Bəxtiyar Vahabzadənin sovet dövrü yaradıcılığı haqqında monoqrafiya təqdim edilib
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin üzvü, tədqiqatçı Reyhan Mənəfovanın “Bəxtiyar Vahabzadənin sovet dövrü yaradıcılığında mətnaltı semantika” monoqrafiyasının təqdimat mərasimi keçirilib.
Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, tədbirdə tanınmış alim və ziyalılar, ali məktəb müəllimləri, gənc tədqiqatçılar və tələbələr iştirak ediblər.
Tədbiri açan Azərbaycan Respublikası Təhsil Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov monoqrafiyanın aktual elmi mövzuya həsr olunduğunu, Bəxtiyar Vahabzadə irsinin yeni elmi baxış bucağından araşdırılmasının əhəmiyyətini qeyd edib.
Təqdimat zamanı monoqrafiyanın elmi əhəmiyyətindən, Bəxtiyar Vahabzadə yaradıcılığının sovet ideoloji mühitində mətnaltı mənalar baxımından təhlilindən və əsərin Azərbaycan ədəbiyyatşünaslığına verdiyi töhfələrdən bəhs olunub.
Qeyd edilib ki, kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Hacıyev, rəyçisi filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov, “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Fərhad Mədətovdur.
Çıxış edənlər müəllifin apardığı araşdırmaları yüksək qiymətləndirərək monoqrafiyanın həm elmi ictimaiyyət, həm də gənc tədqiqatçılar üçün dəyərli mənbə olduğunu vurğulayıblar.
Daha sonra Reyhan Mənəfova iştirakçıların suallarını cavablandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 02 Fevral 2026 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















