Icma.az
close
up
RU
Bəstəkar keçmiş komitə sədri, baldızı və generaldan şikayət edir Məni azadlığa çıxmağa qoymurlar

Bəstəkar keçmiş komitə sədri, baldızı və generaldan şikayət edir Məni azadlığa çıxmağa qoymurlar

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Həbsdə olan bəstəkar Tural Bayraməliyev sensasion açıqlama ilə çıxış edib.

Mia.az xəbərinə görə, o, “yeni sabah”a bildirib ki, onun həbsdən azad olmasına sayılı günlər qalıb. Lakin Bakı Şəhər Baş Gömrük İdarəsinin sabiq rəisi, general Vüsal Novruzov onun həbs müddətini uzatdırmağa çalışır.

Bəstəkarın müraciətini olduğu kimi təqdim edirik:

“Artıq sözlərin bitdiyi andır. Bir cinayət işində həm zərər çəkmiş şəxs, həm də təqsirləndirilən müttəhim necə dələduz ola bilər? Bu dünyada anoloqu olmayan haldır. Bakı Apellasiya Məhkəməsinin mülki kollegiyası Şədiyyə Salehlinin əməlinə fakt və sübutlarla dələduz olaraq qiymətləndirsə də, Bakı Apellasiya Məhkəməsinin cinayət kollegiyası üçün mənim əməlimdə heç bir sübut olmadan dələduz kimi qiymətləndirib. 

Nəzərinizə çatdırım ki Şədiyyə Salehlinin sürücüsü Ramin, iş ortağı Tehranə, Həsən və bibisi oğlu Abbas və beşinci şəxs olaraq mən - Tural Bayraməliyev polisə şikayət edib. Məhkəmə hakimiyyətinə səslənirəm, bir insanın dəfələrlə dələduzluğa məruz qalması üçün ya anlaqsız olmalıdır, ya da çox peşəkar bir cinayətkar. Hüquq mühafizə orqanlarının hərəkətə keçməsini xahiş edirəm. Sosial ədalət bərpa olunsun!

Göründüyü kimi Bakı Apellasiya Məhkəməsinin qətnəmasi illərdir icra olunmur. Həqiqətdə dövlət məhkəməsinin Şədiyyə Salehlinin haqqında qərarı mənim bəraətimin hürriyyət pasportudur. Lakin məni bu haqq və hüququndan məhrum edənlər bilsinlər ki, qaranlıq məqamlara aydınlığın gəlməsi, ədalət günəşinin haqsızlıq zülmətinə doğması an məsələsidir. 

İctimaiyyətə çatdırmaq istəyirəm ki, gerçək dələduzun məhkəmə hökmü ilə sabit olduğu açıq-aydın ortadadır. Buna baxmayaraq məsuliyyətdən boyun qaçıran, aylıq müavinəti 700-800 manat, amma milyonlarla dollar dəyərində mülkiyyət varidatına sahib olan bu insanın belə sərvəti hansı yollarla əldə etdiyi məlum məsələdir. 

Qısa məlumat verim ki mənə verilən cəzanın bitməsinə az qala, müxtəlif oyunlarla yenidən bu səhnəyə aktyorlar hazırlayan sabit polkovnikin "krışası" Bakı Baş Gömrük İdarəsinin keçmiş rəisi, general Vüsal Novruzov məni məsuliyyətə cəlb etdirmək istəyir. Bu işin pərdə arxasındakı digər insanlara çatdırmaq istəyirəm ki, heç kim, heç bir vəzifəli şəxs dövlətdən daha güclü ola bilməz. Dövlətimizin himayəsi altında olduğum müddətcə, dövlətimiz sənət adamını, mədəniyyət xadimini qoruyacaq. 

Yerdəki qədər icra olunmasa belə, göydəki  qədər gəldiyi zaman haqq öz yerini tapacaq, hər kəs öz layiqinə qovuşacaq”. 

T. Bayraməliyev açıqlamasının sonunda Prezident İlham Əliyevə müraciət edib:

“Cənab prezidentə müraciət edərək bildirirəm ki, mən ölkəmi, dövlətimi və onun prezidentini sevən mədəniyyət xadimiyəm. İllərdir haqsız yerə həbs olunmuşam. Həbs müddətimin başa çatmasına az qalmış yenidən mənə qarşı oyunlar oynanılır. Prezidentə müraciət edərək məni bu şər qüvvələrindən qorunmağımı xahiş edirəm. Mənim hazırda olduğum cəzaçəkmə müəssisəsindən də heç bir narazılığım yoxdur, müəssisə rəhbərliyinin də məndən. Mən sadəcə ədalətin bərpa olunmasını istəyirəm”.

Xatırladaq ki, Şədiyyə Salehlinin şikayəti əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi Tural Bayraməliyevin 8 il müddətinə azadlıqdan məhrum edib. Ş. Salehli Dövlət Gömrük Komitəsinin keçmiş sədri Aydın Əliyevin baldızıdır. 

Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:42
embedMənbə:https://mia.az
archiveBu xəbər 10 İyun 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri