Icma.az
close
up
RU
“Transparency International”ın həqiqətdən uzaq hesabatı: Nəyə xidmət edir?

“Transparency International”ın həqiqətdən uzaq hesabatı: Nəyə xidmət edir?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Transparency International” təşkilatının açıqladığı son qlobal korrupsiya hesabatında Azərbaycan növbəti dəfə mübahisəli və diqqət çəkən mövqedə göstərilib.

Hesabata əsasən, ölkə 100 üzərindən cəmi 23 bal toplayaraq 180 ölkə arasında 154-cü yerdə qərarlaşıb. Azərbaycan bu nəticə ilə Rusiya, Honduras və Livan kimi ölkələrlə eyni sırada yer alıb və hətta İrandan da daha geridə təqdim olunub. Eyni hesabatda Ermənistanın Avropa ölkələri ilə eyni kontekstdə göstərilməsi isə beynəlxalq qiymətləndirmələrdə ikili yanaşmanın davam etdiyini açıq şəkildə ortaya qoyur.

Regionda uzun illər işğal siyasəti aparmış, institutları hərbiləşmiş və oliqarxik strukturlarla sıx bağlı olan bir ölkənin “islahatçı” imiclə təqdim edilməsi bu cür hesabatların obyektivliyi ilə bağlı ciddi suallar yaradır. 

Məsələ ilə bağlı “Cebheinfo.az” – a açıqlama verən "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti, hüquq müdafiəçisi Əliməmməd Nuriyev bildirib ki, korrupsiyanın şəffaf ölçülməsi üçün yeni mexanizmlər hazırlanır:

““Transparency International”ın açıqladığı Korrupsiya Qavrama İndeksi artıq uzun müddətdir ki, obyektiv ölçmə alətindən daha çox siyasi qavrayış mexanizminə çevrilib. Azərbaycanla bağlı təqdim olunan göstəricilər bunu bir daha açıq şəkildə nümayiş etdirir. Ümumiyyətlə, Azərbaycanla bağlı açıqlanan rəqəmlərə dair biz hər zaman öz fikir, irad və qeydlərimizi bildirmişik. “Transparency International”ın ümumi tendensiyalarla bağlı mövqeyini nəzərə alır və qiymətləndiririk. Amma düşünürük ki, təşkilatın hazırladığı Korrupsiya Qavrama İndeksi əksər hallarda mövcud vəziyyəti adekvat şəkildə əks etdirmir. Çünki bu indeks real korrupsiya faktlarını deyil, ekspert və biznes dairələrinin subyektiv rəylərini ölçür.

Ümumiyyətlə, bu ekspert və biznes dairələrinin kimlər olduğu məlum deyil. Biz dəfələrlə bu fikirləri səsləndirmişik. Azərbaycanda fəaliyyət göstərən biznes və ekspert dairələrinin kim olduğu barədə açıq məlumat yoxdur. Biz başa düşürük ki, anonimlik qorunmalıdır, lakin eyni zamanda belə qənaətə gəlirik ki, bir çox hallarda real olaraq hər hansı sorğular keçirilməyib. Ola bilsin ki, təşkilatın nümayəndələri var və qiymətləndirmələr onların şəxsi fikirlərinə əsaslanır. Amma həmin nümayəndələrin hökumətə münasibətinin nədən ibarət olduğu da məlum deyil.

Əksər hallarda bu şəxslər real vəziyyətlə yaxından tanış olmayan, yaxud hökumətə münasibətdə müxalif mövqedə dayanan və qərəzli yanaşma sərgiləyən şəxslər olurlar. Buna görə də onların təqdim etdiyi məlumatlar obyektiv səslənə bilməz. Yəni bu hesabat bugünkü qərarlara, məhkəmə hökmlərinə, cinayət işlərinə və amnistiya mexanizmlərinin real işləkliyinə deyil, böyük ölçüdə siyasi və ideoloji mühitdə formalaşmış təsəvvürlərə əsaslanır. Bu səbəbdən hesabatın elmi və hüquqi etibarlılığı ciddi şəkildə sual altına düşür”. 

O bildirib ki, dünyanın bir çox təşkilatları artıq korrupsiyanın ölçülməsi ilə bağlı yeni metodologiyalar təklif edirlər:

“Hazırda Birləşmiş Millətlər Təşkilatının müvafiq strukturlarında, eyni zamanda OECD və GRECO çərçivəsində korrupsiyanın ölçülməsi üçün yeni mexanizmlər hazırlanır. Bu mexanizmlər korrupsiyanı daha aydın və dəqiq şəkildə ölçmək imkanı yaradacaq. Bir çox ölkələrin ekspertlərinə müraciət olunub ki, təklif edilən metodologiyalarla bağlı öz fikirlərini bildirsinlər və bu istiqamətdə işlər davam edir. Nəticədə daha obyektiv və real qiymətləndirmənin şahidi ola biləcəyik.

Ölkələrin müqayisəli şəkildə eyni paketdə təqdim olunması isə metodoloji manipulyasiyadır. Azərbaycan, Rusiya və Livan kimi tamamilə fərqli iqtisadi və hüquqi sistemlərə malik ölkələrin eyni sırada göstərilməsi vəziyyəti izah etmir, əksinə, onu daha da qarışdırır. Bu, analitik yanaşma deyil, siyasi yanaşmadır”. 

Həmsöhbətimizin sözlərinə görə, Ermənistanın daha çox “avrosayağı” kontekstdə təqdim olunması və bu ölkə ilə bağlı pozitiv yanaşma açıq şəkildə ikili standartların mövcudluğunu göstərir:

“Regionda uzun illər ərzində işğal siyasəti aparmış, beynəlxalq hüquq sistemini pozmuş, dövlət institutlarını hərbiləşdirmiş və oliqarxik strukturlarla sıx bağlı olmuş bir ölkənin “islahatçı imic”lə təqdim edilməsi korrupsiyanın real mahiyyətinin deyil, geosiyasi simpatiyaların ölçüldüyünü ortaya qoyur. Ümumiyyətlə, bu proseslərdə uzun illər bilavasitə iştirak etmiş biri olaraq hesab edirəm ki, Ermənistanla bağlı hər zaman daha müsbət münasibət nümayiş etdirilib. Korrupsiya Qavrama İndeksi ilə bağlı şərhlərdə də siyasi yanaşmanın açıq şəkildə hiss olunduğunu görürük.

Halbuki “Transparency International” siyasi yanaşmalardan uzaq, obyektiv mövqe ortaya qoymalı idi. Lakin praktika göstərir ki, bu təşkilat dəfələrlə fərqli davranıb. Xüsusilə Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra qərəzli yanaşmaların daha da genişləndiyi müşahidə olunur. Bu isə açıq-aşkar siyasi mövqenin ifadəsidir. Hətta bir çox hallarda bu məsələlərlə tanış olarkən görürdük ki, Ermənistanda səsləndirilən bəyanatlar eyni formada hesabatlarda əksini tapırdı və bununla bağlı etirazlarımızı bildirmişdik. Bəzi hallarda isə müəyyən dəyişikliklərə nail olmaq mümkün olmuşdu.

Korrupsiya Qavrama İndeksi milli konteksti, keçid dövrünün problemlərini və institusional transformasiyaları nəzərə almır. Halbuki Azərbaycanda onillər ərzində korrupsiyaya qarşı normativ bazanın formalaşdırılması, rəqəmsallaşma, xidmətlərin mərkəzləşdirilməsi istiqamətində çox mühüm addımlar atılıb. Bu proseslərin hesabatlarda ya ümumiyyətlə görünməməsi, ya da bilərəkdən kölgədə saxlanılması təşkilatın yanaşmasında selektivliyin mövcud olduğunu açıq şəkildə ortaya qoyur”. 

O qeyd edib ki, “Transparency International”ın təqdim etdiyi hesabatların artıq korrupsiyanı ölçən obyektiv mexanizm deyil, ölkələr üzərində reputasiya formalaşdıran bir alətə çevrildiyinin şahidi oluruq:

“Bu cür hesabatlar islahatlara töhfə vermir, əksinə, reallığı təhrif edir və siyasi sifarişlə uzlaşan “reket diplomatiyası” funksiyası daşıyır. Azərbaycanın problemi reallıqdan qaçmaq deyil, reallığın qeyri-adekvat təqdim edilməsinə qarşı prinsipial mövqe ortaya qoymaqdır. Korrupsiyaya qarşı mübarizə indekslərlə deyil, ölçülə bilən real nəticələrlə qiymətləndirilməlidir. Məhz bu səbəbdən qeyd etdiyimiz təşkilatların yeni metodologiya hazırlaması vacibdir və bu prosesdə dünyanın bütün müstəqil ekspertlərinin iştirakı təmin olunmalıdır. Biz, əlbəttə ki, Azərbaycanda korrupsiyanın mövcudluğunu inkar etmirik. Korrupsiyaya qarşı mübarizə dövlətin əsas prioritetlərindən biri kimi elan olunub. Son günlərdə də cənab Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibələrdə bu məsələ xüsusi olaraq vurğulanıb və korrupsiyaya qarşı mübarizənin zəruriliyi bir daha qeyd edilib.

Bu istiqamətdə hüquq-mühafizə orqanlarının fəal şəkildə çalışdığını açıq şəkildə görürük. Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti, Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyatlar, eyni zamanda Daxili İşlər Nazirliyinin gördüyü işlər bunu sübut edir. Korrupsiya cinayətlərinə yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi və bu cinayətlərin nəticələrinin aradan qaldırılması prosesi şəffaf şəkildə aparılır. Həmçinin korrupsiyaya qarşı mübarizə ilə bağlı önləyici tədbirlərin, struktur dəyişikliklərinin həyata keçirildiyini də görürük. Bu istiqamətdə irəliləyiş var və bu islahatlar mərhələli şəkildə davam etdiriləcək”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Yanvar 2026 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri