Icma.az
close
up
RU
Beynəlxalq Cinayət Məhkəməsi özünün gücünü və təsirini itirmiş, yararsız və fəaliyyətsiz forma alıb

Beynəlxalq Cinayət Məhkəməsi özünün gücünü və təsirini itirmiş, yararsız və fəaliyyətsiz forma alıb

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İkinci dünya müharibəsindən sonra dünyada yaranan nizam son illər tamamilə pozulub və dünyada yeni siyasi palitra formalaşdırılır. Artıq uzun illər adət formasını almış dəyərlər, normativlər qüvvədən düşüb. Bir xaosun baş alıb getdiyinin, güclülərin zəiflər üzərindəki hegemonluğunun böyük və imkanlı dövlətlərin öz aralarındakı iqtisadi müharibələr onu deməyə əsas verir ki, hazırda dünya düzənində oturuşmuş hüquq və beynəlxalq normalar yox, gücün hüququ dominantlıq edir. Beynəlxalq Cinayət Məhkəməsi əslinə qalsa, həmin nizamın içərisində daha çox dövlətlərə onların idarəetmə formalarına, qismən də olsa təzyiq rıçaqları yaratmaq üçün hər hansı bir dövlətdə baş verən hadisələrə dövlətlərarası olan nizamsızlığı bir növ tənzimləmək və qaydaya salmaq üçün nəzərdə tutulub. Artıq biz dəfələrlə görürük ki, Beynəlxalq Cinayət Məhkəməsi özü də siyasi alət olaraq güclü dövlətlərin və onun üzərində təsiri olan ölkələrin təzyiqi altında daha çox qərar çıxarıb”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Ermənistanın bu statuta qoşulması, Putinin də həmin statuta üzv olan ölkələrə getdiyi zaman həbs olunacağı ilə bağlı verilən qərar da xülyadır və həmin dövlətlərin heç biri Rusiya prezidentini həbs edə bilməz.

Vüqar İskəndərov

“Macarıstan da bu statuta qoşulub. Amma Netanyahunun Macarıstana getməsi və fəxri qonaq kimi qarşılanması iki ölkə arasında müqavilənin imzalanması, gələcək perspektivlərin müzakirə edilməsi və rəsmi görüşlərin keçirilməsi Macarıstanın Roma statutunu ratifikasiya etməsinə baxmayaraq, heç bir hadisənin baş verməməsi dediklərimizi bir daha təsdiq etmiş olur.

Beynəlxalq Cinayət Məhkəməsi özünün gücünü və təsirini itirmiş formadadır. Rusiya-Ukrayna müharibəsi fonunda İsrail-Fələstin müharibələri, qarşıdurmalar, digər ölkələrdə baş verən çəkişmələr, Trampın hakimiyyətə gəlməsindən sonra dünya nizamı və ümumiyyətlə dünyanın yenidən bölüşdürülməsi belə qurumların artıq tamamilə yararsız bir halda olduğunu göstərmiş olur”-deyən deputat qeyd edib ki, Azərbaycan dəfələrlə erməni terroru, soyqırımı, ekosid və genosid cinayətlərini törətməsini, Beynəlxalq Cinayət Məhkəməsinə, digər beynəlxalq statuslu məhkəmələrə, böyük transmilli təşkilatlara, qurumlara və təsisatlara bəyan etməsinə baxmayaraq, rəsmi müraciət etməsinə baxmayaraq, Ermənistan haqqında hər hansı bir qərar verilməyib.

Deputat bildirib ki, Ermənistan da Beynəlxalq Cinayət Məhkəməsinin üzvüdür.

“2020-ci ildə müharibə dövründə Azərbaycana, Azərbaycanın müharibə zonalarından kənarda olan şəhərlərinə, Gəncəyə, Bərdəyə, Tərtərə və orada törətdiyi terrorlar, ağır bəşəri cinayətlər Beynəlxalq Cinayət Məhkəməsi və digər qurumlar tərəfindən susqunluqla qarşılanıb. Sadəcə olaraq bütün bu məsələlər, siyasi alət kimi onun üzərində təsiri olan dövlətlərə xidmət etdiyini və daha çox xristian təəssübkeşliyini, daha çox siyasi motivlərlə qərarlar verildiyini, ümumiyyətlə beynəlxalq hüquq norma prinsiplərindən kənar fəaliyyət göstərildiyini və bu gün artıq fəaliyyətsiz qaldığını göstərir.

Hər birimiz arzulayırıq ki, Beynəlxalq Cinayət Məhkəməsi və digər bu tipli digər statuslu məhkəmələr real işləsin, beynəlxalq nizamda, təsirli olsun. Necə ki, 30 ilə yaxın Azərbaycan BMT-nin dörd qətnaməsinin və digər beynəlxalq sammitlərdə qəbul olunan qətnamələrin icra olunmasını gözləsə də, bunların heç biri baş vermədi. Ermənistan beynəlxalq hüququ ayaq altında ayaq altına atdı. Azərbaycan Ali Baş Komandanın qətiyyəti, zəkası, düşünülmüş siyasəti və ordusunun şücaəti ilə bu hüquqları özü bərpa etmiş oldu. Bir daha dünyaya göstərdik ki, öz milli maraqlarını və dövlətin maraqlarını öndə tutaraq siyasətini uğurla həyata keçirən dövlət müvəffəqiyyət qazanır. Bütün bu misalları biz ölkəmiz haqqında çəkə bilərik. Bu gün Azərbaycan özü həm beynəlxalq hüququn prinsiplərini, həm milli qanunvericiliyi, həm də ilahi ədaləti özü bərpa etdi”-deyə Vüqar İskəndərov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Aprel 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see623

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see231

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see209

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see184

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see184

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see148

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see147

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri