Beynəlxalq Muzeylər Günü çərçivəsində “Cənnət yuxusu” filmi nümayiş olunub
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 17 may, AZƏRTAC
18 May - Beynəlxalq Muzeylər Günü çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, film görkəmli Azərbaycan portretçisi və ornamentalist rəssamı, dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunub.
Nümayişdən əvvəl çıxış edən muzeyin direktoru Şirin Məlikova ekran əsəri barədə məlumat verib. O, filmin Mirzə Qədim İrəvaninin həyat və yaradıcılığından, qədim İrəvan şəhərinin zəngin tarixi və mədəni irsindən bəhs etdiyini deyib: “Bu ekran işi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaradıcı Azərbaycan” Tədbirlər planı çərçivəsində ərsəyə gəlib. Filmə baxarkən həmin dövrün ab-havasını duymaq mümkündür. Tarixi baxımdan maraqlı və dəyərli məqamlar yer alıb”.
Filmin quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Elxan Cəfərov vurğulayıb ki, film üzərində işləməyə başlamazdan əvvəl Mirzə Qədim İrəvani haqqında geniş bilgiyə malik olmayıb. “Film üzərində çalışdıqca onun miniatür sənəti, həyat yolu və yaradıcılığı barədə ətraflı məlumatlar topladıq. Əsərdə əsasən onun uşaqlıq, yeniyetməlik və gənclik dövrləri əhatə olunub. Bu filmin mümkün qədər çox auditoriyaya çatması bizim üçün böyük fərəh və sevinc hissidir”, - deyə E.Cəfərov əlavə edib.
Qeyd edək ki, ekran əsərinin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Eyni zamanda, ilk dəfə olaraq filmdə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun “Zabul-segah” simfonik muğamından istifadə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 17 May 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















