Icma.az
close
up
RU
Bəyannamənin Verdiyi Strateji Mesaj: Regional Liderlikdən Qlobal Müttəfiqliyə

Bəyannamənin Verdiyi Strateji Mesaj: Regional Liderlikdən Qlobal Müttəfiqliyə

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Tarixin elə şanlı anları var ki, onlar sadəcə iki dövlət arasında imzalanan rəsmi sənəd olmaqdan çıxır, regionun və dünyanın geosiyasi mənzərəsini yenidən formalaşdıran böyük bir bəyanata çevrilir. 2021-ci il iyunun 15-də – Azərbaycan xalqı üçün müqəddəs rəmzi məna daşıyan Milli Qurtuluş Günündə, tarixin və mədəniyyətimizin tacı olan Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” məhz belə bir tarixi hadisədir. Bu sənəd, Azərbaycan və Türkiyə qardaşlığının çoxəsrlik sınaqlardan keçərək gəldiyi ən yüksək zirvə, iki dövlətin rəsmi olaraq hərbi, siyasi və strateji müttəfiqliyinin hüquqi təsdiqidir. Şuşa Bəyannaməsinin dünyaya, regiona və gələcək nəsillərə verdiyi strateji mesajlar isə bu gün də öz aktuallığını və qlobal əhəmiyyətini qoruyub saxlamaqdadır.

Şuşa Bəyannaməsinin verdiyi ən birinci və sarsılmaz mesaj – iki qardaş ölkənin təhlükəsizlik və müdafiə sahəsində tam birgə fəaliyyətidir. Sənəddə açıq şəkildə qeyd olunur ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və ya sərhədlərinin toxunulmazlığına qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, yaxud təcavüz edildiyi təqdirdə, Azərbaycan və Türkiyə bir-birinə lazımi yardım göstərəcək və ordularının qarşılıqlı fəaliyyətini təmin edəcəklər. Bu bənd faktiki olaraq regionda yeni bir təhlükəsizlik çətirinin yaradılması deməkdir. Bununla dünyaya bəyan edildi ki, Azərbaycana qarşı yönələn hər bir təhdid eyni zamanda Türkiyəyə, Türkiyəyə qarşı yönələn hər bir təhdid isə Azərbaycana qarşı yönəlmiş sayılır. Bu mesaj, postmüharibə dövründə regionda revanşist xülyalarla yaşayan qüvvələrə və onların xarici havadarlarına verilmiş ən kəsərli və qətiyyətli cavab idi.

Bəyannamənin imzalandığı məkan və zaman seçimi özlüyündə çox böyük strateji ismarıclar ehtiva edirdi. Sənədin məhz Qarabağın döyünən ürəyi, Zəfərimizin rəmzi olan Şuşada imzalanması birmənalı olaraq Qarabağın əbədi və əzəli Azərbaycan torpağı olmasının beynəlxalq səviyyədə bir daha təsdiqi idi. Tarixin təsadüfü deyil, böyük diplomatik zəkanın nəticəsi idi ki, bu sənəd məhz 15 İyun Qurtuluş Gününə təyin edilmişdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin başladığı xilas və dirçəliş missiyası, 28 il sonra Şuşada onun layiqli davamçısı Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən regional sülhün qarantına çevrilən müttəfiqlik bəyannaməsi ilə taclandırıldı. Bu, həm də dahi Heydər Əliyevin “Bir millət, iki dövlət” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fəlsəfəsinin ən mükəmməl praktiki təzahürü idi.

Strateji baxımdan Şuşa Bəyannaməsi sadəcə hərbi əməkdaşlığı deyil, həm də böyük iqtisadi və logistik inteqrasiyanı hədəfləyən bir yol xəritəsidir. Sənəddə Zəngəzur dəhlizinin açılması və onun davamı olaraq Qars-Naxçıvan dəmir yolunun tikintisi kimi mühüm layihələrin xüsusi vurğulanması təkcə iki ölkəni deyil, bütövlükdə Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin geoiqtisadi əhəmiyyətini artırdı. Azərbaycan və Türkiyə bu addımla Avrasiya nəqliyyat xəritəsində əvəzolunmaz tranzit mərkəzləri olduqlarını və regional inteqrasiyanın lokomotivinə çevrildiklərini nümayiş etdirdilər. Bu mesaj region dövlətlərinə yönəlmişdi: əgər sabitlik, inkişaf və rifah istəyirsinizsə, Azərbaycan və Türkiyənin formalaşdırdığı yeni reallıqları qəbul etməli və bu əməkdaşlıq platformalarına qoşulmalısınız.

Bəyannamə həmçinin Türk dünyasının birliyi və inteqrasiyası istiqamətində atılmış ən fundamental addımlardan biridir. İki qardaş ölkənin ortaq fəaliyyəti, Türk Dövlətləri Təşkilatının güclənməsinə, türk dilli xalqlar arasında siyasi, iqtisadi, mədəni və hərbi əlaqələrin yeni müstəviyə keçməsinə güclü təkan verdi. Şuşa Bəyannaməsi bütövlükdə Türk dünyasının qlobal arenada vahid bir güc mərkəzi kimi çıxış etməsinin modelini formalaşdırdı. Bu isə beynəlxalq birliyə yönələn aydın bir strateji mesaj idi: Türk dünyası artıq dağınıq coğrafiyalardan ibarət deyil, o, vahid hədəfə doğru addımlayan güclü və mütəşəkkil bir ittifaqdır.

Yekun olaraq vurğulamaq lazımdır ki, Şuşa Bəyannaməsinin verdiyi ən böyük və fundamental strateji mesaj regional sülhün, sabitliyin və təhlükəsizliyin qorunması mesajıdır. Azərbaycan və Türkiyə bu ittifaqla heç bir dövlətin torpağına göz dikmədiyini, lakin öz haqlarını və maraqlarını qorumaq üçün hər cür gücə sahib olduqlarını bəyan etdilər. 15 iyun 2021-ci ildə Şuşada ucalan qardaşlıq bayrağı bu gün də eyni əzəmətlə dalğalanır və bu bəyannamə Azərbaycan dövlətçiliyinin, suverenliyinin və ərazi bütövlüyünün əbədi təminatçısı olaraq tarixdəki şanlı yerini qoruyur.

Kərimli Elvin

Yap Ordubad Rayon Təşkilatının əməkdaşı                                  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 İyun 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see355

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see301

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see274

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see257

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see249

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see244

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see239

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see225

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see219

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see219

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see219

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see196

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see196

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see189

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see188

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see180

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see178

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see178

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see177

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri