Icma.az
close
up
RU
Menu

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalının tədbirlərində iştirak edib

Bakıda McDonald s un yanında yanğın VİDEO

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

Gürcü nazir müavini: “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

600 dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR SİYAHI

Onun gözü “Turan Tovuz”da Keçid alınacaqmı?

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

Ötən ilin büdcəsi necə icra edilib? Komitə sədri detalları AÇIQLADI

Milli Məclisin cari təmir ilə bağlı tenderi ləğv olunub

Nail 12 kiloqram arıqlayıb

Dilçilik İnstitutunda Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin konkordansı hazırlanıb

Çelsi qapıçılarını satır

Biləcəridə şəhid adına olan küçənin təmiri yekunlaşır VİDEO

Azad olunmuş ərazilərdə yol infrastrukturu yüksək səviyyədə qurulub EKSPERT FİKRİ

“Ukraynaya hücumlarda dəstək olan konkret ölkələr var”

Fənərbağça da Mario Brankonu kim əvəz edəcək?

Zaporojye və Xersonda 700 min insan işıqsız qalıb Ukrayna dronları enerji obyektlərini vurub

Beynəlxalq daşımaların iqtisadi məzmunu: formalar və meyarların təsnifatı

Beynəlxalq daşımaların iqtisadi məzmunu: formalar və meyarların təsnifatı

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yılmaz SƏFƏROV
Yılmaz SƏFƏROV BDU-nun Hüquq fakültəsinin 1-ci kurs magistrantı

Beynəlxalq daşımaların yaranmasına və inkişafına ilk növbədə xarici iqtisadi ticarətin, elmi-texniki və mədəni əməkdaşlığın genişlənməsi, beynəlxalq təsərrüfat əlaqə və münasibətlərinin dərinləşməsi səbəb olub.

Bu sahədə vacib əhəmiyyət kəsb edən mövzulardan biri malların beynəlxalq göndərilməsi mexanizmlərinin iqtisadi məzmununu müəyyən edən amillərə aydınlıq gətirilməsidir. Hüquq ədəbiyyatında beynəlxalq daşımaların iqtisadi məzmunu əsasən bu xüsusiyyətlərlə səciyyələnir: Beynəlxalq nəqliyyat daşımalarının effektiv təşkili; Beynəlxalq nəqliyyat dəhlizlərindən və kommunikasiyalarından daha səmərəli istifadənin təmin olunması; Dövlətlərarası daşıma münasibətlərinin təkmilləşdirliməsi və genişləndirilməsi; Beynəlxalq daşımalar sahəsində konvensiyalarının və sazişlərinin qorunması, koordinasiyası və təkmilləşdirilməsi; Beynəlxalq nəqliyyat daşımalarında məsuliyyətin artırılması, sığorta və nəqliyyat təhlükəsizliyinin təmin olunması; Milli nəqliyyat qanunvericiliyinin və beynəlxalq nəqliyyat münasibətlərinin nizamlayıcı mexanizmlərinin təkmilləşdirilməsi; Beynəlxalq mal və xidmət daşımaları qaydalarının nizamlanması; Malların göndərilməsinin hüquqi mexanizmlərinin tənzimlənməsi və sair.

Daşıma xidmətinin yüksək standartlar səviyyəsində təminatı xarici-iqtisadi fəaliyyətin mühüm tərkib hissəsi kimi çıxış edir və həlledici amilə malikdir.

Malların daşınması mexanizmlərinin beynəlxalq iqtisadi dövriyyədə rolunu xarakterizə edən əsas xüsusiyyətlərə bunları aid etmək olar: Məhsul və mal istehsalçısı olmasa da, onların hərəkətində əsas vasitələrdən biri olmaqla, bu proseslərdə əlavə dəyər və xərc yaradır. Bununla da daşıma xidməti formalaşır və məhsulun (malın) qiymətində mühüm amilə çevrilir; xarici-iqtisadi fəaliyyətin bütün tsikllərində iştirak etməklə bərabər, istehsal və alınmış məhsulun (malın) son təyinat nöqtəsinə çatdırılmasında mühüm vasitə kimi əhəmiyyət kəsb edir; İxrac (idxal) üçün nəzərdə tutulan mallarla (məhsullarla) birlikdə beynəlxalq əmtəə mübadiləsi proseslərinin və dünya ticarəti əməliyyatlarının daimi komponentinə çevrilməklə yanaşı, özü beynəlxalq iqtisadi münasibətlərin aparıcı fəaliyyət sahələrindən birini - beynəlxalq nəqliyyat əməliyyatlarını, malların daşınması xidmətini formalaşdırır; Malların daşınması xərc maddəsi kimi bazar iqtisadiyyatı şəraitində xarici-iqtisadi fəaliyyətin səmərəliliyində mühüm əhəmiyyət daşıyır. Belə ki, enerji daşıyıcıların, yanacağın, xammal və materialların qiymətlərinin dəyişməsində, ixrac (idxal) məhsullarının (mallarının) qiymət rəqabət qabililiyyətinin təmin olunmasında nəqliyyat xərcləri əksər hallarda həlledici statusa malik olur; Nəqliyyat təminatının optimal reallaşdırılması xarici-iqtisadi fəaliyyət iştirakçılarının kontrakt üzrə öhdəliklərinin yerinə yetirilməsinə birbaşa təsir edir; Göndərilmə amili bir çox hallarda bağlanacaq ixrac (idxal) kontraktlarının mühüm fazası kimi obyektiv zərurətə çevrilir. Belə ki, bu qəbildən olan kontraktların imzalanmasının əsas şərtlərinin yerinə yetirilməsi nəqliyyat təminatının səviyyəsindən, etibarlılığından, mobilliyindən, effektivliyindən, xidmət haqqının sərfəli olmasından, nəqliyyatın sığorta mexanizminin işləkliliyindən asılı vəziyyətdə olur; çoxşaxəli fəaliyyət imkanına malik nəqliyyat sistemi özünün çoxfunksiyalı imkanları ilə xarici-iqtisadi fəaliyyət subyektinin kontrakt öhdəliklərinin yerinə yetirilməsi variantlarının modelləşdirilməsinə, optimallaşdırırlmasına şərait yaradır və sair (M.Pənahəliyeva, Ş.Əliyeva “Beynəlxalq nəqliyyat əməliyyatları”).

Ümumiyyətlə, malların göndərilməsi sahəsi çoxşaxəli və çoxfunksiyalı iqtisadi fəaliyyət, həm də mühüm xidmət sektoru olmaqla bərabər, bir sıra iqtisadi istehsal-texnoloji və təşkilatı funksiyaları özündə birləşdirən mürəkkəb sistemdir. Belə bir sistemin, şübhəsiz, güclü maddi texniki bazası olmalı və bu bazanın inkişafı məsələləri, problemləri, prioritet hədəfləri daim diqqət mərkəzində qalmalıdır. Malların göndərilməsi mexanizmləri - yenilənmə prinsipinə ciddi əməl etməli, məsrəflərin azaldılması, “yaşıl iqtisadiyyatla” bağlı müasir tələblərin yerinə yetirilməsi, effektiv və optimal fəaliyyət mexanizmlərinin işlənib hazırlanmasını diqqət mərkəzində saxlamalıdır.

Hüquq ədəbiyyatında malların göndərilməsi formalarının müxtəlif meyarlara əsasən təsnif olunmasına rast gəlinir. Bu təsnifatlar öz mühüm cəhətləri ilə bir-birindən fərqlənir. Beynəlxalq daşımaların nəqliyyatın növünə görə bu şəkildə fərqləndirilir: Dəniz nəqliyyatı; Dəmiryol nəqliyyatı; Hava nəqliyyatı; Avtomobil daşımaları; Su (çay) daşımaları; Stasionar (boru kəmər, elektrik xətti) nəqliyyatı; Qarışıq (intermodal) daşımalar.

Beynəlxalq dəniz daşımaları ilə beynəlxalq su (çay) daşımalarına birlikdə su yolu ilə beynəlxalq daşımalar, beynəlxalq avtomobil daşımaları ilə beynəlxalq dəmir yolu daşımalarına quru yol ilə beynəlxalq daşımalar, beynəlxalq hava daşımalarına isə beynəlxalq aviasiya daşımaları da deyilir.

Dəniz nəqliyyatı vasitəsilə göndərmə və onu rəsmiləşdirən müvafiq sənədlər məsələsinə diqqət yetirək. Müasir beynəlxalq nəqliyyatın müxtəlif növləri sırasında, quru daşımaları istisna olmaqla, dəniz nəqliyyatı daha əvvəl yarananlardan biri hesab olunur. Digər tərəfdən, dəniz nəqliyyatı daha yaxşı düzəldilmiş (sazlanmış) nəqliyyat növüdür  (Velyaminov Q.M. Beynəlxalq iqtisadi hüquq və proses, səh 116). Beynəlxalq daşımaların əsas təşkilati formaları və hüquq institutları məhz dəniz nəqliyyatı sistemində əmələ gəlib və inkişaf edib. Nəqliyyatın digər növlərində həyata keçirilən daşıma prosesi zamanı subyektlər (iştirakçılar) arasında yaranan iqtisadi-hüquqi münasibətlər sistemi bu və ya digər dərəcədə dəniz nəqliyyatının beynəlxalq praktikasının təsiri nəticəsində inkişaf tapıb.

Dəniz nəqliyyatı daha universal nəqliyyat növüdür. O, beynəlxalq ticarətə xidmət etmək üçün daim ixtisaslaşdırılır. Beynəlxalq ticarəti həyata keçirmək üçün nəqliyyatın hər hansı növünə nisbətən dəniz nəqliyyatından daha çox istifadə olunur (Kramarov E.M. Dəniz nəqliyyatı məhsullarının xarici ticarəti).

Dəniz nəqliyyatı xarici ticarət yüklərinin daşınmasında əsas nəqliyyat vasitəsi hesab edilir. Buna görə də o, hər şeydən əvvəl, xarici ticarət nəqliyyatı sayılır (Sadikov O.N. - Beynəlxalq daşımaların hüquqi tənzimlənməsi).

Əsas məsələlərdən biri dəniz daşımalarının hansı sənədlər vasitəsilə rəsmiləşdirilməsidir. Bu daşıma növünün əsas vasitəsi dənizlə yük daşınması müqaviləsi hesab olunur. Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin (TGM) 87.1-ci maddəsində həmin sənəd barədə bildirilir: “Dənizlə yük daşınması müqaviləsi daşıyıcının yükgöndərənin və ya fraxtedənin ona verdiyi və ya verəcəyi yükü haqq müqabilində olduğu yerdən təyinat limanına daşımağı və əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsə (bundan sonra - yükalan) verməyi, yükgöndərən, fraxtedən, yükalan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini (fraxtı) ödəməyi öhdəsinə götürməsi barəsində müqavilədir”.

TGM-in 87.2-ci maddəsində deyilir: “Dənizlə yük daşınması müqaviləsinin mövcudluğu və məzmunu çarter, konosament və ya digər yazılı sübutlarla təsdiq edilir”.

Bu bölgüyə uyğun olaraq malların dəniz yolu ilə göndərilməsi iki yerə ayrılır: Çarter vasitəsilə göndərmə; Konosamentlə göndərmə.

Beləliklə, dəniz daşımaları yuxarıda göstərilən iki sənəd - çarter və ya konosament vasitəsi ilə həyata keçirilir. Çarter qeyri-müntəzəm daşımaların, konosament isə müntəzəm daşımaların hüquqi rəsmiləşdirmə formasıdır. Buna görə də çarter daşımaları dedikdə qeyri-müntəzəm daşımalar, konosament daşımaları dedikdə isə müntəzəm daşımalar başa düşülür (E.Əliyev. “Beynəlxalq nəqliyyat hüququ”).

Çarter vasitəsilə, əsasən, qeyri-müntəzəm dəniz daşımaları həyata keçirilir. “Çarter qeyri-müntəzəm gəmiçilikdə dənizlə yük daşınmasının müqavilə formasıdır (Sadikov O.N. Beynəlxalq daşımaların hüquqi tənzimlənməsi). O, dənizlə yük daşınması müqaviləsinin sadə yazılı formasını ifadə edir.

Çarterin iki əsas funksiyası var. Birincisi, çarter malların dənizlə göndərilməsi faktının mövcud olmasını təsdiq edən müqavilə rolunu oynayır. Belə ki, çarter daşıyıcı (gəmi sahibi) ilə mal sahibi arasında müqavilə bağlanması faktını sübut edir.

İkincisi, çarter daşıyıcı tərəfindən yükün qəbul edilməsini təsdiqləyən sənəd rolunu oynayır. Bu sənəd malın daşıyıcı tərəfindən göndərilmək üçün qəbul edildiyini göstərir.

Çarterlə konosament arasında bir sıra fərqli məqamlar mövcuddur. İlk növbədə, konosamentdən fərqli olaraq çarter mala sərəncamverici funksiya yerinə yetirmir. Digər bir tərəfdən, çarter konosamentdən fərqli olaraq qiymətli kağız hesab edilmir (Kalpin A.Q. “Çarter və konosament”). Son olaraq, çarter daxili hüquqla, konosament isə beynəlxalq sazişlər vasitəsi ilə tənzim olunur. Ancaq bu, çarter daşımalarının ümumiyyətlə beynəlxalq hüququn əhatə dairəsindən tamamilə kənarda qalan məsələ olması demək deyildir. Belə ki, çarter daşımaları sahəsində beynəlxalq dəniz təşkilatlarının, o cümlədən Baltik və Beynəlxalq Dəniz Konfransı, habelə gəmi sahibləri və fraxta verənlərin milli birliklərinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

Yuxarıda da qeyd olunduğu kimi, çarter qeyri-müntəzəm dəniz daşımalarını rəsmiləşdirən müqavilə-sənəd hesab olunur. Başqa sözlə, çarter malların dənizlə göndərilməsi müqaviləsinin özüdür. Belə ki, bu sənəd özündə müqavilənin bütün şərtlərini və bu müqaviləni bağlayan tərəflərin hüquq və vəzifələrini ifadə edir.

Çarter öz məzmununa görə mürəkkəb xarakterli müqavilə hesab olunmalıdır, ona görə ki, burada gəminin xarakteristikası, onun verilmə qaydası, daşınan yük barədə məlumat, fraxt üzrə hesablaşma, yükləmə-yükvurma işinin görülmə qaydası və sair göstərilir. Gəmiçilikdə, o cümlədən beynəlxalq dəniz ticarətində standart çarter formalarından geniş surətdə istifadə olunur. Bu formalar dəniz nəqliyyatında gəmilərin kirayələnməsini asanlaşdırır və tezləşdirir.

Çarter ayrı-ayrı bəndlərdən ibarət müqavilə sənədidir. Bu bəndlərdə nəzərdə tutulan şərtlər isə həmin çarterin məzmununu təşkil edir. Belə müqavilələr öz məzmunlarına görə müxtəlif olmaqla, bir-birindən fərqlənir. Ancaq bəzi müqavilə şərtləri vardır ki, onlar istənilən çarterdə hökmən göstərilməlidir. Həmin şərtlər gəmiyə, yükə, fraxta və yükləmə-boşaltma işlərinin görülməsinə aiddir. Onlar çarterin məcburi şərtləri hesab edilir.

Gəmi sahibi çarterdə gəminin yükgötürmə qabiliyyətini, yük tutumunu düzgün göstərməlidir və buna görə məsuliyyət daşıyır. Əgər o, gəminin yük tutumunu və yükgötürmə qabiliyyətini çarterdə səhv göstərərsə və bunun nəticəsində fraxtedən nəzərdə tutulmuş yükün hamısını gəmiyə yükləyə bilməzsə, onda vurulmuş zərərin əvəzini ödəməlidir.

Çarterdə yükə aid şərt də nəzərdə tutulmalıdır. Burada yükün adı və miqdarı, əgər lazım gələrsə, onun xüsusiyyətləri göstərilməlidir.

Standart çarter formalarına daxil olan şərtlərin sayı zamanla daha da artmaqdadır. Əgər əvvəllər çarterdə 20-30 bənd nəzərdə tutulurdusa, son dövrlərdə çarterlərdə 80-ə yaxın bənd daxil edilir. Bu hal isə tərəflərin hüquq və vəzifələrini daha geniş surətdə müəyyən etməyə, çarter daşımalarını daha müfəssəl tənzimləməyə imkan verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://525.az
archiveBu xəbər 03 İyun 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ağır yanıq xəsarətləri olan Çinarənin anası: Nə dərman, nə yemək ala bilirik

03 İyun 2025 12:20see118

Son illər Azərbaycan musiqisində ciddi geriləmələr müşahidə olunur KULTROLOQ ŞƏRH ETDİ

03 İyun 2025 12:05see116

YAP nümayəndəsi Mərkəzçi Demokrat İnternasionalının tədbirlərində iştirak edib

03 İyun 2025 11:47see116

Bakıda McDonald s un yanında yanğın VİDEO

03 İyun 2025 11:24see115

Milli Məclisdə müzakirə: bu zonada işıq və qaz pulu 3 dəfə azaldılmalı, Bakıda isə... Kommunal xidmətlərlə bağlı dəyişiklik olacaq

03 İyun 2025 13:18see115

Gürcü nazir müavini: “Yaşıl Enerji Dəhlizi” ambisiyalı layihədir

03 İyun 2025 13:22see114

“HÖRÜMÇƏK TORU”na GÖRƏ KİMLƏRİN “KƏLLƏSİ” GEDƏCƏK? Solovyov onun güllələnməsini tələb edir + VİDEO

03 İyun 2025 13:01see113

600 dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR SİYAHI

03 İyun 2025 12:21see113

Onun gözü “Turan Tovuz”da Keçid alınacaqmı?

03 İyun 2025 12:06see113

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Ötən ilin büdcəsi necə icra edilib? Komitə sədri detalları AÇIQLADI

03 İyun 2025 11:41see112

Milli Məclisin cari təmir ilə bağlı tenderi ləğv olunub

03 İyun 2025 11:53see111

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see111

Dilçilik İnstitutunda Xalq şairi Sabir Rüstəmxanlının əsərlərinin konkordansı hazırlanıb

03 İyun 2025 12:42see111

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Biləcəridə şəhid adına olan küçənin təmiri yekunlaşır VİDEO

03 İyun 2025 15:14see110

Azad olunmuş ərazilərdə yol infrastrukturu yüksək səviyyədə qurulub EKSPERT FİKRİ

03 İyun 2025 12:09see110

“Ukraynaya hücumlarda dəstək olan konkret ölkələr var”

03 İyun 2025 13:11see110

Fənərbağça da Mario Brankonu kim əvəz edəcək?

03 İyun 2025 13:02see110

Zaporojye və Xersonda 700 min insan işıqsız qalıb Ukrayna dronları enerji obyektlərini vurub

03 İyun 2025 12:04see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri