Icma.az
close
up
RU
Beynəlxalq konfrans çərçivəsində konstitusion dəyərlər və insan hüquqları müzakirə olunub

Beynəlxalq konfrans çərçivəsində konstitusion dəyərlər və insan hüquqları müzakirə olunub

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 noyabr, AZƏRTAC

Bakıda “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfrans öz işinə panellərlə davam edir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Respublikasının ədliyyə nazirinin müşaviri Muharrem Kılıçın moderatorluğu ilə keçirilən paneldə “Konstitusion dəyərlər və insan hüquqları: Qlobal trendlər və çağırışlar” mövzusu müzakirə olunub.

Gürcüstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Revaz Nadaraya qeyd edib ki, Gürcüstan və Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və regional səviyyələrdə fəal əməkdaşlıq edir. Müstəqilliklərinin bərpasından dərhal sonra hər iki ölkə insan hüquqlarının müdafiəsi üçün demokratik təsisatlar və milli sistemlər yaratmağa başlayıb. Bu prosesdə ikitərəfli məsləhətləşmələr və beynəlxalq təcrübənin paylaşılması mühüm rol oynayır.

Onun sözlərinə görə, 1990-cı illərdən indiyədək Gürcüstan və Azərbaycan arasında insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlər, məhkəmə sistemində islahatlar, penitensiar sistemin humanistləşdirilməsi və alternativ cəzanın tətbiqini əhatə edən bir neçə əməkdaşlıq memorandumu və sazişlər qüvvədə qalıb:”Hər iki ölkə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və BMT-nin İnkişaf Proqramı çərçivəsində fəal əməkdaşlıq edir. Məqsəd insan hüquqlarının dövlət siyasətinə inteqrasiyasını təmin etməkdir. Məmnuniyyətlə qeyd etmək istərdim ki, illər ərzində Gürcüstan və Azərbaycan Konstitusiya məhkəmələri arasında güclü əməkdaşlıq ənənəsi yaranıb. Bu da ikitərəfli səfərlərdə və qarşılıqlı təcrübə mübadiləsində özünü göstərir".

Türkiyə Respublikasının Konstitusiya Məhkəməsinin hakimi Yıldız Seferinoğlu müstəqil Azərbaycanın dövlətçilik tarixində Konstitusiyanın qəbulunun 30-cu ildönümünü mühüm hadisə kimi qiymətləndirib: “Çünki Konstitusiya dövlətin suverenliyinin, insan hüquq və azadlıqlarının, demokratiya və ədalət prinsiplərinin əsas təminatıdır. Bu sənəd təkcə hüquqi akt deyil, həm də xalqın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ənənələrinin parlaq təcəssümüdür”.

O qeyd edib ki, hüquq sistemlərinin inkişafı, konstitusion dəyərlərin möhkəmləndirilməsi və insan hüquqlarının qorunması Türkiyə və Azərbaycan üçün ortaq prioritetdir. “Bizi qardaş Azərbaycan ilə birləşdirən bağlar yalnız dil, din və mədəni köklərimizdən qaynaqlanmır. Həmçinin hər iki dövləti birləşdirən ən dərin dəyər insana və ədalətə verilən yüksək qiymətdir. Böyük müdrik Şeyx Edebalinin Osman Qaziyə söylədiyi “İnsanı yaşat ki, dövlət yaşasın” kəlamı bu dəyərlərin ən gözəl ifadəsidir. Bu fikir əsrləri aşaraq bu gün də aktualdır. Çünki dövlətin gücü onun vətəndaşının rifahı, hüquq və azadlıqlarının təminatı ilə ölçülür. Konstitusiya bu baxımdan həm dövlətin, həm də cəmiyyətin ədalət, sabitlik və inkişaf istiqamətində bir “yol xəritəsi”dir. Dünyanın müxtəlif coğrafiyalarında yaşayan xalqları birləşdirən dəyərlər çoxdur, amma onların ən əsası insan ləyaqətinə, azadlığa və hüquqa verilən dəyərdir. İnsan hüquqları bəşəriyyətin ortaq vicdanını təmsil edir”.

Yıldız Seferinoğlu vurğulayıb ki, bu gün qlobal səviyyədə qarşılaşdığımız çağırışlar bütün dövlətləri bu dəyərləri daha güclü şəkildə qorumağa səsləyir: “Fərqli ölkələrdə bu prinsiplərin ifadə forması müxtəlif ola bilər, lakin insanı və onun hüquqlarını qorumaq, ədalətli və dəyərlərə əsaslanan bir cəmiyyət qurmaq əsas məqsəddir”.

Özbəkistan Respublikasının Ali Məclisinin İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Feruza Eşmatova hüquq, demokratiya və insan haqları sahəsində baş verən mühüm prosesləri müzakirə etməyin vacib olmasına diqqət çəkib: “Çünki müasir dövrdə dünya sürətlə dəyişir. İqtisadi qeyri-sabitlik, iqlim dəyişikliyi, süni intellektin inkişafı və rəqəmsal transformasiya yeni çağırışlar yaradır. Bu çağırışlar yalnız texnoloji deyil, etik və hüquqi məsuliyyət məsələlərini gündəmə gətirir”.

O qeyd edib ki, son illərdə Özbəkistanda genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatların mərkəzində insan hüquq və azadlıqlarının qorunması, qanunun aliliyi, ədalətli məhkəmə sisteminin formalaşdırılması və insan ləyaqətinə hörmət prinsipi dayanır. “Bu dəyişikliklər cəmiyyətin hər bir üzvünün layiqli həyat şəraitinə, ədalətə və azadlığa çıxışını təmin etməyə yönəlib. Ali məhkəmə orqanlarının, xüsusilə də Konstitusiya Məhkəməsinin fəaliyyəti bu prosesdə həlledici rol oynayır. Konstitusiya Məhkəməsi yalnız hüquqi orqan deyil, həm də hüquq mədəniyyətinin və dövlətçilik dəyərlərinin qoruyucusudur”.

Feruza Eşmatovanın sözlərinə görə, rəqəmsal texnologiyalar bir tərəfdən şəxsi həyatın toxunulmazlığı üçün risklər yaradır, digər tərəfdən isə ədalətə çıxış, informasiya bərabərliyi və dövlət idarəçiliyinin şəffaflığını artırmaq baxımından böyük imkanlar təqdim edir. “Məhz buna görə, bu çağırışlara müasir hüquqi düşüncə, beynəlxalq əməkdaşlıq və insan mərkəzli yanaşma ilə cavab vermək hər bir dövlət üçün vacibdir. Biz hamımız insanı yaşatmaq, onun hüquq və azadlıqlarını qorumaq və ədalətli cəmiyyət qurmaq kimi məqsədlər uğrunda çalışırıq Dünyanın dəyişdiyi bu dövrdə yeni çağırışlara yeni yanaşmalar tapmaq, hüquqi islahatları dərinləşdirmək və insan ləyaqətini hər şeydən uca tutmaq bizim birgə məsuliyyətimizdir”.

Ankara Universitetinin professoru Cavid Abdullazadə konstitusiyanın hər bir dövlətin hüquqi, siyasi və mənəvi dayağı olduğunu deyib: “O, cəmiyyətin dəyərlər sistemini, dövlətin idarəçilik modelini və insanla dövlət arasındakı münasibətlərin əsas prinsiplərini müəyyən edir. Lakin zaman dəyişdikcə, cəmiyyət inkişaf etdikcə, yeni sosial, iqtisadi və texnoloji reallıqlar meydana çıxır”.

Cavid Abdullazadə qeyd edib ki, konstitusiyalar da təkamül edir. Onlar sabitlik rəmzi olmaqla yanaşı, canlı və dinamik bir sənəd kimi dövrün tələblərinə uyğunlaşdırıla bilər. “Yaşayan konstitusiya o deməkdir ki, əsas qanun yalnız yazıldığı tarixin məhsulu deyil, həm də hər bir dövrün insanının ehtiyaclarını, dəyərlərini və çağırışlarını əks etdirən canlı bir sistemdir. Bu gün dünyamız rəqəmsal transformasiya, süni intellektin inkişafı, iqlim dəyişiklikləri, sosial bərabərlik məsələləri olmaqla bir çox yeni çağırışlarla üz-üzədir. Bütün bunlar hüquqi düşüncənin yenilənməsini və konstitusiya prinsiplərinin bu reallıqlara uyğunlaşdırılmasını tələb edir. Lakin bütün dəyişikliklərin mərkəzində insan və onun ləyaqəti dayanmalıdır. Çünki Konstitusiyanın əsas fəlsəfi dayağı insan ləyaqətinə hörmətdir. Beləliklə, konstitusiyanın inkişafı sadəcə hüquqi zərurət deyil, həm də insan mərkəzli dövlətçilik fəlsəfəsinin təzahürüdür. Hər bir dövrün konstitusiyası öz xalqının dəyərlərini, zamanın çağırışlarını və gələcəyə olan inamını ifadə etməlidir”.

Qazaxıstan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Artur Lastayev isə qeyd edib ki, müasir dünyada Konstitusiya dövlətin siyasi sabitliyinin və yetkinliyinin təməli, qanunun aliliyi və institusional inkişaf lehinə şüurlu bir seçimdir. “Tarix bir çox idarəetmə modelləri ilə tanışdır, lakin Konstitusiyanın yalnız hüquq və prinsipləri bəyan etmədiyi, həm də onların real qorunmasını təmin edən canlı mexanizm kimi fəaliyyət göstərdiyi məlumdur. Bugünkü dünyada Konstitusiya dəyərlərinin güclü, çevik və yeni çağırışlara cavabdeh qalması xüsusilə vacibdir. Biz ortaq problemləri və kollektiv vəzifəni bölüşürük. Məqsədimiz dünya nə qədər dəyişsə də, qanunun və insanlığın fundamental dəyərlərini qorumaqdır. Əminəm ki, bu cür formalarda konstruktiv dialoq və təcrübə mübadiləsi bizə etimad yaratmağa, hüquq institutlarını gücləndirməyə və praktiki həllər tapmağa kömək edəcək", - deyə A.Lastayev bildirib.

Panel müzakirələrlə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:25
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see223

Adil Kərimli və dostları Mədəniyyət Nazirliyini niyə bu vəziyyətə salıb?

10 Noyabr 2025 20:28see173

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see143

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see141

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see139

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see135

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see131

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see131

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see130

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see129

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see128

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see127

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see125

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see124

Mançini Qətər klubuna keçməyə razılıq verdi

10 Noyabr 2025 23:11see121

Qazaxıstanda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə abidə ucaldılacaq

10 Noyabr 2025 19:41see121

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see120

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri