Beynəlxalq Avrasiya Mətbuat Fondu Qarabağda mina axtaracaq ANAMA 7 milyondan çox pul ayırdı
Icma.az, Mia.az portalına istinadən məlumat yayır.
Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi xidmətlərinə 7 024 230 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, bu işləri Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF)göstərəcək.
Sifarişçi isə “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsidir.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Yəni, rəqabət təmin edilməyib, “Bir mənbə metodu” tətbiq olunub.
Fondun rəhbəri Umud Mirzəyevdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Yanvar 2026 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















