sürətli çempionatda çıxış edib. Ona görə də “Neftçi”yə tez uyğunlaşacağını düşünürəm. Neçə qol vuracağını demək çətindir. Dünən “Neftçi”nin “Araz-Naxçıvan”la oyununun nəticəsinə baxdım. Maraqlıdır ki, “ağ-qaralar” çempionatda uduzmur, amma qələbə də qazana bilmir, çox vaxt oyunları heç-heçə ilə başa çatır. Amma Abubakarın gəlişi nəticələrə də birbaşa təsir göstərəcək”.

Qeyd edək ki, "Portu" (Portuqaliya), "Əl-Nəsr" (Səudiyyə Ərəbistanı), "Beşiktaş" (Türkiyə) kimi klublarda forma geyinmiş V.Abubakarın son komandası Türkiyənin digər təmsilçisi "Hatayspor" olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri