Icma.az
close
up
RU
Bəstəkar: Azərbaycan romanslarını gənc ifaçılar üçün daha əlçatan etməyi hədəfləyirik

Bəstəkar: Azərbaycan romanslarını gənc ifaçılar üçün daha əlçatan etməyi hədəfləyirik

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 aprel, AZƏRTAC

Bu layihə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, bu iş vokal silsilənin başlanğıcıdır. Artıq bu proqramla Laçında çıxış etmişəm, daha sonra isə Muğam Mərkəzində keçirilən yaradıcılıq gecəmdə romanslar proqramın əsas hissəsini təşkil edib. “Gedim, bir az ağlayım” romansı ilk dəfə məhz Laçında səsləndirilib və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Layihə çərçivəsində təqdim olunan romansların sözləri Leyla Əliyeva tərəfindən qələmə alınıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında bəstəkar Sevda Rəhimova bildirib.

O qeyd edib ki, layihənin əsas məqsədi Azərbaycan romanslarının inkişafına töhfə verməkdir. “İstəyirik ki, bu əsərlər silsilə halını alsın, notlaşdırılsın və gələcəkdə çap olunaraq gənc ifaçılar üçün əlçatan olsun. Bu, həm də böyük bəstəkar Asəf Zeynallının qoyduğu ənənənin davamı kimi qiymətləndirilə bilər”, – deyə Sevda Rəhimova vurğulayıb.

Layihənin ideyasının yaranmasından danışan bəstəkar bildirib ki, romans üçün söz axtarışı zamanı “Gedim, bir az ağlayım” şeirinə müraciət edib: “Həmin sözlər məni dərindən təsirləndirdi və bu mətn əsasında romans yazmaq qərarına gəldim. Beləliklə, gecənin konsepsiyası – poeziya ilə vokalın vəhdəti üzərində quruldu”.

Müxbir - Günel Alıyeva

Fotoqraf - İlkin Cavanşirov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2026 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri