Icma.az
close
up
RU
Geostrateji əməkdaşlıq imkanları və sülh perspektivləri Cənubi Qafqazda yeni tarixi dönəm

Geostrateji əməkdaşlıq imkanları və sülh perspektivləri Cənubi Qafqazda yeni tarixi dönəm

Icma.az bildirir, Unikal.az portalına istinadən.

"Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycanın strateji hədəflərini, regional təşəbbüslərini və beynəlxalq əməkdaşlıq imkanlarını əhatə edərək beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Dövlətimizin başçısı müsahibədə ölkəmizin prioritet istiqamətlərini, həyata keçirilən layihələri və gələcəyə dair strateji planlarını ətraflı şəkildə təqdim edib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.

"Postmüharibə dövrünün reallıqları göstərir ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın strateji hədəflərindən biridir. Bu dəhliz təkcə ölkənin iki hissəsini birləşdirmir, həm də qlobal nəqliyyat xəritəsində yeni bir marşrut yaradır. Təxminən beş il ərzində Ermənistan dövlətimizin qanuni tələblərinə konstruktiv yanaşmayıb və buna görə Azərbaycan qarşı tərəfə aydın mesaj göndərib: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və onun təhlükəsizliyi beynəlxalq zəmanətlərlə təmin olunmalıdır. Bu baxımdan, Tramp administrasiyası Azərbaycanın mövqeyini düzgün qiymətləndirərək nəticədə TRIPP – “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” adlı təşəbbüsü irəli sürüb. Layihənin həyata keçirilməsi yaxın perspektivdə mümkündür.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim üçün əsas odur ki, yol tikilsin və beynəlxalq təhlükəsizlik zəmanətləri olsun: “Başqa sözlə desək, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər. Uzunmüddətli mübarizəni və düşmənçiliyi nəzərə alaraq, təhlükəsizlikdən narahat olmamalıdırlar”.

Zəngəzur dəhlizi Ermənistan üçün də faydalıdır. Bu qonşu dövlət indiyədək regional tranzit imkanlarından məhrum olub, çünki işğal siyasəti nəticəsində nəqliyyat xətləri blokadada qalıb. Lakin dəhlizin açılması ilə Ermənistan tranzit ölkəyə çevrilə, yükdaşımadan əlavə gəlir əldə edə bilər. Hazırda Orta Dəhlizin əsas qolu – Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstana, Türkiyəyə və Avropaya uzanan yol artıq fəaliyyət göstərir. Zəngəzur dəhlizi isə bu xəttə alternativ yaradaraq regionun tranzit imkanlarını daha da artıracaq. Azərbaycanın məqsədi yalnız özünü regionun əsas nəqliyyat qovşağına çevirmək deyil, həm də qonşu ölkələr üçün yeni imkanlar açmaqdır.

Müsahibənin mühüm hissələrindən biri də enerji əməkdaşlığına həsr olunub. Azərbaycanın bərpaolunan enerji potensialı olduqca böyükdür və bu sahədə strateji hədəflər müəyyən edilib. İmzalanmış müqavilələrə əsasən, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Çin şirkətlərinin sərmayəsi ilə 2030-cu ilədək 6 giqavat günəş və külək enerjisi istehsal olunacaq. Dövlətimizin başçısı qeyd edib ki, biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik: “Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub”.

Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyalarının tikintisi də sürətlə davam etdirilir və artıq 300 meqavat gücündə enerji istehsalı əldə olunub. Bu layihələr təkcə Azərbaycanın enerji təhlükəsizliyinə deyil, həm də Körfəz ölkələri ilə əməkdaşlığın genişlənməsinə xidmət edir. Ölkəmizlə Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında enerji, turizm, kənd təsərrüfatı və sənaye sahələrində böyük birgə layihələr həyata keçirilir. Məsələn, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən biri Xəzər dənizi sahilində suyun duzsuzlaşdırılması zavodunun tikintisində tərəfdaş seçilib. Bu zavod həm kənd təsərrüfatı üçün, həm də əhalinin sosial rifahı baxımından böyük imkanlar yaradacaq. Azərbaycan tərəfi bildirir ki, Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətin əsas prioritetlərindən biridir və yaxın illərdə daha çox ortaq layihələrin həyata keçirilməsi planlaşdırılır.

Prezident İlham Əliyevin müsahibəsində toxunduğu digər mühüm istiqamət Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı idi. Ölkəmiz hər zaman bu təşkilatın gücləndirilməsi və beynəlxalq nüfuzunun artırılması üçün fəal mövqe sərgiləyib. 2021-ci ildə Şuşada imzalanan müttəfiqlik Bəyannaməsi Azərbaycan və Türkiyə arasında hərbi-siyasi əməkdaşlığı ən yüksək səviyyəyə qaldırdı və bu sənəd bütün Türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan, həmçinin Özbəkistanla müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıb, digər türk dövlətləri ilə isə strateji tərəfdaşlıq bəyannamələri mövcuddur. TDT-ni digər beynəlxalq qurumlardan fərqləndirən əsas cəhət ortaq etnik və mədəni köklərə söykənməsidir. Bu isə təşkilatı daha möhkəm və gələcəyə hesablanmış əməkdaşlıq platformasına çevirir. Eyni zamanda, türk dövlətlərinin əhali sayının artması, iqtisadi inkişafın sürətlənməsi və təbii sərvətlərdən səmərəli istifadə imkanları təşkilatın qlobal siyasətdəki çəkisini daha da gücləndirir. Dövlətimiz bu prosesdə fəal iştirak etməklə Türk dünyasının birliyinə, həmrəyliyinə və strateji tərəfdaşlığının dərinləşməsinə töhfə verir.

Beləliklə, Prezident İlham Əliyevin bu müsahibəsi Azərbaycanın dövlətinin gələcəyə dair strateji baxışını və regional siyasətinin əsas istiqamətlərini ətraflı şəkildə nümayiş etdirir. Dövlətimizin başçısı müsahibədə həm milli maraqların qorunmasını, həm də regionda davamlı sabitliyin təmin olunmasını bir daha ön plana çıxarıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Avqust 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see311

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see194

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see182

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see174

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see171

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see165

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see151

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see146

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see136

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see136

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see134

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see126

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see125

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see125

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see124

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see124

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see121

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see120

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see119

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri