Icma.az
close
up
RU
Beyin yaşlandıqca daxili kompası nı itirir SƏBƏB

Beyin yaşlandıqca daxili kompası nı itirir SƏBƏB

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Stenford Tibb Mərkəzinin (ABŞ) alimləri müəyyən ediblər ki, insan yaşlandıqca, onda ətraf mühitin "daxili xəritəsi"nin yaradılmasına məsul olan neyron şəbəkələrinin fəaliyyəti pozulur. Alimlərin fikrincə, yaşlı insanların məkanda istiqamətlənmək qabiliyyətinin pisləşməsi məhz bu faktla bağlıdır.

Oxu.Az xəbər verir ki, araşdırmanın nəticələri "Nature Communications" jurnalında dərc edilib.

Tədqiqat üçün alimlər üç qrup siçovulun - cavan (təqribən 20 yaş insan standartına uyğun), orta yaşlı (50-60 yaş) və ahıl (75-90 yaş) beyin fəaliyyətini müqayisə ediblər.

Onlar beyinin neyron şəbəkələrin yerləşdiyi nahiyəsinin - medial entorial qabığın fəallığını tədqiq ediblər. Bu hüceyrələr məkanın müəyyən nöqtələrində aktivləşir və beyinin GPS sistemi funksiyasını yerinə yetirir.

Nəticələr göstərib ki, yaşlandıqca neyron şəbəkələrinin fəaliyyəti stabilliyini itirir. Virtual mühitdə marşrut dəyişəndə ahıl siçovulların neyron siqnalları davranışları kimi xaotik olur. Halbuki cavan və orta yaşlı siçovullar məkanda obyektin yerini çevik şəkildə müəyyən edə bilirlər və daha aydın beyin fəaliyyəti nümayiş etdiriblər.

Beyin funksiyasının zəifləməsi bütün ahıl siçovullarda eyni dərəcədə müşahidə edilməyib. Məsələn, bəzi ahıl siçovullar cavan siçovullardan geri qalmayıb. Bu, neyron şəbəkələrinin dəqiqliyi ilə məkanda istiqamətlənmək bacarığı arasındakı əlaqəni təsdiqləyir.

Genetik analiz 61 genin fəallıq səviyyəsinin neyron şəbəkələrinin funksiyasından əziyyət çəkən siçovullardan fərqləndiyini göstərib. Bu genlərdən biri olan "Hapln4" hüceyrələrin ətrafındakı qoruyucu zülal şəbəkəsinin formalaşmasını təmin edərək onların sabitliyini qoruyur.

Müəlliflər qeyd edirlər ki, məkan yaddaşının yaşla əlaqədar pisləşməsi qaçılmazdır, lakin beyinin necə qocalması fərdi xüsusiyyətlər və genetik fərqlərdən asılıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Oktyabr 2025 05:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri