Beynəlxalq Muğam Muğam Mərkəzində Ağaxan Abdullayevin 75 illiyinə həsr olunan gecə təşkil edilib FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Muğam Muğam Mərkəzində milli muğam sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli, "Qızıl çinar" beynəlxalq mükafatı sahibi Ağaxan Abdullayevin (1950-2016) 75 illiyinə həsr olunan gecə təşkil edilib.
Yubiley tədbiri Ağaxan Abdullayevin Azərbaycan televiziyasının "Qızıl Fondunda" qorunan ifasının videonümayişi ilə başlanıb.
Yazıçı-dramaturq İlqar Fəhminin aparıcılığı ilə baş tutan gecədə millət vəkili Ziyad Səmədzadə, Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşüblər. Bildirilib ki, muğam sənətimizin inkişafında, neçə-neçə tanınan muğam ifaçılarının yetişməsində Ağaxan Abdullayevin rolu danılmazdır. Ağaxan Abdullayev Azərbaycan muğamlarını həm ölkəmizdə, həm də xaricdə layiqincə təbliğ edib. O, Heydər Əliyev Fondu tərəfindən muğamla bağlı həyata keçirilən genişmiqyaslı layihələrin də iştirakçısı olub. Sənətkarın fəaliyyəti dövlət və xalq tərəfindən yüksək qiymətləndirilib. O, "Əməkdar artist" və "Xalq artisti" fəxri adlarına, habelə "Simurq", "Humay" və Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatına layiq görülüb.
Unudulmaz xanəndənin xatirə gecəsində Xalq artistləri Zabit Nəbizadə, Simarə İmanova, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist İlkin Əhmədov, Muğam Televiziya Müsabiqəsinin qalibləri Mirələm Mirələmov, Məmməd Nəcəfov, Hüseyn Məlikov, Nisbət Sədrayeva çıxış ediblər.
Xanəndələri Rövşən Qurbanovun rəhbərliyi ilə BMM-nin solsitlərindən ibarət ansambl müşayiət edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 26 May 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















