Icma.az
close
up
RU
Cənnət yuxusu filmi Biləsuvarda nümayiş etdirilib FOTOLAR

Cənnət yuxusu filmi Biləsuvarda nümayiş etdirilib FOTOLAR

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə “Yaradıcı Azərbaycan” Tədbirlər Planı çərçivəsində istehsal olunmuş “Cənnət yuxusu” adlı bədii-sənədli filmin Biləsuvar rayonunda nümayişi keçirilib. 
Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Azərbaycan panel rəssamlığının əsasını qoymuş, ilk dəzgah rəssamı kimi tanınan Mirzə Qədim İrəvaninin (1825–1875) həyat və yaradıcılığına həsr olunmuş ekran əsəri, eyni zamanda qədim İrəvan şəhərinin tarixi və mədəni irsini əhatə edir.  
Film 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının Tədbirlər Planına uyğun olaraq dövlət büdcəsindən ayrılmış vəsait hesabına maliyyələşdirilmişdir. Film də rəssamın Azərbaycan təsviri sənətinə gətirdiyi yenilikləri, klassik Şərq ornamentləri və miniatür sənətini yaradıcılığında necə tətbiq etdiyini sənədli və bədii dillə tamaşaçılara təqdim edir. Bununla yanaşı, İrəvan ziyalılarının mədəni mirası və azərbaycanlıların Ermənistan ərazisindən deportasiyası da tarixi faktlar və arxiv materialları əsasında işıqlandırılır. 
2025-ci il 8 aprel tarixində Biləsuvar rayon Heydər Əliyev Mərkəzində yerli sakinlər üçün təşkil olunan nümayiş zamanı film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Nümayişin keçirilməsində məqsəd tamaşaçıların milli irsimiz və mədəniyyət tariximiz barədə maarifləndirilməsi, eləcə də Mirzə Qədim İrəvaninin irsinin geniş auditoriyaya çatdırılması olub.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, filmin yaradıcı heyəti və rayon ictimaiyyəti iştirak edib. Uğurlu ekran əsərinə görə çıxış edən icra başçısı filmin yaradıcı kollektivini təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıb.
Layihə mədəniyyət sahəsində yeni ekran işlərinin dəstəklənməsi və Azərbaycan incəsənətinin beynəlxalq müstəvidə tanıdılması istiqamətində həyata keçirilən strateji tədbirlərin tərkib hissəsidir. Film həm yerli, həm də xarici auditoriyaya Azərbaycan mədəniyyətinin zənginliyini təqdim etməyi və ölkəmizin incəsənət irsini dünya səhnəsində tanıtmağı hədəfləyir.
Qeyd edək ki, Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin yüksək səviyyədə qeyd olunması məqsədilə 2024-cü ilin 14 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri