Beynəlxalq Qadınlar Klubunun görüşü keçirilib
Icma.az, Azpost saytına istinadən bildirir.
10 iyun tarixində Beynəlxalq Qadınlar Klubunun cari mövsüm üzrə yekun görüşü keçirildi. Tədbir səmimi, dostluq və qarşılıqlı anlaşma şəraitində baş tutdu.
Görüşdə diplomatik korpusun nümayəndələri, Belarus Respublikasının səfirinin xanımı, Beynəlxalq Qadınlar Klubunun prezidenti – Qazaxıstan Respublikasının Səfirinin xanımı, eləcə də Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Alim Bayel iştirak etdilər.
Tədbirin fəxri qonaqları sırasında Azərbaycan və Özbəkistanın tanınmış incəsənət xadimləri yer aldılar.
Çıxış edənlər Beynəlxalq Qadınlar Klubunun Azərbaycanın ictimai və sosial həyatında oynadığı mühüm rolu xüsusi vurğuladılar. Qeyd olundu ki, ötən il ərzində klub tərəfindən bir sıra uğurlu sosial, mədəni və xeyriyyə layihələri həyata keçirilmiş, cəmiyyətin müxtəlif təbəqələrinə dəstək göstərilmişdir.
Tədbir zamanı klubun məhsuldar və uğurlu fəaliyyət ili yekunlaşdırıldı, əldə olunan nailiyyətlər məmnunluqla qeyd edildi.
Görüşün sonunda sevimli Sənətkarımız Gülyanaq Məmmədova doğum günü münasibətilə təbrik olundu. Ona gül dəstələri və xatirə hədiyyələri təqdim edildi.
Tədbir xatirə şəkillərinin çəkilməsi, musiqi proqramı və rəqslərlə yekunlaşdı. Səmimi və mehriban ab-havada keçən görüş iştirakçılarda xoş təəssüratlar və unudulmaz xatirələr yaratdı.
Paylaş
Baxış sayı:112
Bu xəbər 10 İyun 2026 18:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















