Beynəlxalq Olimpiya Komitəsi İnfantinonu cəzalandırmayacaq
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) ABŞ millisinin hücumçusu Folarin Baloqunun diskvalifikasiyasının ləğvi işində siyasi neytrallığın pozulması ilə bağlı daxil olan şikayətdən sonra FIFA prezidenti Canni İnfantinoya qarşı sanksiyaların tətbiqi imkanını nəzərdən keçirməyəcək.
İdman.Biz xəbər verir ki, daha əvvəl “FairSquare” hüquq-mühafizə qeyri-hökumət təşkilatı DÇ-2026-da Baloqunun diskvalifikasiyasının ləğvi səbəbindən İnfantinonun əməllərindən BOK-a şikayət ünvanlamışdı.
On səhifəlik sənəddə iddia olunurdu ki, “qərarın ABŞ prezidenti Donald Tramp tərəfindən İnfantinoya göstərilən siyasi təzyiq altında qəbul edildiyinə dair təkzibedilməz sübutlar var”. “FairSquare” bəyan edib ki, İnfantino 2020-ci ildə BOK üzvü olarkən kommersiya və siyasi maraqlardan asılı olmayaraq hərəkət edəcəyinə dair verdiyi andı pozub.
BOK-dan bildirilib ki, İnfantino ilə bağlı şikayət diqqətlə təhlil edilib, lakin məsələ Etika Komissiyasının yurisdiksiyasından kənara çıxır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 25 İyul 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















