Bəyin 8, gəlinin 13 yaşı var: Görüntülər Rusiyanı ayağa qaldırdı Video
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Rusiyada 8 və 13 yaşlarındakı iki uşağa toy edilib.
Ölkə.Az Rusiya KİV-ə istinadla xəbər verir ki, toy mərasimi Həştərxan vilayətində baş tutub.
8 yaşlı oğlan və 13 yaşlı qızın toy rəqsi sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdə uşaqların aralarındakı boy fərqinə görə rəqs etməkdə çətinlik çəkməsi, ətrafdakı rəngarəng işıqlar və s. diqqəti cəlb edib.
Yerli medianın yazdığına görə, toy edilən uşaqlar qaraçılardır və toyu qızın anası təşkil edib.
Rusiya Dövlət Dumasının Ailəni Müdafiə Komitəsinin rəhbəri Nina Ostanina hadisəyə sərt reaksiya göstərib:
"Rusiya vətəndaşı olan hər kəs ölkə qanunlarına əməl etməlidir. Qaraçı olmayan ailələri uşaq istismarına görə cəzalandırdığımız halda biz bu vəziyyətə göz yuma bilmərik".
Səlahiyyətlilər hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, Rusiyada nikah üçün minimum yaş həddi 18-dir. 16 yaşlı yeniyetmələrə yalnız xüsusi hallarda yerli hakimiyyət orqanlarının icazəsi ilə evlənməyə icazə verilir.
Billurə Yunus
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 25 Yanvar 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















