Icma.az
close
up
RU
Beynəlxalq təhlükəsizlik bəşəriyyətə xidmətin əsas müddəasıdır

Beynəlxalq təhlükəsizlik bəşəriyyətə xidmətin əsas müddəasıdır

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“İstənilən sahənin öyrənilməsinin səbəb-məqsədi olduğu qədər, başlanğıc nöqtəsi var. Təhlükəsizlik sahəsinin öyrənilməsi silahlı münaqişələrin nəticələrini aradan qaldırmaq və ya minimallaşdırmaq üçün bir yol kimi başlanıb. Çünki tarix boyu istər müharibələr, istərsə də silahlı münaqişələr çoxlu sayda insan itkisinə səbəb olub, onların həyat şəraitinə çox mənfi təsir göstərib. Beləliklə, beynəlxalq təhlükəsizlik, onun öyrənilməsi, müasir dövrün gətirdiyi tələb kimi isə bu istiqamətdə dövlətlərin gücünü konsolidasiya etməsinin əhəmiyyətini qiymətləndirmək belə olmaz. Yəni, bu məsələ birbaşa mövcudluqla əlaqəli olduğundan onun vacibliyi əvəzsizdir. Bir halda ki, dünya liderləri öz siyasi şüarlarında xalqların həyat şəraitini yaxşılaşdırmağın ali məqsəd olduğunun müdafiəsindən danışırlarsa, nəzərə alınmalı olan ən vacib məsələ münaqişənin qarşısının alınmasıdır. Bax, bu məsələ bəşəriyyətə xidmətin əsas müddəasıdır”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

Ş.Həsənova qeyd edib ki, daha sülhsevər bir dünya vəd edə bilmək niyyətinin özü belə tarixi aspektləri nəzərə alaraq empirik addımlar atmaqdan keçir: “Bu məsələyə dar çərçivədən baxmaq olmaz, ona nəzəri və konseptual baxış ortaya qoyulmalıdır. Azərbaycan Liderinin və dövlətinin atdığı addımlarda koordinasiyalı və sistemli iş aparıldığının şahidiyik. Bircə faktı vurğulayaq. Dünyanın müxtəlif istiqamətlərində bilərəkdən, süni şəkildə yaradılan separatçılığın bir qolunu məhv etməyimiz elə bəşəriyyətə xidmət deməkdir. İkinci mühüm məsələ odur ki, xalqımız Zəfər əldə etdikdən sonra xarici agentlərin və daxili təxribatçı ünsürlərin sayı artıb. Bütün bunları nəzərə alaraq milli təhlükəsizliyi qorumaq baxımından dövlətimiz təhlükəsizlik və kəşfiyyat strukturlarının işini konsolidasiya etmək, müştərək addımlar atmaq yolunda mükəmməl iş ərsəyə gətirir. Effektiv təhlükəsizlik kəşfiyyatı aparmaq, eyni zamanda insan hüquq və əsas azadlıqlarının qorunmasını təmin etmək müharibədən sonra daha zəruri hal alıb”.

Politoloqun sözlərinə görə, Azərbaycan işğal nəticəsində humanitar böhrandan əziyyət çəkmiş ölkədir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verərkən bir maraqlı məqama diqqət çəkdi ki, 8 milyon nəfərdən ibarət olan Azərbaycan bir milyon qaçqın və məcburi köçkün verərək əhalinin sayına görə dünyada ən yüksək nisbətlərdən birini göstərib. Yəni, humanitar böhranın nə olduğunu bilən bir dövlət və xalq kimi Zəfər əldə etdikdə belə humanitar böhrana icazə vermədik. Cənubi Qafqazda sülh və əməkdaşlığın başlanğıcını qoyan tərəf kimi istənilən mənfi meylin əleyhinəyik. Praqmatik siyasətə və addımlara üstünlük verilməsini təklif edirik, bunda israrlıyıq, belə olacağı təqdirdə təhlükəsizlik və əməkdaşlığın sərhədləri Cənubi Qafqazı aşaraq Mərkəzi Asiyaya, Yaxın Şərq və Avropaya qədər uzanacaq ki, bu da yeni əməkdaşlıq imkanları deməkdir. Bunu istəyən qədər, qarşı olan qüvvələr də mövcuddur. Bu baxımdan xüsusi xidmət orqanlarının üzərinə çətin və məsuliyyətli iş düşür”.

O eləcə də bildirib ki, dünyada yaşanan son fəlakətlər və bu istiqamətdə daha çox potensialın artacağına dair proqnozlar təhdidlərə qarşı ən yaxşı siyasi cavablar haqqında düşünməyə də təkan verir: “Texnolji yeniliklərin gətirmiş olduğu çağırışlar da fərqlidir, müasirdir, bir o qədər də mürəkkəbdir. Bu baxımdan dövlətlər son trendlər daxil olmaqla, ən son siyasi dəyişiklikləri, ssenariləri də nəzərə alaraq təhlükəsizlik və kəşfiyyat baxımından birgə iş ortaya qoymalıdırlar. Azərbaycan nüfuzlu tədbirlərə evsahibliyi etməkdə dünyaya ün salıb. Bakı Təhlükəsizlik Forumu onlardan sadəcə biri olsa da, olduqca önəmlisidir. Üstəlik, ötən il Bakı Təhlükəsizlik Forumunun ənənəvi qaydada və illik əsasda təşkil edilməsi, habelə davamlı fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş təklifin iştirakçı ölkələr tərəfindən fəal şəkildə dəstəklənməsi bizə olan inam və etimadın bariz nümunəsidir. Forum artıq institutlaşdırılır. Deməli, fəaliyyət sistemli və gələcəyə, uzunmüddətli hədəflərə yönəlmiş qaydadadır”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Sentyabr 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri