Beynəlxalq Buzüstü Hokkey Federasiyası Avropa Millətlər Kubokunu təşkil etmək qərarına gəlib
Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Buzüstü Hokkey Federasiyası (IIHF) 2025-ci il Dünya Çempionatı ilə üst-üstə düşən illik konqresində milli komandalar üçün yeni beynəlxalq yarış - Avropa Millətlər Kubokunu təşkil etmək qərarına gəlib.
Oxu.Az "SkySports"a istinadən xəbər verir ki, bu barədə IIHF-nin Mətbuat Xidməti məlumat yayıb.
Bu turnirin yaradılmasında məqsəd Avropanın beynəlxalq fasilələri zamanı bütün milli komandalara mühüm oyunlarda iştirak etmək imkanı yaratmaqdır. Turnirdə 12 komandanın iştirakı nəzərdə tutulub.
Bundan əlavə, konqres bu ilin payızında Nitsada Qlobal Hokkey Forumunun keçiriləcəyini açıqlayıb. Forumda üç əsas sahə müzakirə olunacaq: hokkeyin inkişafı, marketinq strategiyaları və qadın hokkeyi.
Milli assosiasiyalardan göstərilən sahələrin hər birinə nümayəndələr təyin etmək istənilib.
Xatırladaq ki, mayın 25-də finalda İsveçrə komandasını məğlub edən ABŞ yığması dünya çempionu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 28 May 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















