Beyləqanda asfaltlanma işləri davam edir Fotolar
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş tapşırıqlara uyğun olaraq Beyləqan rayonunda abadlıq və quruculuq işləri uğurla davam etdirilir.
Rayon ərazisində həyata keçirilən infrastruktur layihələri çərçivəsində küçə və yolların əsaslı təmiri, asfaltlanması və sakinlərin rahatlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür.
Bu istiqamətdə görülən işlərin davamı olaraq Beyləqan şəhərində Sosialist Əməyi Qəhrəmanı Əlibala Şirinovun adını daşıyan küçədə asfaltlanma işləri aparılıb. İcra olunan işlər çərçivəsində küçəyə yeni asfalt örtüyü salınıb, ərazidə nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün daha əlverişli şərait yaradılıb. Həyata keçirilən abadlıq işləri sakinlər tərəfindən böyük razılıqla qarşılanıb.
Vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirərək, ölkəmizdə aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərini yüksək qiymətləndiriblər.






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 13 May 2026 09:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















