Icma.az
close
up
RU
Beynəlxalq münasibətlərdə YENİ DÖNƏM Trampın Sülh Şurası ideyasının perspektivləri MÜSAHİBƏ

Beynəlxalq münasibətlərdə YENİ DÖNƏM Trampın Sülh Şurası ideyasının perspektivləri MÜSAHİBƏ

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə davamlı sülhün əldə olunması yeni bir təşkilatın - Sülh Şurasının yaradılması ideyasını irəli sürüb. Lakin Trampın çıxışları və dünyada gedən proseslər Sülh Şurasının Yaxın Şərqlə kifayətlənməyəcəyini göstərir.
Bizim.Media hazırda dünyanın siyasi gündəmində əsas müzakirə mövzularından birinə çevrilən Sülh Şurası ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrənib.
Sabiq nazirlə müsahibəni təqdim edirik:
- Tofiq müəllim, ABŞ Prezidenti Donald Trampın yeni ideyası olan Sülh Şurası barədə fikirləriniz bizim üçün maraqlıdır. Bu Şuranın statusu, hədəfi və perspektivi nədir?
- Bilirsiniz, hələlik ortada  real iş yoxdur. Sadəcə ideya var. Ona görə də Sülh Şurasının statusu, perspektivi və hədəfləri barədə konkret nəsə demək çətindir. Bəzi ekspertlər hesab edirlər ki, bu ideya Yaxın Şərqdə problemi aradan qaldırmaq üçün ortaya atılıb və hədəfi İsrail-Fələstin münaqişəsini həll etməkdir.
Digər ekspertlərsə hesab edir ki, bu ideya dünyada yeni beynəlxalq təşkilatın yaranmasına xidmət edir. Yəni ortada aydın bir fikir yoxdur. Əslində ideya müəllifi olan Trampın da Sülh Şurası barədə çıxışında da bu aydınlığı tapmamışam. Ona görə də konkret fikir söyləmək çətindir.
- Nəzərə alaq ki, ABŞ bu yaxınlarda 66 beynəlxalq təşkilatdan çıxdığını elan etdi. Bu qərar Sülh Şurasının yaranması üçün əsas deyilmi?
- Doğrudan da buna müəyyən əsaslar var. Çünki biz öz təcrübəmizdə də görmüşük ki, beynəlxalq təşkilatlar hansısa qrup ölkələrin maraqlarına bu və digər formada ideoloji don geydirmək üçün  fəaliyyət göstərirlər.
 

Məsələn, götürək NATO-nu. Bir zamanlar qüdrətli bir təşkilat idi. İndi isə bu qurumun qərarları və addımları sadəcə gülüş doğurur. Qrenlandiya ilə əlaqədar NATO-nun qərarı buna əyani sübutdur. BMT də öz qərarlarında qətiyyətli deyil. Avropa İttifaqının miqrantlarla bağlı məsələdəki fikir ayrılığı da dediklərimin davamıdır. Artıq əvvəlki oyun qaydaları ilə dünyanı idarə etmək mümkün deyil. Ona görə də yeni oyun qaydalarının ortaya çıxması labüddür, zərurətdir. Sülh Şurası bəlkə də zərurətdən yaranır.


- Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün kim güclüdürsə, o haqlıdır. Ona görə də hər kəs güclünün sözünü eşidir. Artıq nə BMT, nə də Avropa İttifaqı əvvəlki kimi qüdrətli deyil. Lakin ABŞ hər ötən gün gücünə güc qatır. Ona görə də Trampın bu ideyasının perspektivinə inananlar çoxdur. Siz necə düşünürsünüz?
- Bilirsiniz, elə bir zaman gəlib ki, hər bir dövlət güclünün yanında dayanmaq istəyir. Bu təkcə Azərbaycan kimi kiçik dövlətlərin yox, həm də Kanada kimi böyük və inkişaf etmiş ölkələrin istəyidir. Kiminləsə yaxın olmaq kimdənsə üz çevirmək deyil. Bu mənada Trampın Sülh Şurası ideyasını çox ölkələr, o cümlədən də Azərbaycan dəstəkləyir. Ümumiyyətlə, Azərbaycan bir ölkə olaraq bütün proseslərin iştirakçısı olmaq istəyir. Amma bütün bunlar Sülh Şurasının gələcəyinə təminat deyil. Əsas Sülh Şurasının nə qədər ədalətli və qətiyyətli olmasıdır”.
Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Yanvar 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see250

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see228

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see211

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see209

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see178

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see165

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see164

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see162

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see147

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see147

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see145

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see141

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see140

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see139

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri