Icma.az
close
up
RU
“Beşiktaş”ın oyunu futboldan çox, başqa məsələlərlə gündəmdədir Ekspert

“Beşiktaş”ın oyunu futboldan çox, başqa məsələlərlə gündəmdədir Ekspert

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün UEFA Avropa Liqasının liqa mərhələsinin V turu çərçivəsində növbəti oyunlar keçiriləcək. Turun proqramına 18 qarşılaşma daxildir. Günün diqqətçəkən matçlarından birində Türkiyənin “Beşiktaş” klubu İsrail təmsilçisi “Hapoel Beer-Şeva” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

İdman eksperti Kənan Məstəliyev Redaktor.az-a bildirdi ki, bu qarşılaşma futboldan daha çox, futboldankənar mövzularla yadda qalır:

"Bu üzücüdür. Çünki futbol siyasətdən kənarda olmalıdır. Təəssüf ki, vəziyyət belə gətirib və “Beşiktaş” artıq ikinci dəfədir İsrail komandaları ilə qarşılaşmasını öz meydanında keçirə bilmir. Bu dəfə də oxşar vəziyyət yaşandı. Hətta komandanın təyyarəsi səfər zamanı ildırım vurması səbəbindən məcburi olaraq Rizedə təcili eniş etməli olub. Bundan sonra komanda oyunun keçiriləcəyi Batumi şəhərinə avtobusla yollanmalı olub. Təəssüf ki, vəziyyət belədir. Halbuki futbol matçlarında futbolun özünü müzakirə etməliyik, amma bunu edə bilmirik".

Onun sözlərinə görə, belə halların təkrarlanmaması üçün məsələyə artıq müəyyən formada aydınlıq gətirilməli və vahid yanaşma ortaya qoyulmalıdır:

"Birmənalı standartlar müəyyən olunmalıdır ki, komandalar belə vəziyyətlərlə üzləşməsinlər. Futbol baxımından isə “Hapoel Beer-Şeva” kifayət qədər güclü və yaxşı komandadır. Bu komanda bizim çempionumuz “Sabah”la da qarşılaşmışdı. “Sabah” iki oyunun nəticəsinə əsasən rəqibini üstələyərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmışdı. “Hapoel Beer-Şeva” istənilən rəqibə qarşı çətinlik yarada biləcək komandadır".

Ekspert qeyd etdi ki, “Beşiktaş” da zəif deyil:

"Komandanın heyətində çox keyfiyyətli, ulduz futbolçular var və hazırda yüksəlişdədir. “Beşiktaş” özünü Avropada sübut etməyə, Avropa səhnəsində adından söz etdirməyə çalışır. Ona görə də bu matça maksimum köklənəcəklər. İstanbullular qarşılaşmadan qələbə ilə ayrılmağa çalışacaqlar. Düşünürəm ki, bu oyunda yenə də favorit tərəf “Beşiktaş”dır. Komandanın qalib gəlmək ehtimalı rəqibi ilə müqayisədə daha yüksəkdir".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri