Icma.az
close
up
RU
Beyləqanda Zəfər Gününə həsr olunmuş ziyafət Fotolar

Beyləqanda Zəfər Gününə həsr olunmuş ziyafət Fotolar

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş təntənəli ziyafət tədbiri keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə xalqımızın böyük oğlu, müasir Azərbaycanın memarı və milli dövlətçiliyimizin möhkəmlənməsində misilsiz xidmətləri ilə tarixə düşmüş Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasimdə Ümummilli Lider Heydər Əliyevin və Vətənin bütövlüyü naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra 44 günlük Vətən Müharibəsində yazılan şanlı Zəfər yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə Beyləqan RİH-in rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi veteranları, idarə və müəssisə əməkdaşları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş nitqi ilə açan Beyləqan RİH başçısı Əziz Əzizov bildirib ki, Azərbaycan xalqı 44 gün ərzində bütün dünyaya gücünü, əzmini və iradəsini nümayiş etirib.

RİH başçısı vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, ordumuzun rəşadəti və xalq–dövlət birliyinin sarsılmazlığı nəticəsində Azərbaycan təkcə torpaqlarını azad etmədi - əsrlər boyu yaddaşlardan silinməyəcək bir zəfər salnaməsi yazdı. Sabah paytaxt Bakı şəhərində keçiriləcək möhtəşəm zəfər paradını vurğulayan rayon rəhbəri, bu paradın Azərbaycan xalqının dövlətçilik qürurunun, ordumuzun qüdrətinin və Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsinin parlaq təcəssümü olduğunu bildirib.

Tədbirin davamında şəhid ailələri adından Bənövşə Fərzəliyeva, Vətən Müharibəsi qazisi Orxan Həsənov və digərləri çıxış edərək Zəfərin qürurundan və dövlətimizin şəhid ailəri və qazilərə göstərdiyi yüksək diqqət və qayğıdan danışıblar.

Ziyafət tədbiri Beyləqan rayon Mədəniyyət Mərkəzinin hazırladığı musiqili proqramla davam edib. Səhnədə səslənən hər bir ifa həm qələbə sevincini, həm də şəhidlərin xatirəsinə sonsuz ehtiramı əks etdirib.











Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Noyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri