“Beynəlxalq Bank”ın Mərkəzi Banka yarım milyard borcu var
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ölkə.az”ın xəbərinə görə, sözügedən dövrə bankın cəmi aktivləri 16 mlrd 117 mln 578 min manat olub.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 mlrd 793 mln mabat və ya 20,9% çoxdur.
Bankın müştərilərə verilmiş kreditlərinin həcmi isə illik müqayisədə 1 mlrd 51 mln manat və ya 15,4% artaraq 7 mlrd 854 mln 139 min manat təşkil edib.
“Beynəlxalq Bank”ın cəmi öhdəlikləri isə illik olaraq 23% artaraq 13 mlrd 794 mln 911 min manata çatıb.
Həmçinin bu dövrdə müştərilərə verilən depozitlərin həcmində də artım müşahidə olunub. Belə ki, depozit portfelinin həcmi son bir ildə 24% artaraq 30 sentyabr tarixinə 10 mlrd 704 mln 491 min manat olub. Depozit portfelində fiziki şəxslərin əmanətləri 4 mlrd 145 mln 81 min manat, şirkətlərin depozitləri 6 mlrd 559 mln 410 min manat təşkil edib.
Bankın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 511 mln 625 min manat olub.
Cari ilin üçüncü rübünün yekununda “Beynəlxalq Bank”ın cəmi kapitalı 2 mlrd 322 mln 667 min manat olub ki, bu da illik müqayisədə 10% çoxdur.
Sözügedən dövrdə bankın faiz gəlirləri 937 mln 195 min manat, faiz xərcləri 336 mln 226 min manat, qeyr-faiz gəlirləri 425 mln 374 min manat, qeyri-faiz xərcləri isə 483 mln 769 min manat olub. Bank mümkün zərərlər üçün ehtiyatların yaradılmasına 96 mln 225 min manat ayırıb və mənfəətindən 78 mln 514 min manat vergi ödəyib.
Nəticədə, bank cari ilin ilk 9 ayını 9 mln 246 min manat xalis mənfəətlə başa vurub.
Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” 1992-ci ildə yaradılıb və onların səhmlərinin 88,54%-i Maliyyə Nazirliyinə, 3,64%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22%-i "Aqrarkredit" QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6%-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.
Könül Vəliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 13 Oktyabr 2026 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















