Icma.az
close
up
RU
Beynəlxalq ekspert: İtkin düşmüş şəxslər böhranının həlli üçün daha çox maliyyə və insan resursları cəlb olunmalıdır

Beynəlxalq ekspert: İtkin düşmüş şəxslər böhranının həlli üçün daha çox maliyyə və insan resursları cəlb olunmalıdır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 oktyabr, G.Mahmudlu, T.Babayeva, AZƏRTAC

Dünyada 60 minə yaxın itkin düşən şəxsin şəxsiyyəti müəyyənləşdirilib.

AZƏRTAC xəbər verir ki, bunu “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində "İtkin düşmüş şəxslər böhranının həlli üçün əməkdaşlığın gücləndirilməsi" sessiyasında beynəlxalq insan hüquqları hüququ üzrə ekspert Afərin Şahidzadə deyib.

O bildirib ki, itkin düşmüş şəxslərlə bağlı Cenevrə konvensiyalarını 193 dövlətdən 75-i ratifikasıya edib. Bir çox ölkələrdə itkin düşmə hallarına çox rast gəlinsə də, onlar hələ də öhdəlik götürmək istəmirlər. "İtkin düşmüş şəxslər probleminin həlli ilə bağlı effektivlik dövlətlər arasındakı əməkdaşlıqdan asılıdır. Əməkdaşlığın olmaması prosesin irəliləməsinə maneə yaradır, qəbul edilmiş qərarlar icra olunmur. Azərbaycan və Ermənistan arasında sülh sənədində itkin düşən şəxslərlə bağlı müddəaların olması bu tədbirin uğurlarından hesab oluna bilər. İtkin düşən insanlarla bağlı məlumatların paylaşılması vacibdir. Onların tapılması, nəşlərinin qalıqlarının yaxınlarına təhvil verilməsi ailələr üçün ümiddir. Bunun üçün əməkdaşlığın artırılması ilə bağlı təkliflər irəli sürülür. BMT tərəfdaşlığı ilə koordinasiya mexanizmləri hazırlana bilər. Daha çox maliyyə və insan resursları cəlb olunmalıdır. Beynəlxalq Fondun yaradılmasına, özəl sektorun da bu işlərə qoşulmasına çox böyük ehtiyac var. Bu məsələyə çoxşaxəli yanaşılmalıdır. Struktural resursların az olması görülən işlərin azlığına səbəb olur. Davamlı, koordinasiyalı və adekvat resurslar ayrılaraq görüləcək tədbirlərlə itkin düşmüş şəxslərin ailələrinin hüquqları yerinə yetirilə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri