Icma.az
close
up
RU
Bəyliyini itirən masabəyi

Bəyliyini itirən masabəyi

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İndi çox adam onlara "tamada" deyə müraciət edir, hətta "tamada" sözünə allergiyamız var bir az. Bu söz bizim leksionumuzda olmayıb əvvəllər, gürcü dilindən gəlir, mənası “məclis idarə edən” deməkdir. Biz bu sözü daha öncələr masabəyi, süfrəbəyi, toybəyi kimi istifadə etmişik. Amma daha çox masabəyi kimi tanınır. Masabəyinin vəzifələri toyda deyilən tost-sağlıqlara nəzarət, çıxışların nizamlanması, asayişin bərpa olunması idi.

Masabəyi bir növ toyun təşkilatçısı idi, onun vəzifələrinə toyun idarəsi, musiqiçilərin kontrolu, nitq söyləyənlərin çıxışının nizamlanması və s. daxildir. Səliqəli və hazırcavab olmalı, əhvalı yüksək tutmağı bacarmalı, yerində müdaxilə qabiliyyəti olmalı, improvizələri bacarmalıdır. Maraqlı burasıdır ki, bizim qədim ənənəmiz hesab edilən masabəyilik sonradan Sovet İttifaqının bütün respublikalarına yayıldı.

80-ci illərin sonu, 90-cı illərin əvvəlləri baş vеrən siyasi və iqtisadi qarışıqlıqdan dolayı bir çox insan, o cümlədən sənət adamları, aktyorlar işsiz qaldı, maddi problemləri yarandı. Hərə öz bildiyi kimi vəziyyətdən çıxmağa çalışdı. Kimisi alverə girişdi, kimisi qismətini xaricdə axtarmağa getdi, kimisi də tamadalığa başladı. Düzdür, o vaxtlar tamadalıq indiki qədər yayılmamışdı, bir neçə tanınmış sima vardı ki, bu işlə məşğul olurdular. Toylardakı tamada kabusu da elə o illərdə başladı. Çünki o vaxta qədər tamadaya “masabəyi” deyirdilər və hər adam masabəyi ola bilməzdi. Bunun üçün sinədəftər olmalı idin, bunun üçün əsl sənət, söz adamı olmaq lazım idi. Masabəyi şou adamı olmurdu, toyda gərəksiz mövzularda danışıb qonaqların ürəyini sıxmırdı, çox danışdığına görə döyülmürdü, boşboğaz hesab edilmirdi.

Amma indi...

Bir də görürsən bir toyda tamada alıb əlinə mikrofonu, pullu qonaqları bir-bir dəvət edir səhnəyə, nə qopara bildi, qənimətdir. Əvvəl pulunu alır, bir bayağı mahnı da hədiyyə edir. Toyu olan gənclər bir tərəfdə qalıb, qonaqlar mahnı üstündə bir-birini qırır. Bu toy kiminçün çalınır, kimin ən yaddaqalan günüdür - bunu yada salan yoxdur. Toydan çıxanda yadında ancaq çəngəl-bıçağın cingiltisi, tamadanın şit zarafatları, musiqiçilərin qulaq pərdəsini deşib bir dəqiqədə 70 milyon beyin hüceyrəsini öldürəcək desibeldə olan ifaları, bəy-gəlinin bezgin siması qalır. Ayrı nə?

Əvvəllər masabəyliyinin yazılmamış bir qanunu da vardı - idarə etdiyi toyda spirtli içki içməməli idi. Masabəyinin peşəkarlığı bununla ölçülürmüş. Əgər masabəyi idarə etdiyi toyda spirtli içki içərdisə, o masabəyini bir də kimsə toya çağırmırdı. “Masabəyi” deyəndə tanıdığım ən alicənab adamı xatırlayıram həmişə- Allahverən əmini. Onun toyları idarəetmə qabiliyətinə hamı heyran idi. O olan toylarda heç vaxt dava olmazdı, heç bir narazılıq yaranmazdı. İdarə etdiyi heç bir toyda spirtli içki içməzdi, bunu peşəkarlıqdan uzaq sayardı. Allahverən əminin söhbətinin, bəy tərifinin, məclis idarəsinin bir çəkisi, ağırlığı vardı. İndiyədək onun idarə etdiyi toylardan danışılır. İllər keçib, ondan sonra yüzlərlə masabəyi görmüşəm, amma heç vaxt onun kimi əfəndi masabəyi görmədim.

Masabəyinin vəzifəsinə toyu dava-dalaşsız idarə etmək, gələn qonaqların zövqünü oxşamaq daxil idi. Toyda çıxış etmək, təbrik ünvanlamaq istəyənlər masabəyinə yaxınlaşar, istəyini ona bildirərdi. O da münasib bir vaxtda həmin adama söz verərdi, məclis də maraqla o çıxışı dinləyərdi. Bəs indi bu marağın ölməsinə səbəb nədir? Niyə bir vaxtlar toyların bəzəyi, dadı-duzu hesab edilən masabəyilər indi sevilmir? Axı müasir toylarda tamada deyə tanıdığımız masabəyi də bu vəzifələri daşıyır. Amma əvvəllər söz almaq istəyən qonaq özü masabəyinə yaxınlaşırdı, indi tamada qır-saqqız olub qonağa yapışır. Əvvəllər kimin imkanı var idisə, masabəyinə o nəmər, xələt, ənam verirdi, indi tamada özü dili ilə istəyir. Əvvəllər toyda yığılan şabaş toy sahibinə təhvil verilirdi, indi tamada cibinə qoyur.

“Bu şəhərdə”nin məşhur siması “Siltuş Çölçəmənli” - qırmızı saçlı, böyük qarınlı, yaşıl pencəkli, çiyindən aşırmalı sarı şalvarlı bu tamada bəzi tamadaların bir qədər şişirdilmiş obrazıdır. Onlar masabəyi deyil, masabəyi özəlliyinə sahib deyillər. Gülməli şeirləri, bayağı sağlıqları və “bir tuş” devizi ilə məşhur olan tamada Siltuş kimiləri reallıqda da az deyil. Daha doğrusu, müasir toylarda rast gəldiyimiz tamadaların arasında daha yaxşıları da var, daha pisləri də.

Məclis “aparmaq”, idarə etmək bir mədəniyyətdir və bu mədəniyyətin də xüsusi inkişaf mərhələsi olur. Bir mahnı oxuyub klip çəkdirən də tamada olur, bir teatrda iki dəqiqəlik rol alan da. Yağışdan sonra artan göbələk misalı tamadaların sayəsində indi gerçək masabəylərinin də dəyəri itir. Bütün dəyərlər bu cür itir.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri