Beşqat Olimpiya çempionu Norveçin futbol klubuna 80 avroya transfer olundu
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Yohannes Bö Norveçin "Vinqer" futbol klubu ilə müqavilə imzalayıb.
Oxu.Az Norveç Futbol Assosiasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Bö beşqat olimpiya, 23 qat dünya çempionu və biatlon üzrə dünya kubokunun beşqat qalibidir. O, aprel ayında karyerasını başa vurub.
Keçmiş biatlonçu Norveç çempionatının altıncı divizionunda çıxış edən "Vinqer" klubu ilə müqavilə imzaladığını açıqlayıb.
O, yarımmüdafiəçi qismində çıxış edəcək.
"Getdik! Yeni klub, sabah ilk oyun", - deyə Yohannes sosial şəbəkədə transfer məbləğinin 80 avro olduğunu da qeyd edib.
Baxış sayı:96
Bu xəbər 07 Avqust 2025 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















