“Beşiktaş”ın prezidenti istefa verib
Türkiyənin “Beşiktaş” klubunun prezidenti Hasan Arat istefa verib.
AZƏRTAC xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb. Funksioner öz qərarı ilə postunu tərk edib.
Qeyd edək ki, Hasan Arat 2023-cü ilin dekabrından “Beşiktaş”ın prezidenti vəzifəsində çalışırdı.
Baxış sayı:88