Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Çox pul versələr də, saqqalımı kəsməyəcəm İş axtaranda nələri bilməliyik?

Çox pul versələr də, saqqalımı kəsməyəcəm İş axtaranda nələri bilməliyik?

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Sosial şəbəkələrdə CV-də şəkil tələbinin artıq ortadan qalxması barədə məlumatlar paylaşılır.

Ölkə.Az xəbər verir ki, bu da işaxtaranlarda bir qədər çaşqınlıq yaradıb.

Xarici ölkə təcrübəsi misal çəkilərək əsasən, namizədin bacarığına üstünlük verildiyi qeyd olunur.
Həmçinin CV-yə baxış müddətinin 2 saniyə olması barədə deyilənlər də bir qədər narahatlıq doğurub. Halbuki bu zamana qədər CV-yə baxış müddətinin ortalama 7 saniyə olduğu bildirilirdi.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan İnsan Resursları üzrə Menecer Röyal Əhmədov bildirib ki, xarici təcrübənin necə olmasından asılı olmayaraq Azərbaycanda reallıq bir qədər fərqlidir:

“Bir çox hallarda insanlar xarici təcrübə ilə Azərbaycanı müqayisə edəndə özlərinə sərf edəni deyirlər. Bir mütəxəssis olaraq deyə bilərəm ki, CV-də fotonun olması vacibdir. Bəzi hallarda şirkətlər xaricdən yeni namizəd axtarışına çıxırlar. Bu zaman şirkət daxilində olan kriteriyalara, daxili qaydalara əsasən, namizədin xarici görünüşünü incələmək istəyirlər. Bu, normal haldır. Əgər söhbət özəl şirkətlərdən gedirsə, bank sferasını misal göstərmək olar.

Hər nə qədər qəbul etməsəm də, müəyyən kriteriyalar var. Bank sferasında dress-kod, üz quruluşu, boy və s. tələblər mövcuddur. Müraciət edilən zaman şirkət namizəd şəxslərin sima quruluşuna, hətta saqqalının olub-olmamasına baxır. Məsələn, bankda HR sayəsində çalışan bir şəxsəm və kredit mütəxəssisi lazımdırsa, onun fotosunu qabaqcadan görməliyəm ki, bankın daxildə olan qaydalarına uyğundurmu? Misal üçün, bir dəfə bir namizəd qeyd etmişdi ki, daha yüksək əməkhaqqı təklif etsələr də, saqqalımı kəsməyəcəm. Həmin şəxs təbii ki, bank sferasına uyğun deyil. Bildiyimiz kimi, ön ofisdə oturan şəxslər daha səliqəli formada olmalıdırlar. Namizədin bacarıqları 90%  CV-də öz əksini tapır. Bu tip situasiyalara görə, 10% namizədin görünüşü vacibdir. Və yaxud da bankın timsalında digər belə daxili qaydaları olan şirkətlərdə görünüş, boy və s. namizədin dəyərləndirməsində əsas səbəb ola bilər. 

Hazırda əmək bazarında tendensiya budur. Qabaqcadan namizədi görmək istəyirlər. Ona görə də yenə deyirəm ki, CV-də şəkin olması yaxşıdır”. 

Mütəxəssisin sözlərinə görə, CV-də şəklin olmaması işaxtaranın vaxt itkisinin qarşısını almaq üçün də vacibdir:

“Təbii ki, bunu bizneslə çevirən şəxslər bəzi hallarda yanlış yönləndirirlər. Hər zaman işaxtaranlara tövsiyə edirəm ki, bunu daha çox sosial olan və əmək bazarından anlayışı olan, şəxsdən soruşsunlar.

Namizədin üz quruluşu, boyu və yaxud da çəkisi şirkətin kriteriyalarına uyğun deyilsə, əvvəlcədən bu detalların bilinməsi yaxşıdır. Tutaq ki, namizəd CV-yə şəkil qoymur və sırf o kriteriyalara görə müsahibədən kəsilirsə, artıq onda mənfi bir hal yaranır.
Həmçinin bəzən CV-yə yaşayış yerini və yaşlarını yazmırlar. İnsan resurslarında çalışan şəxs sual verir və müsahibə əsasında ortaya çıxır ki, bu şəxsin əslində 30 yox, 40 yaşı var. Ona görə, ona “yox” demək məcburiyyətində qalırlar.

Bəzi hallarda Əhmədlidə olan bir şirkətə, Xırdalanda olan bir şəxs müraciət edir və yaşayış yerini yazmırsa, işə qəbul olunmasa, deyəcək ki, Əhmədliyə qədər gəldim, amma mənə geri dönüş etmədilər. 

Ümumiyyətlə, işaxtaranların CV-lərindəki boşluqlar - foto, yaşayış yeri və yaşdır. Bunlar əsas sayıla bilər. Əvvəlcədən qeyd etsələr, bəlkə də müsahibəyə dəvət edilməyəcəklər.
Bir də var ki, müsahibəyə dəvət edilsin və “yox” cavabı alsınlar, ya da ümumiyyətlə, onlara heç bir cavab verilməsin”.

R.Əhmədov CV-lərə baxılma müddətinin 2 saniyə olması barədə deyilənlərin də həqiqətə uyğun olmadığını söyləyib:

“CV-nin analizinin 2 saniyə olması mümkün deyil. Əgər yaxşı bir CV-dirsə,iş təcrübələri, təhsil və s. çoxdursa, analizi rahat 1 dəqiqə vaxt aparır. Bu vaxt sürətli baxış zamanı 20-30 saniyə çəkə bilər. CV boşdursa, təcrübə yoxdursa, bu zaman baxış 2-3 saniyə ola bilər.
Amma CV-ni görən HR onun uyğun namizəd olacağını düşünübsə, məlumatlara baxmağa bir dəqiqədən çox vaxt sərf edir.

Avropa ilə Azərbaycanda CV-yə baxışda yanaşma da oxşarlıqlar olsa da, mövcud Azərbaycan reallığı və əmək bazarında gedən tendensiyalar fərqli ola bilər”.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Yanvar 2026 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see270

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see248

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see160

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri