Icma.az
close
up
RU
Menu

Valdas Dambrauskas: “Komandama inanıram”

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

Ruslar üçün inflyasiya qumbarası...

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

“Faiz haramdır“dan 50% lik faizə...

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

Bəzi rayonlarda işıq olmayacaq

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

Azərbaycanda baş həkim vəfat edib

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Beynimiz 100 faiz işləyir” fikrinin boşluqları Samir Mirzə

“Beynimiz 100 faiz işləyir” fikrinin boşluqları Samir Mirzə

Icma.az, Olke.az portalına istinadən məlumat yayır.

Bəziləri insan beyninin 100 faizi işləmədiyini söyləyir. Deyirlər, işləsə, insan fövqəlgücə sahib olar. Digərləri isə, əksinə, iddia edir ki, beyin tam gücü ilə işləyir. Onlar alimlərin fikrinə istinad edirlər. Mən də deyirəm: bəli, beyin 100 faiz aktiv ola bilər, amma o miqyasda ya işlətmirik, ya işlədə bilmirik. Belə çıxır ki, hamı eyni sözü desə də, yanlış yöndən baxır.

Sadə bir müqayisə: savadlı və savadsız insanı götürək. Hansı daha çox düşünür, hansı beynindən daha çox istifadə edir? Və ya elə informasiyalar var ki, iki fərqli insan eyni məlumatı tamamilə fərqli anlayır. Tutum fərqlidir. Deməli, hər beynin işləmə forması da eyni deyil.

Əgər dünyada həm alim, həm də cahil olduğu təqdirdə o zaman necə deyə bilərik ki, bütün beyinlər 100 faiz işləyir? İstək-filan deyilə bilər, amma o qədər səy göstərib dərsini qavraya bilməyənlər görmüşük. Arzu, istək, səy, əzmkarlıq heç də həmişə açar rolunu oynamır. Bu qədər depressiv insanları üst-üstə yığan elə yalançı şüarçılıqdır. Nəysə…

Əgər alimlər “100 faiz” iddiasını irəli sürürsə, bunun geniş, başadüşülən bir izahı olmalıdır. Elmi cümlə ilə deyil, insanın anlaya biləcəyi dillə. Çünki sadə məntiqlə yanaşanda görünür ki, biz beynin müəyyən bir hissəsini istifadə edirik, digər hissəsi isə ya yatıb, ya da işə salınmayıb, yuxu rejimindədir. Zatən gözü açıq yatmış insanlar da az deyil dünyada. Onların xüsusi komik adları da olur. Necə iddia etmək olar ki, həmin adamların beyni 100 faiz işləyir. “Beyni yoxdur, fikri var” misalı.

Başqa bir misal: hamımızın əli var, amma hər kəs 50 kilo çəkini bir əllə qaldıra bilmir. 50 kilonu qaldıra bilən insan o gücə sahib olmaq üçün əvvəlcə beynini işə salıb, idman edib, əzələ kütləsini artırıb. Deməli, eyni orqan olsa da, nəticə fərqlidir. Əl-qolumuz 100 faiz aktivdir, amma neçə faiz işlədirik?  

Ümumiyyətlə, savadla ağıl arasında fərq var. Savadlı insan ağıllı olmaya bilər. Bəzən tam tərsi olur. Bu da göstərir ki, hamının beyni eyni səviyyədə və formada işləmir. Hamı eyni ağıla sahib deyil. Bəs necə deyə bilərik ki, hamının beyni eyni gücdədir və 100 faiz işləkdir?
Bəli, aktiv ola bilər. Amma biz onun hər bir hissəsini aktiv şəkildə işlədə bilirikmi? Əsas sual budur.

İnsan da beynin məhsuludur, deyilmi? O zaman bu qədər qeyri-bərabərlik, bu qədər fərqlilik nədən qaynaqlanır? Niyə bir ailədən iki tamamilə fərqli şəxsiyyət çıxır? Niyə biri bəzən heç sadə misalı qavramır, digəri isə savadlı olur. Nədir bunun izahı? Axı insanların müşahidə qabiliyyəti belə fərqlidir. İntuisiyadan tutmuş başqa mistik amillərə qədər – insanların duyumları arasında çox fərqliliklər var. 10 addım uzağı birə-bir görə bilmək...

Yaxşı ki, kamera var, müxtəlif bacarıqlar nümayiş etdirən insanları görüb “vau, inanılmaz” deyə bilirik. Misalları sonsuz sayda ard-arda sıralamaq olar. Hətta insan yaş ötdükcə ilbəil əvvəlki düşüncələrini inkar edə bilir. Alimlər də həmçinin. İldən-ilə nəzəriyyələrin bir-birini inkar etməsi mümkündür.

Məhz bu anlamda mən deyirəm ki, bizim beynimiz bəlkə də heç 10 faizi belə işləmir. Bəzən isə sadəcə işlədəcək zaman və şərait olmur. Bir çox insanın həyat tərzi elədir ki, beynini inkişaf etdirmək, yönləndirmək imkanı yoxdur. Onlar çox vaxt məhdud informasiyanı qəbul edib, ona uyğunlaşıb yaşayır və bu formada ömürlərini başa vururlar.

Həyat isə həmişə rasional deyil. Hər şey dəqiq, ölçülə bilən deyil. Hələ də elmin cavab verə bilmədiyi, qarşısında aciz qaldığı o qədər məsələ var ki… İsbata ehtiyac duyulan bir şeyi sübut edə bilmədikdə, elm çox zaman onu inkar etməklə kifayətlənir. Fizikasını izah edə bilmədiyini metafizikaya yaxınlaşmadan keçir, ya da ona "elmi don" geyindirir “yoxdur” deyir.

Halbuki insan beyni bəzən xəbərsiz aldığı şüuraltı mesajlarla formalaşır və yönləndirilir. Heç kim bu prosesdən sığortalanmayıb. Ən iradəli insanın, ən savadlı şəxsin belə həssas nöqtəsini tapmaq və onu öz istəklərinə zidd şəkildə yönləndirmək mümkündür. Özü də xəbəri olmadan.
Buna sadəcə "şüuraltı proses" deməklə məsələ həll olunmur. Beyin o qədər sirli bir mexanizmdir ki, "şüuraltı" sözünü istifadə etməklə yaxamızı kənara çəkmiş oluruq. Eyni görüntüyə baxan iki insan fərqli nəticə çıxarırsa, eyni strukturda olan beyinlər tamamilə fərqli düşünürsə, necə rahatlıqla iddia edə bilərik ki, "filan alim dedi və məsələ qapanıb"?

Axı biz kim olduğunu belə bilmədiyimiz "alimlər"ə necə şərtsiz inanırıq? Lap elə ən məşhur alim belə bu fikri irəli sürürsə, izah edə bilmirsə, insanlar onu anlaya bilmirsə, o fikir nəzəriyyə olaraq şübhə altına düşür. Mən isə əks arqument irəli sürürəmsə, bu artıq onu göstərir ki, ya mənim beynim az işləyir, ya çox işləyir, ya da heç işləmir. Hər halda, bu da bir nəticədir. İstəyirsiniz “cahil” adlandırın, istəyirsiniz “demaqoq”, özünüz bilərsiniz…

Bu arada, beyin potensialının "ehtiyatda" qalması məsələsi elm tərəfindən də tanınır. Yəni “koqnitiv ehtiyat” (cognitive reserve) adlı anlayış mövcuddur. Bu, insan beyninin mövcud imkanlarından yalnız bir hissəsini istifadə etməsi və və qalan hissəsini isə ehtiyatda saxlaması deməkdir. 

Samir Mirzə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 İyul 2025 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see319

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see310

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see300

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see284

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see274

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see259

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see249

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see242

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see240

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see226

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see222

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see210

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see201

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri