Icma.az
close
up
RU
Bəxtiyar Məmmədov: “Mətbuat güclü olduqca, cəmiyyətdə tarazlıq və inkişaf olacaq” MÜSAHİBƏ

Bəxtiyar Məmmədov: “Mətbuat güclü olduqca, cəmiyyətdə tarazlıq və inkişaf olacaq” MÜSAHİBƏ

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Mətbuat sadəcə, xəbərçi deyil, cəmiyyətin aynasıdır və onu inkişaf etdirən əsas qüvvədir”.

Bu sözləri “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı “Cebheinfo.az”-a müsahibəsində deyib.

Müsahibəni təqdim edirik:

- Bəxtiyar bəy, siz mediaya ən açıq mətbuat katiblərindən birisiniz. 

Metroda nə baş verməsindən asılı olmayaraq, hər xəbərə anında rəsmi cavab verilir. Bu operativliyə necə nail olmusunuz? 

- Operativlik günün tələbidir. Əslində, bu qaydadır. İctimaiyyətin, xüsusən sərnişinlərin vaxtında məlumatlandırılması xidmət mədəniyyətinə, iş keyfiyyətinə və nüfuza təsir edən əsas amildir. Metro sürətli, operativ, ən əsası, tıxacı olmayan nəqliyyat növüdür. Hər kəs bilir ki, yerin altında onu mümkün ən kiçik intervalla mənzil başına çatdıracaq bir sistemli orqanizm var. Təbii ki, kim yaxşı işləyirsə, ona tələbat da, tələb də artır. 

Bu mənada sözləriniz işimizə verilən qiymətdir. Müasir dövrdə kommunikasiya fəaliyyətinə diqqət, tələb get-gedə artır. Bu, ilk növbədə, mətbuatımızın gücünün və tələblərinin artmasının, bir institut kimi güclənməsinin göstəricisidir. 

Vaxtilə mətbuat xidmətləri hər bir qurumda ikinci-üçüncü dərəcəli bir sahə idi, indi məhz mediamızın əməli tələbləri sayəsində hər bir qurumun, təşkilatın simasıdır. Metropolitendə şəxsi fəaliyyətim deyil, rəhbərliyin kommunikasiyaya verdiyi xüsusi əhəmiyyət operativliyin təməlidir və həm də sistemli komanda işinin nəticəsidir. 

- Maraqlıdır, jurnalist işlədiyiniz dövrlə mətbuat katibi işlədiyiniz dövr ərzində hansı dəyişiklikləri müşahidə etmisiniz? 

- Qısa desək, əsas maraqlı fərq odur ki, daha çox sual verən deyil, verilən tərəf olursan. Ümumən fərq çoxdur və mətbu fəaliyyət onun tərkib hissəsidir. Üstəlik, texnologiyaların təsiri, yeni ünsiyyət vasitələri sahəni dəyişib və böyüdüb. İctimai fikrin təsir imkanları artıb. 

Amma kommunikasiya və ya ictimaiyyətlə əlaqələr anlayışının xəmiri mətbuatla yoğrulub. Ona görə də canı mətbuatdadır. Bu səbəbdən özümü mətbuatımızın bir parçası sayıram. Metropolitençi olsam və bununla fəxr etsəm də, mətbuat həyatımın ayrılmaz parçası, həyat tərzidir. 

- Bəzi mətbuat katiblərinin fəaliyyəti jurnalistləri qane etmir. Hətta bu hal zaman-zaman etirazlara səbəb olur. Sizcə, nə üçün bəzi mətbuat katibləri media ilə operativ işləməyə yanaşmırlar? 

- Mətbuat xidməti, ictimaiyyətlə əlaqələr və daha böyük yanaşsaq, kommunikasiya sisteminin səviyyəsi mediamızdan çox asılıdır və istərdim ki, həmişə belə olsun. Sualınıza metropolitenin nümunəsində cavab verim. 

Burada mətbuat katibi, ictimaiyyətlə əlaqələr anlayışının inkişafı gözümün qarşısında dəyişərək formalaşıb. Doğrudur, onun bir tərəfi dövrün tələbi ilə bağlıdır. Metropoliten insanların gündəlik həyatının bir parçasıdır, göz önündədir və şəhərin inkişafında danılmaz rola malikdir. Lakin hərəkətverici qüvvə məhz medianın formalaşdırdığı münasibətdir. 

- Bəs ümumi olaraq mətbuatımızın hazırkı vəziyyətini necə dəyərləndirirsiniz? 

- 1990-cı illərin əvvəlindən Azərbaycanda mətbuatın yeni formasiyası yaranmağa başladı. Sovet dövründəki ənənələr məktəbi də buna tez uyğunlaşdı və inkişaf çox sürətli oldu. Bu gün isə yeni texnoloji inkişaf dövrü mətbuatımızı yenidən formalaşdırır. 

Sosial media, rəqəmsal media, süni zəka kimi anlayışlar, ilk baxışda elə görünür ki, mətbuatın rolunu, onun nüfuzunu aşağı salır. Böyük əksərən sosial mediadan çıxan mövzular mətbuatımıza yol göstərir, şərt diktə edir, hər kəs xəbəri sosial mediada axtarır. Elə görünür ki, belədirsə, mətbuat nəyə lazımdır? Məncə, bu normaldır və görüntüdür. 

Mənim üçün mətbuat təkcə xəbərçi deyil, cəmiyyətin aynasıdır və onu inkişaf etdirən əsas qüvvədir. Məgər mətbuat katibi sisteminin formalaşmasına təkan verən, onu işləməyə məcbur edən mediamız olmayıb?! 

Mətbuatımızda o qədər güclü liderlər var ki, bu dövrü də məhz mətbuatın sözünün çəkisi ilə axarına salacaq. Kəsəsi, hər eşitdiyimiz xəbər özü belə xəbər olmaya bilər. Onu xəbərə, hadisəyə, zəruri olanda, mövzuya çevirən mətbuatdır. Mətbuat güclü olduqca, cəmiyyətdə tarazlıq və inkişaf olacaq. 

- Mətbuatla dövlət qurumları arasında əməkdaşlığın daha da artılıması və məlumatın birinci əldən ötürülməsi üçün hansı təklifləriniz var?

- Çox geniş mövzuya toxunursunuz. Fikrimcə, hər qurumun öz fəaliyyət sahəsinə uyğun kommunikasiya və böhran vəziyyətləri strategiyaları olmalıdır. 

O strategiyalar nə qədər səlis işlənsə, ünsiyyət, əlaqə və əməkdaşlıqda problemlər bir o qədər az olar. Məsələnin ikinci tərəfi ictimaiyyətlə əlaqələr üzrə heyət təkcə medianı, ictimai fikri, münasibətlər sistemini bilməməlidir. Qurumun və ya sahənin işini, fəaliyyətini də dərindən bilməlidir. 

Bu, ümumi iş, planlama və ən əsası, operativ təhlil, ani doğru qərarlar üçün vacibdir. İctimailəşən istənilən məlumatdan doğacaq növbəti vəziyyətlər, ən əsası, böhran idarəetməsi bundan asılı olur. Bunu metropolitendə ağırlaşdıran cəhət onun strateji əhəmiyyəti ilə bağlı ola bilər. Çox ciddi məsələ olsa da, bunu həll etmək üçün vahid komanda anlayışı və işi var. 

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Azərbaycan Milli Mətbuat 150 il Bakı Metropoliteni Bəxtiyar Məmmədov Müsahibə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyul 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri