Beynəlxalq tədbirlərin işğaldan azad olunmuş bölgələrdə keçirilməsi həm siyasi, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir
Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Artıq Azərbaycanın beynəlxalq səviyyəli tədbirləri yüksək səviyyədə təşkil etmək ənənəsi formalaşıb. Bu kontekstdə, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün Xankəndidə keçirilməsi ölkəmizin qlobal müstəvidə formalaşdırdığı müsbət imicin təzahürüdür. Tədbirin işğaldan azad olunmuş Xankəndi şəhərində keçirilməsi tarixi Zəfərimizin beynəlxalq arenada təsdiq olunduğunun göstəricisidir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Pərviz Mirizadə səsləndirib. O deyib ki, Xankəndi Azərbaycan tarixinin əzəmətini özündə əks etdirən strateji əhəmiyyətli şəhərlərimizdən biridir:
"44 günlük Vətən Müharibəsi və 23 saatlıq antiterror əməliyyatlarından sonra digər işğaldan azad olunmuş şəhərlər kimi Xankəndinin də ölkə iqtisadiyyatına reinteqrasiyası sürətlə davam etdirilir. Ona görə də bu tip tədbirlərin işğaldan azad olunmuş bölgələrdə keçirilməsi həm siyasi, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir.
Cənab Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurla bağlı olan strateji baxışı da məhz bölgənin iqtisadi potensialının lazımı səviyyədə qiymətləndirilərək xarici investisiyaların cəlb edilməsinə yönəlib. Bü çərçivədə Zirvə görüşünün Xankəndində keçirilməsi şəhərin inkişafına öz töhfəsini verəcək. Eyni zamanda bu tədbir ölmüş narrativləri canlandırmağa çalışan qüvvələrə də ünvanlanmış açıq mesajdır".
Süleyman
Bu mövzuda digər xəbərlər:“Beynəlxalq tədbirlərin Xankəndidə keçirilməsi həm də siyasi mesajdır” Deputat
02 İyul 2025 13:59
“Forumun Xankəndidə keçirilməsi həm rəmzi, həm də siyasi baxımdan olduqca dəyərlidir”
21 İyul 2025 14:29
İğdır Naxçıvan qaz kəməri: iqtisadi layihə siyasi baxımdan da əhəmiyyətlidir
06 Mart 2025 12:12
Zəngilanın işğaldan azad edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti var
17 Oktyabr 2025 18:45
Prezidentin Qazaxıstana dövlət səfəri həm siyasi, həm də ikitərəfli münasibətlərin dərinləşdirilməsi baxımından əhəmiyyətlidir
22 Oktyabr 2025 13:13
Baxış sayı:83
Bu xəbər 03 İyul 2025 17:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















