Icma.az
close
up
RU
Beynin inanılmaz qabiliyyəti: Özünü belə bərpa edirmiş… KONKRET

Beynin inanılmaz qabiliyyəti: Özünü belə bərpa edirmiş… KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Beyinin zədələrdən və bəzi autoimmun xəstəliklərdən sonra özünü bərpa etmək qabiliyyətinin əvvəllər düşünüldüyündən daha yüksək olduğu müəyyən edilib.

KONKRET.az azərtac-a istinadən xəbər verir ki, Sürix Universitetinin alimləri siçanlar üzərində apardıqları araşdırmada beyində zədələnmiş toxumanın bərpasına kömək edən xüsusi “bərpaedici” astrositlər qrupu aşkar ediblər. Astrositlər beyində neyronları qidalandıran, qan axınını tənzimləyən və beyin toxumasının sağlamlığını qoruyan dəstək hüceyrələridir. Əvvəllər hesab olunurdu ki, bu hüceyrələr itirildikdə yetkin beyin onları tam şəkildə bərpa edə bilmir.

Tədqiqat zamanı alimlər canlı siçanların beynini bir neçə həftə ərzində real vaxt rejimində müşahidə ediblər. Nəticədə zədələnmiş sahələrin kənarında yerləşən xüsusi astrositlərin toxumanın bərpasında iştirak etdiyi müəyyənləşdirilib.

Araşdırmanın ən diqqətçəkən nəticələrindən biri bu hüceyrələrin yeni yaranmış hüceyrələrin nüvələrini uzun məsafələr boyunca zədələnmiş beyin sahələrinə göndərməsidir. Bu proses astrosit şəbəkəsinin yenidən qurulmasına və zədələnmiş toxumanın bərpasına kömək edir.

Tədqiqatçılar hesab edirlər ki, bu mexanizmin necə işlədiyini daha yaxşı anlamaq gələcəkdə beyin zədələri və astrositlərin itirilməsi ilə müşayiət olunan bəzi xəstəliklərdən sonra sağalmanı sürətləndirə bilər. Alimlər, həmçinin bərpa prosesi zamanı aktivləşən bir sıra gen və siqnal yollarını müəyyən ediblər. Bu mexanizmlərin gələcəkdə zədələnmiş beyin toxumasının məqsədyönlü şəkildə bərpası üçün yeni müalicə üsullarının hazırlanmasında istifadə oluna biləcəyi gözlənilir.

Araşdırmanın müəllifləri bildirirlər ki, nəticələr yetkin beyinin özünü bərpa etmək qabiliyyətinin əvvəllər məlum olmayan xüsusiyyətlərini ortaya qoyur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://konkret.az
archiveBu xəbər 11 Avqust 2026 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri