Bessent İrandan vəsaitlərin çıxarılmasını “siçovulların gəmidən qaçması“ ilə müqayisə etdi
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ hökuməti dekabrın sonundan bəri davam edən kütləvi etirazlar fonunda İran rəsmilərinin ölkədən kapital çıxarmalarını izləyir.
Moderator.az xəbər verir ki, maliyyə naziri Skott Bessent "Newsmax"a verdiyi müsahibədə bu barədə danışıb.
"Sanksiyalara cavabdeh olan Maliyyə Nazirliyi kimi, biz siçovulların gəmini tərk etdiklərini görürük. Görürük ki, İranda rəhbər şəxslər tərəfindən gizli şəkildə ölkədən milyonlarla, on milyonlarla dollar çıxarılır", - deyə o bildirib.
S.Bessentin sözlərinə görə, pullar dünyanın hər yerindəki banklara və maliyyə qurumlarına axır və Vaşinqton istər bank sistemi, istərsə də rəqəmsal aktivlər vasitəsilə bu vəsaitlərin hərəkət trayektoriyasını izləyir. Nazir bildirib ki, İran liderləri həmin pulları saxlaya bilməyəcəklər.
İsrailin "14-cü kanal"ı İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın mənbələrə istinadən bildirib ki, son iki gündə İrandan təxminən 1.5 milyard dollar çıxarılıb. Pullar banklar vasitəsilə deyil, kriptovalyuta ilə köçürülüb və demək olar ki, hamısı Dubaya göndərilib. Kanalın məlumatına görə, bu əməliyyatlarda iştirak edənlər arasında təxminən 328 milyon dollar köçürən Ali Lider Əli Xameneinin oğlu Müctəba Xamenei də var.
"Iran International" bildirir ki, sanksiyalar fonunda İran xaricə vəsait köçürmək üçün kriptovalyutadan fəal şəkildə istifadə edir. ABŞ Maliyyə Nazirliyi xarici şirkətlərdən və neft gəlirləri ilə əlaqəli kriptovalyuta əməliyyatlarından istifadə edən "kölgəli" şəbəkələri təsvir edib.
Xatırladaq ki, 2025-ci il dekabrın 29-da Tehranda İran rialının kəskin düşməsi səbəbindən ticarətçilərin etiraz aksiyaları başlayıb. Bir gün sonra etirazlara tələbələr də qoşulublar. Narazılıqlar qısa müddətdə İranın əksər iri şəhərlərinə yayılıb. 2026-cı il yanvarın 2-də vəziyyət daha da gərginləşib - şəhər küçələrində naməlum silahlı qruplar peyda olub. Etirazçılarla hüquq-mühafizə orqanları arasında silahlı toqquşma halları artıb.
İğtişaşların zirvəsi 8 yanvar axşamına təsadüf edib, bu zaman ən azı 12 mülki vətəndaş, o cümlədən bir uşaq həlak olub. Hakimiyyət orqanları 25 hüquq-mühafizə əməkdaşının həlak olduğunu bildirib. Tehran meri Əlirza Zakani deyib ki, etirazçılar paytaxtda 25 məscidi yandırıb, 26 bank, üç tibb mərkəzi, 10 dövlət müəssisəsi, 48 yanğınsöndürən maşın, 42 avtobus və təcili yardım maşını, həmçinin 24 mənzilə ziyan vurublar. İran hakimiyyəti iğtişaşçıları terrorist adlandırıb və hadisələrin təşkilində İsrail və ABŞ-ni təqsirləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 15 Yanvar 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















