Icma.az
close
up
RU
Bəxtiyar Vahabzadə poeziyasında ana dili və milli kimlik ideyası

Bəxtiyar Vahabzadə poeziyasında ana dili və milli kimlik ideyası

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dil açanda ilk dəfə, ana söyləyirik biz,

Ana dili adlanır bizim ilk dərsliyimiz.

Bəxtiyar Vahabzadə

Bakı, 12 may, AZƏRTAC

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Xalq şairi Bəxtiyar Vahabzadə çoxşaxəli yaradıcılığında daim ziyalı mövqeyi əks etdirib. Onun zəngin elmi-publisistik, ədəbi yaradıcılığı milli azadlıq ideyalarının, saf insani duyğuların, vətən sevgisinin və mənəvi dəyərlərin poetik ifadəsidir. Şairin yaradıcılığında ana dilinə bağlılıq, onun inkişafı və qorunması məsələləri hər zaman xüsusi yer tutub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Ana dili və milli kimlik ideyası Bəxtiyar Vahabzadə poeziyasında” sərlövhəli məqaləsində yer alıb. Məqaləni ixtisarla təqdim edirik.

2025-ci ilin avqust ayında ədəbiyyatşünas alim, şair, dramaturq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 21-də “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Bu Sərəncam ədibin fəaliyyətinə verilən ən yüksək qiymətdir: “Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır”.

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti də görkəmli şairin 100 illiyi ilə bağlı Tədbirlər planı hazırlayıb. Tədbirlər planında Bəxtiyar Vahabzadə yaradıcılığında milli kimlik və istiqlal, şairin yaradıcılığının folklor konteksti, onun Azərbaycanda milli istiqlal təfəkkürünün formalaşmasında xidmətləri, Türk dünyası ilə əlaqələri və s. mövzularda seminarlar, konfranslar, dəyirmi masaların təşkili, eləcə də mətbuatda görkəmli şairin əsərlərində ana dili mövzusunda elmi-publisistik yazıların dərc olunması məsələləri yer alıb.

Bəxtiyar Vahabzadənin Azərbaycan dili mövzusuna yanaşması yalnız şeiriyyət deyil, həm də maarifçilik və vətənpərvərlik baxımından son dərəcə əhəmiyyətlidir.

Xalq şairi yaradıcılığının bütün dövrlərində doğma dilimizi yad təsirlərdən qorumağın vacibliyini önə çəkib, bu istiqamətdə maarifçi ideyaları ilə ön sıralarda olub. Onun “Ana dili”, “Millət və dil”, “Latın dili” kimi şeirlərində ana dilinə qarşı biganəliyin, unutqanlığın cəmiyyətin inkişafı üçün hansı mənfi nəticələri doğura biləcəyindən bəhs olunur.

“Ana dili” şeiri şairin dilimizin gözəlliyinin, qrammatik və poetik imkanlarının genişliyinin diqqətə çatdırılması, dil ənənələrinin qorunub saxlanılması baxımından diqqət çəkir:

Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,

Bu dil bir-birimizlə əhdi-peymanımızdır.

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi.

Bu dil əcdadımızın bizə qoyub getdiyi

Qiymətli xəzinədir…onu gözlərimiz tək

Qoruyub, nəsillərə biz də hədiyyə verək.

Bu sətirlərdə şair ana dilini təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin rəmzi kimi təqdim edir. “Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır” deməklə dilin insan varlığı ilə vəhdətini göstərir, dilə yüksək emosional dəyəri ifadə edir. Şeirdə dədə-babalarımızdan bizə miras qalmış qiymətli xəzinə olan dili gələcək nəsillərə ötürməyin hər kəsin müqəddəs vəzifəsi olduğu qeyd olunur. Bu fikirlər Bəxtiyar Vahabzadənin həm vətənpərvərlik duyğularını, həm də ziyalı, maarifçi mövqeyini nümayiş etdirir.

Bundan başqa, şairin “Latın dili” şeiri onun Azərbaycan dili ilə bağlı zəngin, çoxşaxəli düşüncələrinin zirvəsi hesab edilə bilər. Bu poeziya nümunəsində şair latın dilinin tarix səhnəsindən çəkilməsi kontekstində Azərbaycan dilinin də eyni taleyi yaşaya biləcəyini söyləyir, bu mövzuda həssaslığını ürək ağrısı ilə nümayiş etdirir. Bu şeirdəki dəyərli fikirləri ilə həm oxucunu düşündürür, həm də milli oyanışa çağırış edir.

Doğma dilini sevməyənlərə, bu dilə hörmət etməyənlərə qarşı şairin kəskin mövqeyi onun həm şeirlərində, həm də publisistik yazılarında öz əksini tapıb.

Bəxtiyar Vahabzadə mətbuatda “Ana dilim-ana köküm!”, “Tarix, dil, ənənə”, “Ana dili”, “Dil haqqında sorğu”, “Bir daha ana dili haqqında”, “Dil və əlifba”, “Dilimiz-ədəbiyyatımız”, “Dildə təbiilik və gözəllik”, “Ana dili - dövlət dili” kimi məqalələrlə çıxış edib, mütəmadi olaraq yüksək tribunalardan dilimizin inkişafı barədə düşüncələrini bölüşüb. O, məqalələrinin birində ana dilinin təbliğatının aparılmasının önəmini qeyd edərək yazıb: “...Dil yalnız ondan istifadə edəndə, həmin dildə danışanda yaşayır və inkişaf edir. Ziyalısı ana dilində danışmayan xalqın nəinki dili, özü də ölümə məhkumdur”.

Bəxtiyar Vahabzadə öz poetik və elmi-publisistik yaradıcılığında dil mövzusuna xüsusi diqqət yetirdiyi kimi, özü də Azərbaycan dilinin incəliklərindən məharətlə istifadə edib.

Şairin əsərləri təkcə Azərbaycanda deyil, türk xalqları arasında mədəni və dil birliyinin təbliğinə, təşviqinə xidmət edib. Təsadüfi deyil ki, 2018-ci ildə Türkiyənin “Edebi Yad ve Sanat Akademisi” jurnalında “Vətən, millət və ana dili şairi Bəxtiyar Vahabzadə” adlı məqalə çap olunub, Bəxtiyar Vahabzadənin Azərbaycan və Ümumtürk ədəbiyyatındakı rolu, onun Vətən sevgisi və ana dilinə bağlılığı ətraflı şəkildə təhlil olunub.

Həmin məqalədə qeyd olunurdu ki, Bəxtiyar Vahabzadə “Vətən, millət və ana dili” əsərində dil ilə bağlı arzularını açıq şəkildə ifadə edir: “Biz sovet dövründə özbək, qazax və digər türklərlə qarşılaşdığımızda ortaq dil olaraq rusca danışırdıq. Allah bizə bir daha o günləri göstərməsin. Allah bizə bir gün göstərsin ki, mən qırğızla, özbəklə, qazaxla türkcə danışa bilim. Öz dilimlə anlaşa bilim”.

Bütün bu faktlar bir daha təsdiqləyir ki, Bəxtiyar Vahabzadənin yaradıcılığının mühüm istiqamətlərindən biri onun ana dilinə sonsuz sevgisi və bağlılığıdır. Şairin poeziyası milli mənsubiyyətin, dilə sədaqətin və Vətən sevgisinin bədii ifadəsidir. Əminik ki, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam onun zəngin irsinə yenidən dönmək, ədibin ana dilimizin inkişafındakı misilsiz xidmətlərini ölkə və dünya ictimaiyyətinə çatdırmaq üçün geniş imkanlar açacaq. Çünki bu yubiley təkcə ədəbi hadisə deyil, həm də ana dilinin, milli dəyərlərin və ədəbi irsin təbliği baxımından son dərəcə əhəmiyyətlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri