Icma.az
close
up
RU
Beynəlxalq Muğam Mərkəzində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti təqdim edilib FOTO

Beynəlxalq Muğam Mərkəzində “Gənclərə dəstək” layihəsi iştirakçılarının konserti təqdim edilib FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Beynəlxalq Muğam Mərkəzinin səhnəsində Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Gənclərə dəstək" layihəsi iştirakçılarının konserti təqdim edilib.

İlk olaraq Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının Xorunun (bədii rəhbər Validə Cəlilova, konsertmeyster Svetlana Əhmədova) ifasında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından "Şəbi-hicran" xoru səslənib.

Daha sonra musiqili gecədə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Bəturə Əhmədova), konsertmesyterlər - Mirhüseyn Əsədullayev, Hikmət Abdullayev, Ruhulla Dadaşov, Sevinc Kərimova, Rəna Zəkiyeva, Cəfərli Nurlan, Məmmədov Elnur, Çingiz Absəlimov, Züleyxa Usubovanın müşayiəti ilə solistlər - Murad Nəbizadə (xanəndə), Malik Qədimzadə (piano), Fatimə Fərəcova (qanun), Mirnofəl Həsənov (tar), Nurgün Həsənova (kamança), Nilay Quluzadə (xanəndə), Məhəmməd Quluzadə (violin), Məhəmməd Aslanlı (tar)  və "Qanunçular" ansamblı, Ərtoğrul Balayev (piano), Samirə Musayeva (piano), Adnan Kərimli (zərb aləti), İnci Həsənli (piano), Uğur Nəbi (piano) öz ifalarını dinləyicilərə təqdim edib.

Gənc istedadların rəngarəng ifaları ilə zəngin olan bu tədbirdə görkəmli bəstəkar, musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun", "Koroğlu", "Cəngi", "Qara qız", "Çırpınırdı Qara dəniz", "Fantaziya", "Arşın mal alan" kimi məşhur əsərləri təqdim olunub. Bəstəkar Azər Rzayevin, Fikrət Əmirovun, Süleyman Ələsgərovun və Emil Əfrasiyabın kompozisiyaları  da səsləndirilib.

Sonda AMK-tərkibində İncəsənət Gimnaziyasının Xorunun ifasında Fərhad Bədəlbəylinin "Zəfər marşı" (sözləri Yeganə Axundovanındır) əsəri ilə konsert başa çatıb.

Xatırladaq ki, "Gənclərə dəstək" layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri - Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru - Filarmoniyanın direktor müavini Ayla Kərimova-Zəkəriyyədir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 29 Sentyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see278

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see157

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see144

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see138

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri