Icma.az
close
up
RU
Beynəlxalq tədqiqatın əsas mərhələsi başladı

Beynəlxalq tədqiqatın əsas mərhələsi başladı

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

20 aprel tarixindən etibarən Azərbaycanda IV sinif şagirdlərinin oxu savadlılığının inkişafını qiymətləndirən beynəlxalq PIRLS 2026 tədqiqatının (Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Qiymətləndirmə Tədqiqatı) əsas mərhələsinin keçirilməsinə start verilib.

"Cebheinfo.az" xəbər verir ki, qiymətləndirmə aprel və may ayları ərzində keçiriləcək. Son üç tədqiqat dövründən fərqli olaraq bu il tədqiqatda şagirdlərimiz kağız əsaslı deyil, kompüter əsaslı qiymətləndirmədə iştirak edəcəklər. Tədqiqatın əsas mərhələsində ölkə üzrə 224 məktəbdən 6000-dən çox şagird qiymətləndirməyə cəlb olunacaq.

Tədqiqatda şagirdlər oxu sahəsi üzrə testlərlə yanaşı, onların təhsil və sosial mühiti ilə bağlı sorğu suallarını da cavablandırırlar. Həmçinin, valideynlər, məktəb rəhbərləri və tədqiqatda iştirak üçün seçilmiş siniflərin müəllimləri də sorğuda iştiraka cəlb edilirlər.

Qeyd edək ki, PIRLS qiymətləndirməsi hər beş ildən bir keçirilir və 2016-cı ildən bəri şagirdlərin yalnız ənənəvi materiallar üzrə deyil, həm də onlayn mühitdə (ePIRLS) təqdim olunmuş materiallar üzrə oxu savadlılığını ölçür.

Azərbaycan ilk dəfə bu qiymətləndirmə dövründə ePIRLS-də iştirak edir. ePIRLS şagirdlərin onlayn mühitdə lazım olan məlumatı tapa bilmək və həmin məlumatı digər məlumatlarla əlaqələndirib təhlil etmək qabiliyyətini qiymətləndirir.

Təhsil sahəsində qlobal miqyasda əhəmiyyətli göstəricilərdən biri hesab edilən bu tədqiqat Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən həyata keçirilir. 

Ölkəmizdə tədqiqatın həyata keçirilməsi Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunur.

Nigar
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Aprel 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see194

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see182

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see173

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri